/ / Milli Məclisin 100 illik yubileyi münasibətilə parlament komandalararası futbol turnirinə start verilib
Milli Məclisin 100 illik yubileyi münasibətilə parlament komandalararası futbol turnirinə start verilib
10.03.2018 [01:03]
Azərbaycanın futbol komandası beynəlxalq turnirə qələbə ilə başlayıb
Martın 9-da Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, “İnter Arena”da keçirilən ilk oyunda Azərbaycan və Latviya komandaları qarşılaşıblar. Oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, parlamentin digər vəzifəli şəxsləri və nümayəndə heyətlərinin üzvləri izləyiblər.
Komandalar hər biri 30 dəqiqədən ibarət iki hissədə mübarizə aparıblar.
Azərbaycan-Latviya qarşılaşmasından əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Oyuna fəal başlayan Azərbaycan komandası rəqib qapısı qarşısında dəfələrlə təhlükəli vəziyyətlər yaradıblar. Görüşdə hesab 28-ci dəqiqədə açılıb. Azərbaycan komandasının heyətində Emin İmanov fərqlənib. İlk hissə komandamızın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissəyə daha fəal başlayan Azərbaycan komandasının üzvü Musa Qurbanov 38-ci dəqiqədə ikinci topu rəqib qapısından keçirib. Matçın 48-ci dəqiqəsində Emin İmanov dubl edərək komandamızın qələbəsini rəsmiləşdirib.
Beləliklə, görüş 3:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatıb.
Günün ikinci oyununda Türkiyə və Polşa komandaları üz-üzə gəliblər. Görüşə fəal başlayan Türkiyə təmsilçiləri 20-ci dəqiqədə Oktay Çanakın qolu ilə hesabı açıblar. Qarşılaşmanın 26-cı dəqiqəsində Abdulla Öztürk hesab arasındakı fərqi iki topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə də üstün oyun nümayiş etdirən qardaş ölkə təmsilçiləri matçın 34-cü dəqiqəsində Kəzim Kırçının qolu ilə rəqibi üçüncü dəfə topu oyuna mərkəzdən başlamağa məcbur ediblər - 3:0. Matçın 44-cü dəqiqəsində polşalı müdafiəçilərin səhvindən yararlanan Türkiyə komandasının təşkil etdiyi hücumu uğurla başa çatdıran Kəzim Kırçı özünün ikinci, komandasının isə dördüncü qolunu rəqib komandanın qapısından keçirib. Oyunun 49-cu dəqiqəsində isə Polşa komandası vurulan qollardan birinin əvəzini çıxıb. Olszoşka adını tabloya yazdırıb - 4:1. Lakin bu da oyunda sonuncu qol olmayıb. Qarşılaşmanın 55-ci dəqiqəsində Tahir Ağdərə dəqiq zərbə ilə oyunda son nöqtəni qoyub - 5:1. Beləliklə, görüş 5:1 hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb.
Turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırlar.
Yarışın “A” qrupunda Azərbaycan və Latviya, “B” qrupunda Polşa və Türkiyə komandaları yer alıblar. Ukrayna komandası isə birbaşa yarımfinala vəsiqə qazanıb. “B” qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna kollektivi ilə qarşılaşacaq. “A” qrupunun qalibi isə birbaşa finala yüksələcək.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20

