“Formula-1” Avropa Qran-prisi ilə əlaqədar Bakıdakı bir neçə otellə memorandum imzalanıb
03.03.2016 [10:03]
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) martın 2-də “Gilan Mehmanxanalar Qrupu”, “Bakı Bulvar” və “Şah Palas” otelləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarının inkişafına dair memorandum imzalayıb.
AZƏRTAC xəbər verir ki, memorandumu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim, “Gilan Mehmanxanalar Qrupu”nun direktoru Elgün Məmmədov, “Bakı Bulvar” otelinin baş meneceri Valentin Osolos və “Şah Palas” otelinin baş meneceri Davut Furkan Emen imzalayıblar.
Mərasimdə tərəflər bu il Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisi çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanlarının inkişafı istiqamətində birgə fəaliyyət haqqında razılıqlarını ifadə ediblər.
Avropa Qran-pri yarışlarının ölkəmiz üçün iqtisadi faydalarından danışan BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim deyib: “Cari mövsümdə “Formula-1” təqvimi 21 ölkəni əhatə edir. Azərbaycan “Formula-1” yarışlarında yeni ölkə olduğu üçün diqqət mərkəzindədir. Ötən ilin dekabrında yeni mövsüm açıqlandıqdan sonra Bakı bir daha digər iştirakçı ölkələrin, dünya mediasının diqqət mərkəzində oldu. Hər yerdə Bakı və yarışın təşkilatçılığı haqqında yazırlar. Avropa Qran-pri yarışları turizmin, otellərin, restoranların, aviareyslərin və digər sahələrin canlanmasına və inkişafına töhfə verəcək”.
Bilet satışından məmnun qaldıqlarını bildirən Bülənt Özərdim qeyd edib ki, yaxın günlərdə paytaxtın ticarət mərkəzlərində xüsusi bilet satışı məntəqələri quraşdırılacaq: “Ötən il dekabrın 19-da biletlərin onlayn satışa çıxarıldığı anda ABŞ-dan sifarişlər qəbul olunmuşdu. Bu, bizi çox sevindirir. Satılan biletlərin 65 faizi xarici vətəndaşların payına düşür. Avropa Qran-pri yarışlarına biletləri almaqda Rusiya, İngiltərə, Hollandiya, Almaniya və Ukraynadan olan azarkeşlər fəallığı ilə seçilir”.
Çıxışlarda Avropa Qran-pri yarışlarının keçiriləcəyi 17-19 iyun tarixləri üçün otellərin xarici turistlər və yarış iştirakçıları tərəfindən artıq sifariş edildiyi, həmin günlərdə ölkəmizə turist axınının olacağı diqqətə çatdırılıb.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

