“Qarabağ”ın futbolçusu şəraitdən gileyləndi
13.01.2022 [11:04]
“Komandamızda böyük zəfərlər üçün çatışmayan amillər var”
İxtiyar
Artıq 4 gündür futbol üzrə Afrika Millətlər Kuboku turniri start götürüb. Kamerunda təşkil olunan “Qara qitə”nin ən nüfuzlu yarışında karyerasını Azərbaycanda davam etdirən iki futbolçu da mübarizə aparır. Onlardan biri “Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya yığmasının, digəri isə “Qarabağ”ın müdafiəçisi Patrik Andrade Kabo Verde millisinin heyətində yer alıb.
Kabo Verde milli komandası ilk oyununda Efiopiya ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Bu səbəbdən Patrik Andrade ilə əlaqə saxlayıb, turnirlə bağlı fikirlərini öyrəndik. O, “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Kamerunda Millətlər Liqası turnirinin atmosferi hiss olunsa da, bir çox problemlər də mövcuddur: “Həqiqətən də, küçələrdə yarışın atmosferi hiss olunur. Millətlər Kubokunun keçirilməsi ilə bağlı xeyli bilbo?rdlar var. Əsl bayram ab-havası yaratmaq üçün yolboyu rəqs edənlər kifayət qədərdir. Bu baxımdan hər hansı problem yoxdur. Amma təşkilati məsələlər haqda pozitiv danışmaq mümkün deyil. Məsələn, bizi çox balaca, primitiv otelə yerləşdiriblər. Kiçik otaqlarda 2 futbolçu qalır. Otaqlar o qədər balacadır ki, çemodanları yerləşdirməyə yer tapmırıq. Oteldə trenajor zalı olmalıdır, amma yox kimidir. Bunlar adamı məyus edir”.
İlk oyundakı qələbəyə gəlincə, Andradenin fikrincə, 3 xalı hansı hesabla qazanmağın fərqi yoxdur: “Əsas odur ki, yarışa qələbə ilə start verdik. İlk oyun həmişə çətin keçir. Amma biz rəqibi məğlub edə bildik. Bu, bizim üçün çox önəmli idi. Meydana sonradan çıxmağım isə baş məşqçinin qərarı idi. Buna hörmətlə yanaşmaq lazımdır”.
Kabo Verde növbəti görüşünü bu gün ilk oyunda Kameruna 1:2 hesabı ilə uduzan Burkina-Faso yığması ilə qarşılaşacaq. “Qarabağ”ın futbolçusunun sözlərinə görə, meydana uğurlu seriyanı davam etdirmək üçün çıxacaqlar: “Düzdür, rəqib ilk turda meydan sahiblərinə uduzdu. Burkina-Faso bu səbəbdən bizimlə oyuna daha istəkli, qələbə əzmi ilə çıxacaq. Amma bizim də məqsədimiz dəyişmir. Uğurlu seriyanı davam etdirmək fikrindəyik. Hazırda komandamızın düşərgəsində atmosfer əladır. Ümid edirəm ki, meydanı yenə 3 xalla tərk edəcəyik”.
Bəs Andradenin komandasının hədəfi nədir? Yalnız qrupdan çıxmaq, yoxsa daha irəli gedib medalçılar arasında olmaq? Futbolçunun sözlərinə görə, Kabo Verde millisinin böyük hədəfi yoxdur: “Bu barədə ətraflı fikir söyləyə bilməyəcəyəm. Bizim əsas hədəf oyundan oyuna fikirləşməkdir. İlk turda qələbə qazandıq, ikinci görüş haqda düşünürük. Hər hansı böyük hədəfimiz yoxdur. Danışmaq istəmədiyim bir çox səbəblər, böyük zəfərlər üçün çatışmayan bəzi amillər var. Bunları dilə gətirmək istəməzdim. Məsələn, biz Burkina-Fasonu məğlub etsək də, onlar yaxşı komandadır. Topla əla davranırlar. Onlar Kameruna daha tez, dekabrın sonlarında gəlib yerli iqlimə uyğunlaşma prosesi keçiblər. Amma biz daha pis şəraitdə hazırlaşmışdıq. Bütün futbolçuların iştirakı ilə düz-əməlli toplanış olmamışdı. Kameruna turnirin startına az qalmış gəldik. Bəzi futbolçularımızda koron?virus aşkarlandı. Həll olunmalı maliyyə məsələləri, problemlər vardı. Bütün bunlara baxmayaraq, ilk oyunu qələbə ilə başa vurduq”.
Millətlər Liqasının favoriti hansı yığmadır? Bu il Afrikanın ən güclüsü hansı ölkə olacaq? Futbolçu müasir futbolda çox şey dəyişdiyi üçün favoritlərlə bağlı ad çəkməkdə çətinlik çəkdiyini vurğulayıb: “11 nəfər 11 nəfərə qarşı oynayır. Hər bir milli komandanın öz metodu var. İstənilən komanda hamını təəccübləndirə, gözlənilməz nəticə qazana bilər. Bu səbəbdən aşkar favoritim yoxdur. Yəni, istənilən yığma Millətlər Liqasının qalibi ola bilər”.
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50

