Bu il Azərbaycan Velosiped İdmanı Federasiyası üçün uğurlu nəticələrlə yadda qalıb
26.12.2019 [15:01]
Başa çatmaqda olan 2019-cu il Azərbaycan Velosiped İdmanı Federasiyası üçün uğurlu nəticələrlə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Respublika Velotrekində keçirilən ilin yekun toplantısında səsləndirilib.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən federasiyanın baş katibi Fərhad Əliyev bildirib ki, ilin əsas hadisəsi Azərbaycan yığma komandası üzvlərinin şose velosipedinin qrup ötüşməsində “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanması olub. “Rio 2016” Yay Olimpiya Oyunları ilə müqayisədə Tokio Olimpiadası üçün iştirakçı sayının 150-dən 130-a endirilməsi mübarizəni daha da çətinləşdirib. Bütün lisenziya yarışlarında iştirak edən yığmamızın üzvləri 894 xal toplayıb və dünya reytinqində 44-cü olmaqla arzuolunan lisenziyaya sahib çıxıb.
Bildirib ki, bu yarışlar zamanı millimizin lider idmançıları Elçin Əsədov və Samir Cəbrayılov Avropa, Asiya və Afrikada keçirilən yarışlarda 12 dəfə fəxri kürsüyə qalxıblar. Bundan başqa, gənc oğlan və qızlardan ibarət yığma komanda üzvlərindən Nəcəf Bağırov, Nikita Sıtov və Lalə Əbdürrəhmanova İran, Belçika və Türkiyədə keçirilən beynəlxalq yarışların qalib və mükafatçısı olublar.
“İl ərzində əldə olunan nailiyyətlər ölkə idmanı rəhbərliyinin də diqqətindən kənarda qalmayıb. Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev yığma komandamızın baş məşqçisi Əbülfəz Məmmədovu mənzillə təltif edib. Bundan başqa, Gənclər və İdman naziri Azad Rəhimovun müvafiq əmri ilə Əbülfəz Məmmədova Əməkdar məşqçi, ölkəmizi “Tokio 2020” Yay Olimpiya Oyunlarında təmsil edəcək Elçin Əsədova isə Əməkdar idman ustası fəxri adları verilib”, - deyə F.Əliyev əlavə edib.
İclasa yekun vuran Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov növbəti ildə federasiyanın qarşısında duran əsas vəzifələrdən danışıb və il ərzində fərqlənən idmançı və məşqçilərə fəxri diplomlar təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

