Fond: Taxıl sahələrinə dəyən zərərlər üzrə sığorta ödənişlərinə başlanılıb
16.10.2024 [16:40]
Aqrar Sığorta Fondu çoxsaylı hadisələr nəticəsində bitkiçilik və heyvandarlıq sığortası üzrə fermerlərə indiyə qədər ümumilikdə 10 milyon manatdan çox ödəniş edib. Davam edən araşdırmalar və zərər dəyərləndirməsi nəticələrinə görə cari ilin sonuna bu rəqəmin daha da artacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, aqrar sığorta ödənişlərinin 77 faizdən çoxu bitkiçilik üzrə baş vermiş hadisələrə görə həyata keçirilib. İndiyə qədər əkinlərə dəyən zərərə görə fond tərəfindən fermerlərə 7 milyon 784 min manat ödəniş olunub.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova bildirib ki, sığorta ödənişlərinin artımı fermerlərin aqrar sığorta sisteminə inamının yüksəldiyini və sistemin əhatəsinin artmasını göstərir.
“2023-cü ildə aqrar sığorta hadisələri üzrə müraciətlər 30 rayondan qeydə alınmışdısa, cari ildə respublikamızın 50 rayonundan müraciətlər daxil olub. Cari ildə qeyri-sabit hava şərtlərinin əkinlərə vurduğu zərərə görə fonda 1700-dən artıq müraciət daxil olub. Müraciət sayı 2023-cü illə müqayisədə 42 faiz artıb. Bu müraciətlər fondun sığorta etdiyi 400 min hektardan artıq əkin sahəsinin 140 min hektarını əhatə edir”, - deyə sədr müavini vurğulayıb.
Sədr müavini bildirib ki, bütün ölkə ərazisini əhatə edən qeyri-sabit təbiət hadisələri arasında güclü yağış, sel-subasma, leysan, fırtına, doluvurma üstünlük təşkil edir. Məhz buna görə də əsas zərər bitkiçilik sahəsində müşahidə olunur. Hazırda bütün bu hadisələr araşdırılır və müvayfiq ödənişlər həyata keçirilir: “Artıq taxıl sahələrinə dəyən zərərlər üzrə sığorta ödənişlərinə başlanılıb, yaxın vaxtlarda pambıq sahələrinə dəyən zərərlərin də tənzimlənməsinə start veriləcək”.
Kənd təsərrüfatı heyvanlarının sığortası şərtlərinə güzəştlərin tətbiq olunması bu sahədə də fermerlərin sığortaya marağının artmasına və zərər ödənişlərinin yüksəlməsinə səbəb olub. 2022-2024-cü illər ərzində heyvandarlıq sığortası üzrə fermerlərə ümumilikdə 2,5 milyon manata yaxın ödəniş edilib. Müraciətlər arasında heyvanların yoluxucu xəstəlikdən və yemdən zəhərlənmə nəticəsində tələf olması hallarına görə ödənişlər üstünlük təşkil edir. Bundan əlavə, vəhşi heyvanların hücumu, ilansancma, ildırımvurma, üçüncü şəxslərin hərəkətləri ödəniş olunan risklər arasındadır.
Aqrar Sığorta Fondunun sədr müavini Ləman Alıyeva-Məmişova yeni sığorta mövsümünün başlandığını xatırladaraq fermerləri təsərrüfatlarını vaxtında sığortalamağa çağırıb: “Fermerlərmizi təsərrüfatlarını çoxsaylı risklərdən qorumaq üçün vaxtında sığortaya müraciət etməyə çağırırıq. Eləcə də, mümkün zərərlərin daha yaxşı qarşılanması üçün məhsuldarlıq göstəricilərini düzgün göstərməyi tövsiyə edirik”.
Xatırladaq ki, sığorta haqqının 50 faizi fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir. Nəticədə əkin sahələrinin sığortası olduqca sərfəli və əlçatandır. 1 hektar taxıl sahəsinin və ya 1000 manatlıq taxıl məhsulunun sığortalanması fermerə cüzi məbləğə, təqribən 8-20 manata başa gəlir.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun “www.asf.gov.az” rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” və “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 Çağrı Mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

