Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ən az xarici borca malik ölkə

Ən az xarici borca malik ölkə

26.09.2024 [11:53]

Azərbaycanın potensial iqtisadi imkanları borcu bir gündə qaytarmağa imkan verir

Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında bildirib ki,  son illər ərzində xarici borcumuz ildən-ilə aşağı düşür və borcun həcmi ümumi daxili məhsulun ( ÜDM) cəmi 7,5 faizini təşkil edir. Dövlət başçısı vurğulayıb ki, ölkəmiz bütün əsas kreditləri qaytarıb və hazırda borc məmləği təqribən 5,3 milyard dollardır. Azərbaycanın potensial iqtisadi imkanları həmin borcu bir gündə qaytarmağa imkan verir. Ancaq inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək rəqəmi təşkil edir.

Mövcud vəziyyət onu göstərir ki, Azərbaycan xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır.

Azərbaycanın xarici borcu ÜDM-in 7,5 faizinə bərabərdir

Qeyd edək ki, 2024-cü il 1 iyul tarixinə Azərbaycanın xarici dövlət borcu, xarici ödənişləri üzrə öhdəliklər də nəzərə alınmaqla 5,3 milyard dollar ekvivalentinə bərabər olub. Bu, həcmdə borc portfeli ÜDM-in 10 faizindən də aşağıdır. Azərbaycan hazırda borcun vəziyyətinə görə, dünyanın ən sabit ölkələr sırasında yer alır. Ölkəmiz regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır. Ölkəmizdə borcun ÜDM-də payı 10 faizdən də aşağıdır. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini  pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir.

Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi-Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir. Belə ki, Cənubi Qafqaz regionu ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir. Ermənistan xarici borcun həcminə görə, bu bölgədə ən təhlükəli ölkələr sırasındadır, bu ölkənin xarici dövlət borcu 2024-cü ilin birinci yarısında 12 milyard dollar olmaqla ÜDM-in 53 faizini təşkil edir. Borcun adambaşına düşən nisbətinə görə də Azərbaycan ən qənaətbəxş vəziyyətə malikdir. Məsələn, Ermənistanda adambaşına düşən borcun həcmi 3,6 min dollar təşkil edir ki, bu da dünyada ən pis göstəricilərdən biridir. Borcun ÜDM-ə nisbətinə görə, Gürcüstanın da borc yükü Azərbaycana nisbətdə xeyli yüksəkdir. Bu ölkənin xarici borcunun ÜDM-ə nisbəti 43 fazidən yuxarıdır. Gürcüstanda adambaşına düşən borcun həcmi 2,8 min dollar təşkil edir. Azərbaycanda isə adambaşına düşən borcun həcmi 540 dollardır.

ABŞ və Avropa Birliyi ölkələrinin xarici borcu ÜDM-in 70 faizini ötüb

Hazırda inkişaf etmiş ölkələrdə də borcun həddi dayanmadan yüksəlməkdədir. Amerika və Avropada borc öhdəlikləri son bir ildə rekord həddə çatıb. ABŞ-ın dövlət borcu 35 trilyon dollarə ötüb. Eləcə də Avrozona regionunda da yüksək inkişaf etmiş dövlətlərin böyük bir qismində xarici borcun artımı müşahidə edilməkdədir. Fransa, Almaniya, Niderland, Belçika və digər ölkələrdə büdcələrdə həm büdcə kəsiri əmsalı yüksəlib, həm də borc öhdəlikləri artıb. Hazırda ABŞ və Avropa Birliyi ölkələrinin xarici borc yükü ÜDM-in 60-70 faizindən çoxdur. Bu, dünya üzrə ən təhlükəli göstərici hesab edilə bilər. Beynəlxalq Valyuta Fondunun metodologiyasına əsasən, xarici borcun ÜDM-ə nisbəti 50 faizi aşması “qırmızı xətti” ötmək anlamına gəlir və maliyyə-büdcə dayanıqlığına ciddi zərbə vura bilər. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini  pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir.

