/ / Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
27.07.2019 [01:49]
İyulun 26-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illiyi tamam olur. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə nazirliyin rəhbərliyi və məsul əməkdaşları iyulun 26-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Gənclər və İdman naziri Azad Rəhimov əlamətdar günlə bağlı jurnalistlərə müsahibəsində bildirib: “Bu gün Gənclər və İdman Nazirliyinin yubiley günüdür. İyirmi beş il əvvəl iyulun 26-da Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə müasir müstəqil Azərbaycanın tarixində ilk dəfə bilavasitə gənclərlə işləyən, gənclər siyasətini tənzimləyən dövlət qurumu yaradıldı və qarşıya böyük vəzifələr qoyuldu. Bu səbəbdən iyulun 26-sı ölkəmizdə gənclər və idman sahəsində çalışan bütün şəxslər üçün əlamətdar gündür. Nazirlik fəaliyyətə başladığı 25 il ərzində mühüm işlər görüb. Əsas vəzifə Azərbaycan dövlətində gənc nəsli tərbiyə etmək, vətənpərvər gənclik formalaşdırmaq, onların ölkəmizin ictimai-siyasi həyatında, beynəlxalq münasibətlər sistemində fəal iştirakına şərait yaratmaq idi. Ötən 25 il ərzində bu vəzifələrin yerinə yetirilməsi istiqamətində minlərlə layihə, tədbir həyata keçirilib. Bu gün Azərbaycan gəncliyi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə yüksək səviyyədə təmsil olunur, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılır”.
Azad Rəhimov deyib: “Nazirliyin yaradılması bariz nümunədir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri məhz gənclərlə iş və idman siyasətidir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə də bu ənənə davam etdirilir. Hazırda ölkəmizdə 300-dən artıq qeyri-hökumət gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycanda gənclər siyasəti modeli BMT tərəfindən qəbul olunub və bir nümunə kimi digər ölkələrə örnək göstərilir. Azərbaycan ötən 25 ildə irimiqyaslı yarışlara ev sahibliyi edib. Həm də bu yarışlarda və olimpiadalarda idmançılarımız çoxlu sayda medallar qazanıblar. Qarşıda yeni vəzifələr durur. Ölkəmizdə Azərbaycan gənclərinin inkişaf strategiyası, Dövlət proqramları qəbul edilir. Gənclərimizin müxtəlif sahələrdə öz potensiallarını nümayiş etdirmələri üçün maksimum şərait yaradılıb”.
Bu günlərdə Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı haqqında məlumat verən nazir vurğulayıb: “Həmişəki kimi, biz bu mötəbər idman yarışında da atletlərimizdən çoxlu sayda medal gözləyirik. Festivalın sonuna iki gün qalmasına baxmayaraq, biz medal sayına görə ikinci yerdəyik. Çox istərdik ki, komandamız ilk beşlikdə yer alsın”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

