Azərbaycandan nəql olunan neftin 12,8 faizi SOCAR-ın payına düşüb
14.10.2024 [13:28]
Cari ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, bu ilin 9 ayı ərzində respublikada 21,6 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, neft hasilatının 12,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,1 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in, 0,4 milyon tonu (qaz kondensatı) “Abşeron” yatağının payına düşüb.
SOCAR üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 5,6 milyon ton təşkil edib.
Doqquz ayda 17,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixraca nəql olunub. Bunun 15,6 milyon tonu konsorsiumun, 2,3 milyon tonu isə SOCAR-ın payına düşüb. Hesabat dövründə ölkədə neft emalı 5 milyon ton təşkil edib.
Qeyd edək ki, bu ilin sentyabr ayında gündəlik neft (qaz kondensatı ilə birlikdə) hasilatı 78,7 min ton olub. Bunun 65 min tonunu xam neft, 13,7 min tonunu qaz kondensatı təşkil edib.
Bu ilin yanvar- sentyabr aylarında ölkədə 37,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 9,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 20,5 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard kubmetr artımla qaz hasil edilib.
Bu dövrdə xaricə qaz satışı 18,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Avropaya 9,4 milyard kubmetr, Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 4,2 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən oktyabrın 1-dək 644,8 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 455,6 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 597,2 milyon ton neft, 226,1 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47,6 milyon tona yaxın kondensat, 229,5 milyard kubmetr qaz çıxarılıb.
Bu yataqlardan oktyabrın 1-dək 642,9 milyon ton neft (kondensatla birlikdə) və 163,9 milyard kubmetr qaz ixraca nəql edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53

