Bizi gələcəkdə yeni-yeni qələbələr gözləyir
18.09.2009 [10:47]
Məlum olduğu kimi, 9-14 sentyabr tarixlərində Ermənistanda gənclər arasında cüdo üzrə Avropa çempionatı keçirilib. Düşmən ölkənin paytaxtında keçirilən bu yarışda Azərbaycan komandası da iştirak edib. Sevindirici haldır ki, komandamızın 5 üzvünün hamısı Vətənə medalla qayıdıb. Daha dəqiq desək, 38 ölkədən 250 idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Lakin bu qələbələr heç də asanlıqla başa gəlməyib. çünki idmançılarımız bu medalları bizimlə müharibə şəraitində olan bir ölkənin paytaxtında-İrəvanda qazanıblar. Ona görə də, bu qələbənin ölkəmiz üçün xüsusi əhəmiyyəti var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, cüdoçularımız bütün Azərbaycan xalqını bu qələbə ilə sevindirib. İrəvanda keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatında iştirak edən Azərbaycan komandasının üzvlərini qəbul edən Prezident İlham Əliyev deyib ki, bu qələbənin çox böyük mənası var: “Birinci növbədə, bu qələbə onu göstərir ki, Azərbaycanda çox güclü gənc nəsil, gənc idmançılar yetişir. O idmançılar ki, gənc yaşlarından doğma Vətənimizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər. Bu qələbə onu göstərir ki, gənclərimiz vətənpərvərlik ruhunda böyüyürlər, tərbiyə alırlar, dəyərli vətəndaşlar kimi Azərbaycanın şöhrətini ucaldırlar”.
Beləliklə, sözügedən yarışın baş qəhrəmanı, İrəvandan vətənə qızıl medalla dönən Elmar Qasımovla görüşüb, ondan qəzetimiz üçün müsahibə aldıq. Suallara keçməzdən öncə 1990-cı il noyabr ayının 2-də Xırdalanda anadan olduğunu deyən Elmar Qasımov cüdo ilə 9 yaşından məşğul olduğunu bildirdi.
- Bir daha sizi bu möhtəşəm qələbə münasibətilə təbrik edirik.
- çox sağ olun.
- ümumiyyətlə, Bakıdan İrəvana hansı hisslərlə getmişdiniz? Hər halda bu yarış düşmən ölkənin paytaxtında keçirilirdi...
- Əvvəla, böyük məsuliyyət hissi keçirirdim. çünki sizin də qeyd etdiyiniz kimi, budəfəki çempionat Ermənistan paytaxtında keçirilirdi və bizlər oradan mütləq qələbə ilə qayıtmalıydıq. Eyni zamanda, bu məsuliyyətdən irəli gələn həyəcan hissi də vardı. Lakin bu həyəcan heç də hansısa qorxu ilə bağlı deyildi.
- Bəs, həmin yarışda qalib gələcəyinizə inanırdınızmı?
- Bəli. Məndə qalib gələcəyimə, Avropa çempionu olacağıma böyük inam hissi vardı. Yarışda komandanın sonuncu üzvü kimi çıxış etməyim isə həmin inamı daha da artırdı. çünki mən komandamızın qızıl medal üçün son ümidi idim. özü də bu təkcə komandamızın deyil, ümumilikdə Azərbaycanın ümidi idi. Ona görə də, dövlətimizin, xalqımızın qızıl medala olan ümidini doğrultmağa, vətənimizin hər bir sakinini bu qələbə münasibətilə sevindirməyə borclu idim. Tanrıya şükürlər olsun ki, mən vətənim və xalqım qarşısında olan bu borcumu ləyaqətlə yerinə yetirə bildim.
- Beləliklə, çempion oldunuz və...
- Düzü çox sevindim. çünki məhz bu qələbə nəticəsində İrəvanda Azərbaycan himni səsləndi. Bu, bir tarix idi və həmin tarixi yaşadığım üçün özümü ikiqat xoşbəxt hiss edirəm. çünki həmişə çalışmışam ki, Azərbaycan idmanında mənim də xüsusi yerim olsun.
- Bayrağımız qalxanda, himnimiz oxunanda ermənilərin reaksiyası necə oldu?
- Bir az qışqırırdılar, vəssalam. Amma biz onlara fikir vermədik. çünki istədiyimizi əldə etmişdik.
- Bəs, Ermənistanda keçirilən yarışdan sonra hansı beynəlxalq yarışlara hazırlaşırsınız?
- Qarşıda bizi gənclər arasında Dünya çempionatı gözləyir. Gələn aydan isə Olimpiya oyunlarında iştiraka imkan verən reytinq turnirlərinə start veriləcək.
- ümumiyyətlə, Azərbaycanda idmana göstərilən diqqət və qayğı barədə nə deyə bilərsiniz?
- öncə ölkəmizdə idmana göstərilən xüsusi diqqət və qayğıya görə bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya bütün idmançılar adından dərin minnətdarlığımı bildirirəm. İrəvandan Vətənə qayıdandan dərhal sonra Prezident İlham Əliyevin bizi qəbul etməsi və mükafatlandırılmağımızla bağlı göstəriş verməsi bu diqqət və qayğının daha bir bariz nümunəsidir. Konkret olaraq sualınıza gəlincə, onu deyə bilərəm ki, Azərbaycanda Prezident səviyyəsində, dövlət səviyyəsində idmana və idmançılara göstərilən diqqət və qayğı bəlkə də dünyanın heç bir yerində yoxdur. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan dünyada qabaqcıl idman ölkəsi kimi tanınmaqdadır və Azərbaycan idmançıları qatıldıqları bütün beynəlxalq yarışlardan vətənə medallarla dönürlər. Yəni, idmançılarımız Azərbaycan Prezidentinin, dövlətimizin diqqət və qayğısını hiss etməklə yanaşı, hər zaman dövlət başçısının inam və etimadını doğrultmağa çalışırlar. Məhz bunları nəzərə alaraq, deyə bilərəm ki, bizi gələcəkdə yeni-yeni qələbələr gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

