“Bakı Şəhər Halqası”nın Beynəlxalq avtomobil sərgisindəki stendi böyük maraqla qarşılanıb
24.01.2017 [10:00]
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nümayəndə heyəti “Formula-1” Azərbaycan Qran-prisini ilk dəfə Beynəlxalq avtomobil sərgisində dünya ictimaiyyətinə təqdim etmək üçün ötən həftə İngiltərənin Birmingem şəhərində səfərdə olub.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, sayca 27-ci dəfə təşkil edilən sərgi Avropada “Formula-1” mövsümündən əvvəl qapalı məkanda keçirilən ən böyük avtomobil sərgisi hesab olunur. Ötən illərdə olduğu kimi, bu il də sərgidə müxtəlif sürət yarışlarında yer alan avtomobillərin nümayişi ilə yanaşı, bütövlükdə avtoidman və avtomobil sektorunda baş verən ən son yeniliklər ictimaiyyətə təqdim edilib.
“Formula-1” bolidlərinin nümayiş olunduğu sırada yerləşən BŞH-nin stendi sərgiyə gələn beynəlxalq ictimaiyyətin, o cümlədən azarkeşlər, media nümayəndələri və avtomobil sektoru üzrə mütəxəssislərin böyük marağına səbəb olub. Stendə gələn ziyarətçilər “Formula-1”-in ən yeni və ən sürətli şəhər treki haqqında ətraflı məlumat əldə edərək Bakı şəhər halqası ilə yaxından tanış olublar.
Stenddə ziyarətçilərə geniş ekranda paytaxt Bakının mərkəzi küçələrində ötən il baş tutmuş ilk “Formula-1” yarışının ən maraqlı məqamlarının əks olunduğu videoçarx, Azərbaycanın milli mətbəxindən ən dadlı şirniyyatlar və Bakı haqqında ətraflı məlumat olan broşürlər təqdim edilib. Bununla yanaşı, ziyarətçilər “Formula-1” simulyatoru vasitəsilə Bakı şəhər halqasında sürücülük bacarıqlarını sınaqdan keçiriblər. Dörd gün davam edən sərgi zamanı simulyatorda bacarığını nümayiş etdirən Skot Harrison Bakı şəhər halqasını qısa müddətdə (01:37:437) dövrə vuraraq stendin ziyarətçiləri arasında ən sürətli sürücü ünvanına yiyələnib.
Bundan başqa, BŞH-nin stend ziyarətçiləri arasında lotereya keçirilib. Dörd min azarkeşin iştirak etdiyi lotereyada Perri Ovens uduş əldə edib. Uduşa əsasən, Perri Ovensə istədiyi şəxslə birlikdə bu yay Bakıya səyahət etmək və “Formula-1” Azərbaycan Qran-prisində iştirak üçün iki bilet təqdim olunub.
Ümumiyyətlə, BŞH nümayəndə heyətinin Birmingem səfəri çox məhsuldar keçib. Belə ki, bir tərəfdən stenddə Bakı şəhər halqası ilk dəfə Beynəlxalq avtomobil sərgisində ictimaiyyətə təqdim olunub. Digər tərəfdən isə stendə gələn jurnalistlər və media tərəfdaşları ilə üz-üzə görüşlər keçirilərək onlara bu yay Bakıda baş tutacaq növbəti yarış haqqında ətraflı məlumat verilib.
“Sky Sports” kanalının xəbər aparıcısı Reyçel Braksa müsahibə verən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai əməliyyat şirkətinin Beynəlxalq avtomobil sərgisindəki ilk çıxışının nəticələrini yüksək qiymətləndirib: “Beynəlxalq avtomobil sərgisində ilk dəfə iştirak edərək paytaxtımızı və Bakı şəhər halqasını avtomobil həvəskarlarına yüksək səviyyədə təqdim edə bildiyimizə görə olduqca şadam. Sərgi zamanı stendimizi çoxlu sayda insan ziyarət etdi və onlar gözəl paytaxtımız haqqında ətraflı məlumat almaq istədiklərini, hətta bu yay Azərbaycana səfər edərək yarışı yerində canlı izləmək istədiklərini bildirdilər. Çox şadıq ki, ötən il “Formula-1” tarixində ən sürətli şəhər treki ünvanına sahib olduq və bizim bu uğurumuz sərgidə ziyarətçilərin maraq göstərdikləri ən əsas məqama çevrildi. Həmçinin stenddə lotereya keçirdik və uduş Perri Ovensə çıxdı. İnanırıq ki, o, bu yay Bakıda yaşayacağı hər andan böyük zövq alacaq”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39

