Havaların yağışlı keçməsi məhsuldarlığa mənfi təsir göstərməyib
28.07.2012 [14:37]
Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi, istiqamətində mühüm işlər görülür. Təbii ki, bu istiqamətdə taxılçılığın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu da səbəbsiz deyil. çünki taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edir.
ölkəmizdə qeyd olunan istiqamətdə, yəni, taxılçılığın inkişafı üçün mütəmadi olaraq addımlar atılır, müxtəlif layihələr həyata keçirilir. Məsələn, etibarlı ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə yüksək səviyyədə təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq, müasir texnologiyaların tətbiqinə əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 2011-ci il martın 11-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı bu məsələyə xüsusi olaraq toxunmuşdu: “Bir müddət bundan əvvəl mənim tərəfimdən verilmiş göstərişlər indi icra edilir. Biz taxılçılıq üzrə böyük fermer təsərrüfatlarının yaradılmasına başlamalıyıq. Hazırda müvafiq dövlət qurumları yeni sahələri müəyyən edirlər. Mən hesab edirəm ki, biz bu məsələyə, əlbəttə, kompleks şəkildə yanaşmalıyıq. Təkcə o yerləri müəyyən etməklə kifayətlənməməliyik. Bütün infrastruktur yaradılmalıdır. İlk növbədə, suvarma, digər infrastruktur layihələri, texnika, gübrələr, toxumlar və sair. Saatlı rayon İcra Hakimiyyətinin başçısı məlumat verdi ki, rayonda 9 min hektar yeni sahələr müəyyən edilibdir. çox yaxşı göstəricidir. Mən hesab edirəm ki, bütövlükdə ən azı 100 min, bəlkə də 200 min yeni torpaq sahəsini əkin üçün dövriyyəyə çıxarmalıyıq. Beləliklə, ərzaq təhlükəsizliyimizin əsas sahəsi olan taxılçılığı inkişaf etdirəcəyik və özümüzü təmin etmək üçün bunun çox böyük rolu olacaqdır. Bildiyiniz kimi, kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür. Texnikalar alınır, lizinqə verilir, aqroservislər yaradılır, subsidiyalar verilir, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir və sair. Növbəti illərdə, xüsusilə, bu il bu məsələlərə daha da böyük diqqət göstərilməlidir”.
Yeri gəlmişkən, bu ilin aprelində İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qarşıda duran əsas vəzifələrdən biri də Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasının daha da sürətləndirilməsi, iri taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması ilə ölkənin taxıl məhsullarına olan tələbatının yerli istehsal hesabına özünütəminetmə səviyyəsinin daha da yüksəldilməsidir.
Belə təsərrüfatların yaradılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu ilin əvvəllərindən etibarən investisiya layihələrinin maliyyələşdirilməsinə başlanılıb. Bunlardan biri də Kürdəmir, Ağsu və Şamaxı rayonları ərazisində ümumi dəyəri 16,8 milyon manat, kredit tələbatı isə 10 milyon manat olan özəl taxılçılıq təsərrüfatının taxıl anbarı kompleksinin qurulması və əkinçiliyin inkişafı yönümlü investisiya layihəsidir. Bu layihənin maliyyələşdirilməsinə ilkin mərhələdə 2 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Layihə üzrə Kürdəmir, Ağsu və Şamaxı rayonları ərazisində 3 min ha sahədə əkin işlərinin aparılması, müasir dairəvi suvarma sisteminin qurulması nəzərdə tutulur.
Beləliklə, sözügedən layihə çərçivəsində atılan addımlar, həmçinin, hökumətin ölkəmizin etibarlı şəkildə taxıl məhsulları ilə təminatı üçün gördüyü davamlı və məqsədyönlü işlər öz müsbət nəticəsini verir. Belə ki, bu il ərzində ölkəmizdə biçilməsi nəzərdə tutulan 687 min 982 hektar buğda sahəsindən iyulun 23-nə kimi 628 min 046 hektar sahə artıq biçilib. ötən müddət ərzində buğda istehsalı isə 1 mln. 687 min 907 ton təşkil edib. Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. Onun sözlərinə görə, eyni zamanda, payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) yığımına başlanılıb.
Nazirlik sözçüsü onu da deyib ki, ümumiyyətlə, ötən ilin cari dövrü ilə müqayisədə məhsuldarlıq yüksəkdir. Belə ki, ötən il 933 min 032 hektar ərazidən 891 min 851 hektar payızlıq və yazlıq dənli bitki biçilib. İstehsal isə 2 mln. 200 min 420 ton olub.
Murtuzəli Hacıyev əlavə edib ki, bu ilin iyul ayının 23-ü üçün məhsuldarlıq ötən ilə nisbətən 106,5 faiz yüksək olub. Daha doğrusu, 2012-ci ildə paxlalı və dənli bitkilərdən 995 min 888 hektar biçiləcək sahədən 916 min 221 hektarı biçilib. Cari ildə 2 mln. 405 min 591 ton istehsal olunub. Məhsuldarlıq isə hər hektardan 26,3 ton təşkil edib.
Nazirlik rəsmisi buğda istehsalında da ötən ilə müqayisədə artım olduğunu söyləyib. Onun sözlərinə görə, ötən il 654 min 044 hektar biçiləcək buğda sahəsindən 625 min 458 hektarı biçilmişdirsə, bu il 687 min 982 hektar sahədən 628 min 046 hektarı artıq biçilib. Buğda istehsalı isə 1 mln. 687 min 907 ton təşkil edib.
“Havanın yağıntılı keçməsi və bəzi yerlərdə sel daşqınlarının baş verməsi məhsuldarlığa mənfi təsir göstəribmi” sualına isə Murtuzəli Hacıyev bu cavabı verib: “Havaların yağışlı keçməsi məhsuldarlığa mənfi təsir göstərməyib. Yəni, hələlik Nazirliyə bununla bağlı hər hansı fakt daxil olmayıb”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05

