“Yaşıl vergi” güzəştləri qüvvəyə minir
07.06.2024 [10:00]
Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Sənəddə ən mühüm məqam Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri ilə bağlıdır. Dövlət başçının fərmanına əsasən, COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad olunub. Habelə, qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə, qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri və qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirləri 9 ay müddətinə vergidən azad edilib.
Vergi Məcəlləsinə edilmiş digər dəyişikliklərə əsasən, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, eləcə də təsdiqedici sənədi əsasında malların idxalı 2024-cü il martın 1-dən 9 ay müddətinə ƏDV-dən azad olunub.
Bu, dəyişikliklər dünyada geniş tətbiq edilən “yaşıl vergi” sisteminin ölkəmizdə də həyata keçirildiyini təsdiq etməklə, ekoloji vergilərin aktuallaşdığını ön plana çıxarmış olur. Belə ki, ölkəmizdə “yaşıl enerji”yə keçid strategiyasından irəli gələn tələblər nəzərə alınmaqla ekoloji dayanıqlılığı təmin və təşviq edən vergi islahatlarının tətbiqinə start verilir.
Qeyd edək ki, beynəlxalq praktikada təmiz ekoloji mühit konsepsiyalarına uyğun olaraq bir çox ölkələr biznes sektorunu “yaşıl hidrogen” və “yaşıl enerji”yə cəlb etmək, onların bu sahəyə sərmayə qoyuluşlarını təşviq və motivasiya etmək məqsədilə vergi-gömrük sistemində bir sıra müasir alətlərdən istifadə edir. Dünyada ekoloji vergilər ətraf mühitə neqativ təsir edən sahələrdə fəaliyyət göstərən müəssisələrdən tutulur. Bu növ vergilər Avropa Birliyi, ABŞ, Rusiya və digər ölkələrdə tətbiq edilir.
İqlim dəyişikliyinə qarşı M übarizənin hazırda daha da aktuallaşdığı və beynəlxalq koalisiyanın öz kapitallarını dayanmadan “yaşıl texnologiyalara” yatırdığı dövrdə “yaşıl vergilər”in tətbiqi də geniş xarakter almaqdadır.
Qlobal miqyasda bu cür vergi tətbiqlərinin genişləndirilməsi OECD və dünyanın aparıcı institutlarının da əsas tövsiyələri sırasında yer alır. Dünya Bankı (DB) bir çox ölkələrdə əməkdaşlıq çərçivəsində aparılan vergi islahatlarının tərkib hissəsi kimi “yaşıl vergi”lərin motivasiyasını irəli sürür. Dünya Bankı Qrupunun hazırda Azərbaycan hökuməti ilə əsas müzakirə mövzularından biri olan “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsində də iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl” texnologiyalardan istifadənin genişləndirilməsi üzrə təkliflər yer alır. DB Azərbaycanın vergi administrasiyasına ekoloji və “yaşıl” vergilərin tətbiq dairəsinin müəyyən edilməsini tövsiyə edir. Həmin tövsiyələrə əsasən, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi nəzərdə tutulub.
“Yaşıl vergi”lərə keçidin əsas istiqamətlərindən biri Azərbaycanın avtomobil bazarında ekoloji cəhətdən təmiz maşınların idxalının və istifadəsinin stimullaşdırılmasıdır ki, bu sahədə təsirli addımlar atılmaqdadır. Belə ki, elektro və hibrid avtomobillərin idxalı və satışı üzrə vergi təşviqlərinin həyata keçirilməsi və bu sahədə əlavə vergi tətillərinin əhatə dairəsinin genişləndirilməsi, əhali qrupuna daxil olan aktiv istehlakçıların bərpaolunan enerji mənbələri hesabına istehsal etdikləri elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirə münasibətdə güzəştlərin müəyyən edilməsi və digər tədbirlər “yaşıl vergi” məqsədlərinə xidmət edir.
“Yaşıl vergi”nin tətbiqi qarşıdakı dövrdə “yaşıl enerji” strategiyası çərçivəsində ekoloji sahədə fəaliyyət göstərən, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən biznes subyektlərinin, eləcə də bərpaolunan enerji mənbələrinin istehsalında fəal rol oynayan xarici sərmayəçilərin bu tipli layihələrə marağının artırılmasına və investisiyaların stimullaşmasına səbəb olacaq.
ELBRUS
Xəbər lenti
Hamısına baxİdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55

