Ən yaxşı 10 ölkədən biri
20.08.2024 [10:10]
“Financial Times” qrupu Azərbaycanı investisiyalara açıq ölkə kimi dəyərləndirib
“Financial Times” qrupunun “FDI Intelligence” nəşri investisiya imkanları ilə bağlı perspektivli ölkələrin reytinqini açıqlayıb. Tədqiqat Beynəlxalq Valyuta Fondu və xarici investisiyaların monitorinqi üzrə “Financial Times”ın xidməti olan “fDi Markets”in məlumatlarından istifadə edilməklə ən cəlbedici 50 ölkənin makroiqtisadi və xarici investisiyalar üzrə göstəriciləri qiymətləndirilərək aparılıb. Siyahıda I yerdə Kamboca, II yerdə Filippin, III yerdə isə Keniya qərarlaşıb. Azərbaycan 82,05 bəndlə 7-ci yeri tutub və onluq ölkələri qrupunda qərarlaşıb.
“Financial Times” qrupunun rəyində vurğulanır ki, Azərbaycanda iqtisadi islahatlar, investisiya ilə bağlı yeni hüquqi sənədlərin qəbulu, digər güzəşt və stimullaşdırıcı təminatlar xarici investorların fəaliyyəti üçün əlverişli imkanlar yaradır. Xüsusilə də xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi üçün hüquqi islahatlar həyata keçirilib, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilərək hüquqi baza yaradılıb.
Post-pandemiya dövründə biznes mühitinin daha da yaxşılaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti daha da təkmilləşdirilməkdədir. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən, ölkə iqtisadiyyatına investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Dövlət başçısı iqtisadiyyata qoyulan investisiyanın həcminin artırılması məqsədilə bu sahədə islahatların genişləndirilməsini, xüsusilə özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühitinin daha da yaxşılaşdırılmasını, həmçinin investisiyaların qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsini əsas məsələlər kimi qarşıya məqsəd qoyub. İnvestorlar üçün biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə “bir pəncərə” prinsipinin tətbiqi xarici və yerli sahibkarların fəaliyyətində yeni mərhələnin başlanmasına səbəb olub, biznesin qeydiyyatının asanlaşmasına və vergi yükünün aşağı düşməsinə imkan verib. Belə ki, “bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama prosedurları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilib.
Son illərdə “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyaların qorunması haqqında” qanunlarda müvafiq təkmilləşdirmələrin aparılması, Azərbaycan hökumətinin bir sıra xarici ölkələrlə ikiqat vergi tutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında yeni sazişlər imzalaması, rəqabətlə bağlı məcəllənin hazırlanması investisiya qoyuluşunu daha da təşviq edib. Eləcə də institisional islahatların davam etdirilməsi xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların Azərbaycana olan marağını daha da artırıb. Bu təşviqedici tədbirlərin sayəsində 2023-cü ildə Azərbaycanın qeyri-neft iqtisadiyyatına birbaşa 2 milyard dollarından çox xarici investisiyalar yatırılıb.
Hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mindən artıqdır. Təkcə, 2023-cü ildə Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub. 2023-cü ildə ölkə iqtisadiyyatına yönəldilmiş 20,3 milyard manat həcmində sərmayənin təxminən 7 milyard manatı xarici investisiyalar təşkil edib. Sərmayə qoyuluşlarının artım dinamikası 2024-cü ilin ilk rübündə də davam edib və yanvar-mart aylarında əsas kapitala 3 milyard 809 milyon manat məbləğində investisiya yatırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur. Xüsusilə də qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 4,8 faiz artıb ki, bu da investisiya portfelinin əsas etibarilə neftdən kənar sektorlarda cəmləşdiyini təsdiqləyir. Qeyd edilən dövrdə xarici investorların Azərbaycan iqtisadiyyatına yatırdığı kapitalın həcmi təxminən 800 milyon manat təşkil edib.
Azərbaycanın investisiya cəlbedciliyinə görə, onluq qrupunda yer alması xarici sərmayə qoyuluşlarının təşviqində yeni motivasiyalara səbəb olacaq. 2024-cü ildən qüvvəyə minən Rəqabət Məcəlləsinin qəbul edilməsi xarici investorların ölkə iqtisadiyyatında iştirakını artıracaq, onların yeni istehsal və xidmət müəssisələri yaratmasına, əlavə sərmayələr qoymasına təkan verəcəkdir. Mövcud investisya reytinqi həmin sahələrə xarici investorların, o cümlədən azad edilmiş ərazilərdə “açıq qapı” siyasətinə əsasən, “yaşıl enerji”yə və turizmə, aqrara sənayeyə sərmayə qoyuluşlarının artmasına səbəb olacaqdır.
ELBRUS
Xəbər lenti
Hamısına baxGündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30