Strateji valyuta ehtiyatlarımız xarici borcu 13,8 dəfə üstələyir

Cənubi Qafqaz ölkələrində xarici borcun strateji rezervlərin nisbətinə görə də, Azərbaycan ən yaxşı mövqeyə malikdir. Ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi 73 milyard dollar olmaqla borcu 12,8 dəfə üstələyir. Digər region ölkələrindən Ermənistanda rezervlərin həcmi 5,3 milyard dolar olmaqla borcdan 2 dəfə azdır. Gürcüstanın strateji ehtiyatlarının həcmi isə 13,8 milyard dolar olmaqla təxmini olaraq borcla eyni məbləğə  malikdir.

Xarici borcla bağlı digər bir məqam beynəlxalq bazarlarda yeni borc alma imkanlarının səmərəliliyi və ölkənin reytinqi ilə bağlıdır. Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə beynəlxalq maliyyə bazarlarında olduqca müsbət rəy formalaşdırıb. Həmçinin ölkəmizdə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Belə ki, xarici maliyyə institutları borclarını azaldan ölkələrə növbəti borc paketi ayırarkən daha aşağı faizlə və uzunmüddətli şərtlərlə verir. Çünki, borcu qaytarma imkanları yaxşıdır. Bu baxımdan bu gün Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Səudiyyə Fondu və digər beynəlxalq institutlar Azərbaycana ən sərfəli kreditlər təklif edirlər. Azərbaycan həmin sərfəli təklifləri nəzərə alaraq “Böyük Qayıdışın” sürətlə icra olunduğu şəraitdə öz iqtisadi məqsədləri üçün səmərəli borclanmaya getməyi də istisna etmir.

Borclanma ilə bağlı təmkinli siyasət yürüdülür

Xarici dövlət borcumuz kifayət qədər aşağı səviyyədədir və yeni borclanmaya getmək ölkəmiz üçün hansısa qayğı yarada bilməz. Hökumət xarici valyutada mühafizəkar borclanma siyasəti aparmaqda qərarlıdır, ancaq əlavə borc cəlb etmək üçün də müxtəlif ssenarilər nəzərdən keçirilir. Bununla əlaqədar xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması istisna olunmur. Əsas məqsəd ölkəmiz qarşısında duran böyük infrastruktur layihələrinin, dövlət əhəmiyyətli ümdə infrastruktur planlarının icrasıdır ki, bu sahəyə daxili mənbələrdən yönəldilən mənbələrlə yanaşı, əlavə resurslara ehtiyac vardır.

Ölkəmizin qarşısında duran müəyyən çağırışların, layihələrin həyata keçirilməsi prizmasından maliyyə kredit təşkilatları ilə əməkdaşlığı bir qədər genişləndirərək kreditlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub. Bunun da başlıca səbəbi azad edilmiş ərazilərin bərpa və quruculuğu işlərinin daha da sürətləndirilməsi, meydana çıxan zəruri infrastrukturların daha tez yaradılaraq istifadəyə verilməsi və bu bölgənin iqtisadi resurslarını iqtisadi dövriyyəyə cəlb edilməsinin tezləşdirilməsidir. Nəticədə bu siyasət daha səmərəverici olmaqla həmin bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasını sürətləndirməklə iqtisadi inkişafa töhfə verəcək. Həmin bölgədən əldə edilən milli gəlirlərin dəyəri həmin borcun qısa zamanda qaytarılmasının təmin edilməsində də həlledici rol oynayacaq. Yəni alınan borc Qarabağ və Şərqi-Zəngəzurun qısa bir zamanda dirçəldilməsinin təmin edilməsində köməkçi rol oynamaqla bu bölgədə iqtisadi hərəkətliliyi tezləşdirəcək, insanların öz yurdlarına geri dönüşü daha geniş miqyas alacaq, daha qısa zamanda qayıdış mümkün olacaq. İnsanların məşğulluq imkanları daha dayanıqlı və təminatlı olacaq. Beləliklə, bu bölgədə yaranan əlavə dəyərlərin həcmi bir neçə il ərzində alınan borcu bir neçə dəfə üstələyəcək. Ona görə də, yeni borclanma gələcək reinteqrasiyanın daha tez və çevik formada həllinə kömək edəcək, azad ərazilərin iqtisadi resurslarının ixrac imkanlarını sürətləndirəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 463 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31