Bakıda IV İslam Həmrəylik Oyunlarına hazırlıqla bağlı şef-de-missionların seminarı başlayıb
09.12.2016 [09:35]
Gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlığa dair son məlumatlarla tanış olmaq məqsədilə dünyanın 50-dən çox ölkəsindən Bakıya gəlmiş şef-de-missionlar dekabrın 8-də müzakirələrə başlayıblar.
AZƏRTAC xəbər verir ki, Oyunların keçirildiyi müddətdə idmançılar və komanda rəsmiləri üçün cavabdehlik daşıyacaq missiya rəhbərləri Bakıda olduqları iki günlük səfər çərçivəsində müxtəlif görüşlər keçiriblər. Onlar, həmçinin idmançıların qalacaqları yerlər, akkreditasiya məsələləri, mərasimlər və nəqliyyat əməliyyatları daxil olmaqla, bir çox mövzular üzrə silsilə seminarlarda iştirak ediblər.
IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimovun sədrliyi ilə keçən tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, baş katibin müavini Said Abdulqaffar Huseyn və baş direktor Xalid Abdulla Bin Al-Şeyx daxil olmaqla rəhbər üzvlər iştirak ediblər.
Seminarda çıxış edən Azad Rəhimov deyib: “IV İslam Həmrəylik Oyunlarına hazırlıq işlərinin görülməsi istiqamətində mühüm məsələlərin müzakirəsi üçün missiya rəhbərlərinin Bakı toplantısı böyük əhəmiyyət kəsb edir. Əminəm ki, 50-dən çox ölkədən Bakıya gələn missiya rəhbərləri Oyunlara qalan qarşıdakı beş ayda tamamlanması nəzərdə tutulan işlərin qısa müddətdə gerçəkləşməsi istiqamətində səylərini əsirgəməyəcəklər. Seminarın ikinci günündə missiya rəhbərlərinin idman arenaları ilə tanışlığı bizim üçün önəmli məqamlardan biridir. Əminəm ki, idman arenaları ilə tanışlıq Azərbaycanın Oyunlara yüksək səviyyədə, məsuliyyətlə və peşəkarlıqla hazırlaşmasını bir daha diqqətə çatdırmış olacaq”.
İkigünlük tədbirin tərkib hissəsi kimi şef-de-missionlar dekabrın 9-da Bakı Olimpiya Stadionu və Milli Gimnastika Arenası, eləcə də Atletlər Kəndi daxil olmaqla, “Bakı-2017” IV İslam Həmrəylik Oyunları zamanı istifadə ediləcək bir sıra məkanlarda olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42

