Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Pensiyalar nə qədər artırılacaq?

Pensiyalar nə qədər artırılacaq?

30.07.2024 [10:25]

2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq. Eyni zamanda, yardımların verilməsi ilə bağlı təkliflər də təqdim olunub və bu istiqamətdə müzakirələrin aparılması növbəti dövrlərdə hansı istiqamətdə qərarların veriləcəyini bəlli edəcək. Qeyd edək ki, pensiyadakı artımlar indeksləşdirmə və eyni zamanda yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır. Bu baxımdan növbəti ildə pensiya artımı faizi 2024-cü ildəki orta aylıq əmək haqqıdakı artıma uyğun olaraq müəyyənləşəcək.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1003,3 manat olub. İlin sonunda bu rəqəmin daha da artacağı gözlənilir. Cari ilin sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, 2024-cü ilin yekununda orta aylıq əməkhaqqının 10-12 faiz civarında olacağı ehtimal olunur. Bu isə pensiyaların həmin faiz-rəqəmə uyğun artacağını şərtləndirir. Belə ki, hazırda pensiyası 400 manat təşkil edənlərin növbəti il yanvarın 1-dən pensiyaları 40-50 manat civarında artacaq.  Əgər əmək pensiyalarında yardım düsturu da əlavə olunsa, pensiyaların daha çox artması mümkün olacaq.

Əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı yeni tədbirlər ölkəmizdə həyata keçirilən sosial siyasətin növbəti təzahürü kimi vətəndaşların dayanıqlı sosial təminatına yönələn siyasətin davamıdır. Dünya təcrübəsində pensiya islahatları başlıca olaraq sərt sığorta prinsiplərinin güclənməsinə yönəlsə də, Azərbaycanda bu islahatlar ilk növbədə pensiyaçıların maraqlarına, pensiyaların davamlı artımına, sosial təminat sistemində humanist yanaşmaların güclənməsinə xidmət edir. Bunun göstəricisi kimi, hər ilin  əvvəlində pensiyalarda əhəmiyyətli artımlar edilir, eyni zamanda 2019-cu ilin əvvəlindən fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınanlara 25 il sosial sığorta stajı hədiyyə olunur. Habelə 2020-ci ilin əvvəlindən pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət almaq hüququ verilib və artıq 20 mindən çox şəxs bu hüquqdan yararlanıb. Eyni zamanda, ailə başçısını itirmiş ailələr üçün 2020-ci ilin əvvəlindən iki təminat növündən - ailə başçısını itirməyə görə pensiya və ya ailə başçısını itirməyə görə müavinətdən daha yüksək məbləğdə olanını seçmək, sağlamlıq imkanları məhdud uşaqlara sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ailə başçısını itirməyə görə müavinəti və pensiyanı da almaq hüququ verilib.

Bu, sosial siyasət tədbirlərinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dən ölkədəki 1,1 milyon nəfər pensiyaçının pensiyaları 11,2 faiz artaraq orta pensiya məbləği 480 manata qədər yüksəlib. Ümumilikdə, son 5 ildə 4 sosial islahat paketinin icrası sayəsində pensiyaların artırılması davamlı xarakter daşıyıb və 2018-2023-cü illərdə minimum pensiya 2,5 dəfə artaraq 110 manatdan 280 manata, orta aylıq pensiya 2,1 dəfə artaraq 208 manat 436 manata yüksəlib. Eləcə  də yaşa görə orta aylıq pensiya 2 dəfə artaraq 234 manatdan 467 manata çatıbdır. Pensiyaların artımı ilə yanaşı, vətəndaşların fərdi hesablarında olan pensiya kapitalları istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilib. Cari ilin yanvarında ötən il üzrə qeydə alınmış 8,8 faiz inflyasiya rəqəmin uyğun olaraq bütün sığorta olunan vətəndaşların fərdi hesabındakı kapitalın indeskləşdirilməsi təmin olunub.

Bundan  başqa, son illərdə aparılan sosial islahatlar çərçivəsində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş addımlar atılır. Bir müddət əvvəl “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edildi və bütün əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı qərar qəbul edildi. Bu istiqamətdə digər sosial xarakterli layihələrin icrası davam etdirilir ki, bunlardan biri də minimum pensiyaların normal həyat şəraitinə uyğunlaşdırılmasından ibarətdir. Ona görə də, pensiyaçılar üçün yaşayış minimumunun artırılması sosial dəstək paketləri qəbul olunan zaman minimum aylıq əmək pensiyasının məbləğinin artmasına da özü müsbət təsirini göstərəcək. Bu isə on minlərlə pensiyaçının əhatə olunması deməkdir.

Hazırda pensiya qanunverciliyində nəzərdə tutulan köklü dəyişikliklər də vətəndaşların sosial təminat sahəsində hüquqlarının, pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatına, onların daha üstün məbləğdə  ödənişlər almalarına şərait yaradılmasına xidmət edir. Məhz bu islahatların nəticəsidir ki, “Əmək pensiyaları haqqında” qanuna edilmiş dəyişikliklərin qüvvəyə minməsi nəticəsində 2024-cü ildən etibarən xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin, o cümlədən, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və digər sosial qrupların pensiyaları da indeksasiya və sığorta mexanizmi əsasında yenidən hesablanaraq artırılıb.

Ölkəmizdə pensiya və digər sosial ödənişlərin artımının təmin olunmasında həyata keçirilən iqtisadi islahatlar da öz müsbət təsirlərini göstərir. Belə ki, “kölgə iqtisadiyyatına” qarşı mübarizənin gücləndirilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əsaslı dönüşün əldə edilməsidir ki, bu da dövlət və özəl sektorda həm əmək müqavilələrinin sayının artmasına, həm də uçotun şəffaflaşması sayəsində sosial verginin həcminin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olur. Təkcə, 2018-2024-ci illərdə əmək müqavilələrinin sayında 50 faiz və ya 500 mindən çox artım qeydə alınıb. Həmçinin, ölkəmizdə aparılan sosial-iqtisadi islahatların müsbət nəticələrindən biri kimi məşğulluq imkanlarının və əmək haqlarının mütəmadi artımı və digər ardıcıl tədbirlər nəticəsində son 4 ildə davamlı olaraq sosial sığorta daxilolmalarında artım baş verib. Bütün bunlar isə büdcədə sosial xərclərin artmasına və həmin xərclər hesabına sosial sahələrə ayrılan vəsaitlərin həcminin yüksəldilməsinə güclü təminatlar yaradır. Əldə olunan maliyyə imkanları əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların artılmasında real ifadəsini tapır.

Taleh

Paylaş:
Baxılıb: 1155 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31