Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Güləşçilərimiz "Qitələrarası Kubok"da bürünc medal qazandı

Güləşçilərimiz "Qitələrarası Kubok"da bürünc medal qazandı

20.10.2009 [02:31]

Azərbaycanın sərbəst güləş üzrə milli komandası Dağıstanın Xasavyurt şəhərində keçirilən “Qitələrarası Kubok” turnirində bürünc medal qazanıb. Yığmamızın heyətində Namiq Sevdimov, Yaşar Əliyev (hər ikisi 55 kq), Xaybulla Şaalov (60 kq), Emin Əzizov (66 kq), Əşrəf Əliyev (74 kq), Novruz Temrezov (84 kq), Cəmaləddin Məhəmmədov (96 kq) və Müslüm Müslümov (120 kq) yer alıb. Yarışda milli komandamızdan başqa, Rusiya, Ukrayna, Türkiyə, Belarus, Gürcüstan, Dağıstan yığmaları və Mərkəzi Ordu İdman Klubu (MOİK) (Rusiya) iştirak edib. Reqlamentə əsasən, iştirakçılar 2 qrupda dairəvi sistem üzrə yarışıblar. Qrup qalibləri finalda, 2-ci yeri tutanlar isə bürünc medal uğrunda qarşılaşıblar. Qrup mərhələsində Ukrayna və MOİK-i üstələyən milli komandamız Rusiya yığmasına uduzaraq, ikinci yeri tutub. Nəticədə pəhləvanlarımız bürünc medal uğrunda güləşmək hüququna yiyələniblər. Bu mərhələdə yığmamız Gürcüstan yığmasına 4:3 hesabı ilə məğlub edərək, 3-cü pillədə qərarlaşıb. “Qitələrarası Kubok”un qalibi isə finalda Rusiyaya qalib gəlmiş Dağıstan komandası olub.

Paylaş:
Baxılıb: 1279 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31