Dünyanın ilk futbol qurumu...
26.10.2023 [11:35]
160 yaşlı Futbol Assosiasiyası
Yeganə BAYRAMOVA
Dünyanın ilk futbol qurumu olan Futbol Assosiasiyasının (FA) yaranmasından 160 il ötür. Belə ki, 1863-cü il oktyabrın 26-da İngiltərə futbolunun idarəedici orqanı olan Futbol Assosiasiyası yaradılıb. Qurum dünyanın ən qədim futbol assosiasiyasıdır və öz ərazisindəki həvəskar, peşəkar oyunun bütün aspektlərinə nəzarət etməyə cavabdehdir. FA öz səlahiyyətləri daxilində milli səviyyədə bütün rəqabətli futbol matçlarına nəzarət edir. Assosiasiya, eyni zamanda, çoxsaylı yarışlar keçirir. Həmin yarışlardan ən məşhuru İngiltərə kubokudur.
Assosiasiyanın yaradılması 1862-ci ildə “Barnes” futbol klubunu yaradan London hüquqşünası Ebenezer Morleyin adı ilə bağlıdır. O, bir neçə dövlət məktəbindən olan oğlan uşaqlarını yaratdığı futbol klubuna qəbul etdikdən sonra oyunların necə keçiriləcəyi ilə bağlı qızğın müzakirələr gedir. Beləliklə, müxtəlif futbol klublarında oynayan onlarla London və şəhərətrafı klubun kapitanları, katibləri və digər nümayəndələri oyunun tənzimlənməsi üçün müəyyən qaydalar məcəlləsi yaratmaq məqsədi ilə Assosiasiyanın yaradılması üçün görüşdülər.
FA həm UEFA, həm də FIFA-nın üzvüdür və oyun qanunlarına cavabdeh olan Beynəlxalq Futbol Assosiasiyaları Şurasında (IFAB) daimi yer tutur. FA Londonun Uembli Stadionunda yerləşir. Eyni zamanda, FA Britaniya Olimpiya Assosiasiyasının üzvüdür. Bu isə o deməkdir ki, FA Böyük Britaniyanın kişi və qadınlardan ibarət Olimpiya futbol komandasına da nəzarət edir.
İngiltərənin bütün peşəkar futbol komandaları Futbol Assosiasiyasının üzvləridir. Premyer Liqanın gündəlik əməliyyatlarını idarə etməsə də, liqa sədrinin və baş icraçı direktorun təyin edilməsinə və liqa qaydalarına edilən hər hansı dəyişikliklərə veto hüququna malikdir. Bundan başqa, Premyer Liqadan aşağı olan üç tam peşəkar diviziondan ibarət İngiltərə Futbol Liqası FA-nın sanksiyalarına tabe olaraq özünü idarə edir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

