Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Fransalı futbolçu: “Azərbaycanda çox gözəl anlar yaşadım”

Fransalı futbolçu: “Azərbaycanda çox gözəl anlar yaşadım”

06.01.2022 [12:35]

“Həqiqətən də legioner həyatı yaşamaq istəyirdim. “Neftçi”də çox gözəl anlar yaşadım, əla atmosferdə böyük oyunlar keçirdim”. “Yeni Azərbaycan” xəbər verir ki, bu sözləri fransalı futbolçu Romen Bask deyib. 

 

Bir neçə gün öncə Azərbaycan çempionu ilə vidalaşan yarımmüdafiəçi Fransanın “Şatoru” klubuna keçib. Yerli mətbuata açıqlamasında “Neftçi”dən ayrılmasına ailə vəziyyətinin səbəb olduğunu bildirən 27 yaşlı futbolçu Azərbaycanda özünü yalnız hiss etdiyini və qızı üçün çox darıxdığını söyləyib: “Komandadan hər şey pis getdiyi üçün ayrılmadım. Yeganə səbəb, ölkə xaricində tək olmağım idi”.

 

Qeyd edək ki, “Neftçi”yə cari mövsümün əvvəlində “Havr”dan (Fransa) transfer olunan Bask paytaxt təmsilçisinin heyətində 12 oyun keçirib.

Paylaş:
Baxılıb: 1041 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30