/ / İslamiadanın sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan idmançıları iki qızıl medal qazanıblar
İslamiadanın sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan idmançıları iki qızıl medal qazanıblar
20.05.2017 [08:07]
Azərbaycanın Birinci vitse-prezidenti medalları çempion idmançılarımıza təqdim edib
Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışları başlayıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların birinci günündə sərbəst güləşçilərimiz 2 qızıl və 1 gümüş medal qazanıblar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmalarına baxıblar.
Sərbəst güləş yarışlarının birinci günündə dörd çəki dərəcəsində qaliblər müəyyənləşib. Yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Mahir Əmiraslanov gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Jandos İsmailova qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Bu çəki dərəcəsində bürünc medallara Türkiyə təmsilçisi Nəbi Uzun və Özbəkistan idmançısı Nodircon Safarov layiq görülüblər.
Sərbəst güləş üzrə komandamızın aktivinə ikinci qızıl medalı yarışlarda 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurməhəmməd Hacıyev yazdırıb. Pəhləvanımız final görüşündə İran idmançısı Amir Mohammadini böyük hesabla məğlub edərək İslamiadanın qızıl medalını qazanıb. Bu çəki dərəcəsində bürünc medallara qazaxıstanlı Mamed İbrahimov və türkmənistanlı Yusup Melejayev sahib olublar.
Hər iki çəki dərəcəsi üzrə qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib.
Çempion idmançılarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.
Azərbaycan pəhləvanı Məhəmməd Müslümov (65 kq) isə İran təmsilçisi Meysam Nasiri ilə qarşılaşdığı final görüşündə gümüş medalla kifayətlənməli olub. Bu çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsində Ma’Bunde Cumba Ma’Bali (Qvineya-Bissau) və İlyas Jumay (Qazaxıstan) yer alıblar.
Beləliklə, sərbəst güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 2 qızıl və 1 gümüş medal qazanıblar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

