Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / İki voleybolçumuz Türkiyə çempionu oldu

İki voleybolçumuz Türkiyə çempionu oldu

30.04.2009 [17:33]

Voleybol üzrə Türkiyə çempionatı başa çatdı. Final mərhələsinin dördüncü oyunu baş tutub. Voleybolçularımız - Valeriya Korotenko və Oksana Parxomenkonun çıxış etdiyi “Fənərbaxça Acıbadem” “Eczaçıbaşı Zentiva”nı sınağa çəkib. İlk üç oyunun ikisində qalib gəlib, birində məğlub olan “Fənər” bu oyunda qələbə qazanacağı halda seriyanı 3:1-ə çatdırıb, Türkiyə çempionu olacaqdı. Gözlənilən baş verib. “Fənərbaxça Acıbadem” azərbaycanlı voleybolçuların da iştirakı ilə güclü rəqibi üzərində 3:1 hesablı qələbə qazanaraq, Türkiyə çempionu olub. Hər iki voleybolçumuz matçın iştirakçısı olub. Həm Oksana, həm də Valeriya matçın ən yaxşılarından biri seçilib. Belə ki, Türkiyə mətbuatı onlara ən yüksək qiyməti - 3 ulduz verib.
Türkiyə Voleybol Federasiyası finalın ən yaxşılarını da elan edib. Sevindiricidir ki, millimizin üzvü Oksana final seriyasının ən yaxşı ötürmə verən voleybolçusu seçilib. Onun komanda yoldaşı Seda Tokatlıoğlu isə finalın ən dəyərli oyunçusu olub.
Paylaş:
Baxılıb: 1322 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31