İstanbulda Türk Şurasının üçüncü Gənclər Festivalının rəsmi açılış mərasimi keçirilib
04.12.2019 [09:45]
Dekabrın 3-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üçüncü Gənclər Festivalının rəsmi açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edirlər.
Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan tədbirdə çıxış edərək türkdilli xalqlar arasında yaxınlığın əsasını təşkil edən amillərdən birinin mədəni münasibətlər olduğunu bildirib. Burada gənclərin böyük rol oynadığını deyən sədr bu səbəbdən gənclər arasındakı münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, bu münasibətlər türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək. Bu baxımdan belə festivalların əhəmiyyətini vurğulayan B.Ərdoğan rəhbəri olduğu Dünya Etnoidman Konfederasiyasının təbliğ etdiyi milli idman növlərinin də gənclərin yaxınlaşmasında mühüm rol oynadığını deyib. O, türkdilli xalqların milli idman növlərinin inkişaf etdirilməsinin vacibliyini bildirib.
Festivalda türkdilli dövlətlərin gənclər təşkilatlarının nümayəndələri təmsil etdikləri ölkələrdə həyata keçirilən gənclər siyasəti və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat veriblər.
Tədbirdə ölkəmizi Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Türk Şurası Gənclik Platformasının sədri Mirhəsən Seyidov festivalda “Azərbaycan Respublikasının gənclər siyasəti” mövzusunda geniş məruzə ilə çıxış edib. M.Seyidov məruzəsində Azərbaycan dövlətinin gənclərə yüksək diqqət və qayğısından söz açıb. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb.
Tədbir dekabrın 6-dək davam edəcək.
Xatırladaq ki, Türk Şurasının birinci Gənclər Festivalı 2016-cı ilin sentyabrında Gəncədə keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

