Qarabağ və Şərqi Zəngəzurda...
28.08.2024 [10:30]
Həm kredit qoyuluşları, həm də sahibkarların sayı artır
2024-cü il avqustun 1-nə Azərbaycanın regionlarında (Bakı iqtisadi rayonu istisna olmaqla) bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 5,82 milyard manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisindən 15,6 faiz çoxdur. Bank və kredit təşkilatlarının ayırdığı vəsaitlərin bölgüsündə azad edilmiş ərazilərin payı daha çox müşahidə edilir. Mərkəzi Bankın məlumatına görə, hazırda kreditləşmənin ən yüksək olduğu region Qarabağ iqtisadi rayonudur. Cari ilin 7 ayı ərzində bu bölgəyə 456 milyon manatdan çox kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,4 faiz çoxdur.
Qarabağ iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonlarından biri kimi aqrar və sənaye bölgəsidir. Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər inzibati rayonları və Xankəndi şəhərindən ibarət olan bu iqtisadi rayonun sahəsi 7330 kv.km-dir və 2020-ci ildən sonra bölgənin iqtisadi həyatında əsil dönüş başlayıb. Həm dövlət, həm də dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələr bu bölgədə infrastruktur layihələrinin icrası ilə yanaşı, sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, rabitə, ticarət və digər sahələrin ümumi inkişafı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əlavə dəyərin artımını təmin edib. Bu dinamika demək olar ki, adıçəkilən iqtisadi rayonların bütün ərazilərində qeydə alınıb. Xüsusilə də, Laçında inkişaf dinamikası 5 dəfə, Kəlbəcərdə isə 2,1 dəfə, Füzulidə 1,8 dəfə artıb. Qubadlıda iqtisadi artım dinamikası 65 faiz, Ağdamda isə 58 faiz təşkil edib.
Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına ötən il sərmayə qoyuluşları da ölkə üzrə investisiya portfelində xüsusi üstün yer tutub. Ən böyük yatırımlarda paytaxt Bakı şəhəri ilk yerdə dayansa da, azad edilmiş ərazilərdəki rayonlar sonrakı yerləri tutub. Bu rayonlarda 2023-cü ildə kapital qoyuluşlarının həcmi təxminən 5,5 milyard manat təşkil edib. Belə ki, ötən il Laçına yatırılmış sərmayələrin həcmi 1,5 milyard manat, Kəlbəcərə 880 milyon manat, Füzuliyə 677 milyon manat, Cəbrayıla 639 milyon manat, Şuşaya 623 milyon manat, Zəngilana 590 milyon manat, Ağdama isə 568 milyon manat olub.
Azad edilmiş ərazilərdə, o cümlədən Qarabağ iqtisadi rayonunda 2024-cü ilin birinci yarısında iş yerlərinin yaradılması da sürətlənib. Belə ki, yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri yaradılıb ki, onun 299-u Laçının, 232-si Şuşanın,
103-ü Ağdamın, 42-si Kəlbəcərin, 38-i Cəbrayılın, 37-si Füzulinin, 15-i Xankəndinin, digərləri isə başqa rayonların payına düşür. Cəmi bir neçə ay əvvəl doğma sakinlərinə qovuşmuş Xocalıda da bir neçə iş yeri yaradılıb. Ümumilikdə, bu proses fasiləsiz olaraq davam etdirilir və ilin sonunda bu bölgədə iş yerlərinin sayının 1200-ü ötəcəyi gözlənilir.
Həmin ərazilərdə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin də sayında artımlar qeydə alınıb. Belə ki, hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb. Fərdi sahibkarların böyük bir hissəsi, təxminən 520-si Ağdamda qeydə alınanlardır. Bu rayondakı Sənaye Parkının yaradılması sahibkarların fəaliyyətə başlaması üçün mühüm rol oynamaqdadır. Eləcə də, Füzuli və Kəlbəcərdə də sahibkarlıq subyektlərinin sayı durmadan artır, bu rayonlarda birlikdə 600-dən çox fərdi sahibkar mövcuddur. Şuşada 61, Xocalıda isə 42 sahibkarlıq subyekti qeydə alınıb.
Artıq Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında iqtisadi dəyər yaradan sahələr formalaşır və biznesin ilk addımları öz müsbət səmərəsini göstərməyə başlayır. İki il əvvəl fəaliyyətə başlamış Zəngilandakı “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir. Bu ərazidə ötən il kənd təsərrüfatı məhsullarının istehsalı ümidverici göstəriclərlə yadda qalıb. Yaxud Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” və Sənaye Parkının yeni formalaşan sənaye potenisalının imkanları böyüyür. Bu bölgədə Rusiyanın “Kamaz”, İtaliyanın “İveco” markalı avtomobilləri üçün servis mərkəzi yaradılıb və rezidentlərin sayı artmaqdadır. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb və investisiya təşəbbüsləri dayanmadan artır. Eləcə də Qubadlı və Zəngilanda taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri, heyvandarlıq təsərrüfatları, həmçinin, Kəlbəcər və Laçında arıçılıq təsərrüfatları yaradılıb. Bütün bu amillər Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarının ilk iqtisadi artımının nümayişidir və bölgə artıq məhsul buraxılışı üçün hərəkətə gətirilib və işğaldan azad edilmiş ərazilər iqtisadi güc mənbəyi kimi ölkə iqtisadiyyatında əlavə dəyərin yaradılmasına inteqrasiya olunur.
Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə Xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, regionda böyük tikinti işləri aparılır, yerli iqtisadiyyatın qurulmasına özəl investisiyalar da cəlb olunacaq. Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir. Hazırda bu bölgədə aqrar, sənaye və turizm layihələrinin inkişafı həmin rayonlarda məhsul buraxılışının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Ümumilikdə isə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iş yerlərinin və biznesin fəallığının artması sayəsində bölgənin iqtisadi inkişafında tamamilə yeni mərhələ başlayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29

