“Qarabağ”dan futbol tariximizə yenilik
18.02.2023 [11:35]
Pley-off mərhələsində ilk qələbə!
Matç öncəsi Türkiyə dəstəyi
G.QABİLQIZI
Fevralın 16-da “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirdi. Komanda Bakıda Belçikanın “Gent” klubu ilə üz-üzə gəldi.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı Məhəmməd Al-Hakimin rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə etdi. Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başladı.
“Qarabağ”dan əhəmiyyətli qələbə
Görüşün ilk dəqiqələri kəşfiyyat xarakteri daşıdı.
8-ci dəqiqədə rəqib hesabı açmağa yaxın olsa da, istəyinə nail ola bilmədi. Beləliklə, ilk hissə qolsuz bərabərliklə yekunlaşdı.
İkinci yarıya “köhlən atlar” daha fəal başlayan tərəf oldu. Komandamız sonlara yaxın “Gent”i öz cərimə meydançasında sıxmağa başladı. Bunun uğurlu nəticəsi kimi 78-ci dəqiqədə Leandro Andrade topu rəqib qapısından keçirdi. 89-cu dəqiqə Redon Cicanın zərbəsindən sonra top dirəyə dəyib.
Beləliklə, matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Qeyd edək ki, cavab görüşü fevralın 23-də Belçikada baş tutacaq.
Klub rəhbərlərinin qalibiyyət təəssüratları
“Qarabağ”ın prezidenti Tahir Gözəl oyunla bağlı təəssüratlarını media ilə bölüşüb. Bildirib ki, “Ağdam” klubu Azərbaycan futbolu tarixində ilkə imza atıb: “Əvvəlcə Türkiyə xalqına başsağlığı verirəm. “Qarabağ”ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu. Qeyd etmək istərdim ki, bu, bizim Pley-off mərhələsində ilk qələbəmizdir. Çox uğurlu addımdır. Amma oyun hələ bitməyib. Bu qələbə heç nə demək deyil. Fevralın 23-dəki cavab oyununda mən də Belçikada olacağam. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Tarixi görüşə çıxacağıq”.
O, oyundan razı qaldığını söyləyib: “Bilirsiniz ki, komandada çox dəyişikliklər baş verdi. Gedən, zədə səbəbindən oynaya bilməyən futbolçularımız oldu. Amma sevinirəm ki, “Qarabağ” bu gün heç bir oyunçudan asılı olmadığını sübut etdi. Biz artıq Avropa klubuyuq. Komandanın ənənəsinin olduğunu, Avropa futbolu sərgilədiyini, həmçinin Qurban Qurbanovun məharətini bir daha gördük. Fəxr edirəm. Qoy, bu qələbə xalqımıza təsəlli olsun”.
T.Gözəl “Qarabağ”ın 1/8 finala yüksəlmək şanslarını da dəyərləndirib: “Bugünkü oyuna baxanda insan ümidlənir. Rəqibin çox sürətli əks hücumları var. Dinamikalı komandadır. Səfər matçında diqqətli olmalıyıq. Yeni transferlərimiz komandaya yanvarda qoşulublar. Hesab edirəm ki, cavab oyunu öncəsi 1 addım öndəyik. Oradan yaxşı nəticə ilə qayıdacağımıza inanıram”.
Klub prezidenti bu qələbəni Türkiyə xalqına həsr edib: “Allah ölənlərə rəhmət eləsin, sağ qalanlara şəfa versin. Bu da bizim Türkiyəyə mənəvi hədiyyəmiz olsun”.
Yeni transferlərdən razıyıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əvvəlcə mübarizə üçün futbolçularına təşəkkür edib. Bildirib ki, pley-offda ilk qalibiyyət oyunçuların böyüməsi üçün önəmlidir: “Dinamik rəqibə qarşı çıxış edirdik. Bu cür komandalara həmişə hörmətlə yanaşıram. Çox sürətli oynayırdılar. Onlara qarşı mübarizə aparmaq böyümək üçün şansdır”.
Qurbanov yeni transferlərdən razı qaldığını söyləyib: “Onlara bir az vaxt lazımdır. İşlər pis getmir. Hamısı məsuliyyətli futbolçulardır”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

