Qeyri-neft ixracını artıran əsas amillər
17.10.2024 [09:06]
Ortamüddətli dövrdə adambaşına düşən ixracın həcminin 2 dəfədən çox artırılması hədəflənib
2024-cü ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 2,5 milyard dollar təşkil edib. Bu, müqayisə edilən dövrlə nisbətdə ixracın dəyərinin pul ifadəsində təxminən 100 milyon dollar böyüməsi deməkdir. Qeyri-neft ixracının strukturunda meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, şəkər məmulatları, pambıq lifi və ipliyi, alüminium, qara metallar və onlardan hazırlanan məmulatlar, alkoqollu və alkoqolsuz içkilər, bitki yağları, sement, mis filizləri və konsentratları, elektrik enerjisi, etilen, polipropilen və digər məhsullar əsas yer tutur.
İxrac zənbilində yeyinti məhsullarının payında əvvəlki ilə nisbətən əhəmiyyətli artımlar qeydə alınıb. Belə ki, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 83,3 faiz, bitki mənşəli yağlar və piylər 31,7 faiz, spirtli və spirtsiz içkilər 11,6 faiz, emal edilən meyvə-tərəvəz məhsulları 14,6 faiz artıb. Ümumilikdə 9 ay ərzində cəmi qida mallarının ixracı 13,3 faiz artıb ki, bu da nominal pul ifadəsində 699 milyon dollara bərabərdir. Aqrar təyinatlı və aqrar-sənaye məhsullarının birgə ixracı isə 17,8 faiz artaraq 755,4 milyon dollar təşkil edib.
Dövlətin dəstəyi, vergi-gömrük güzəştləri...
Azərbaycanın qeyri-neft ixracının böyüməsində yürüdülən təşviqedici siyasət tədbirləri, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunda istehsalın artması mühüm rol oynamaqdadır. Son illərdə dövlət tərəfindən qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilib. İxracla məşğul olan biznes subyektlərinə müxtəlif güzəştlər, o cümlədən vergi-gömrük güzəştləri tətbiq olunub, ixrac təşviqi sənədi üzrə maliyyə yardımı göstərilib, habelə kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geriödəmə dəstəkləri verilib. Bundan başqa, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilib. Qeyd edilən dəstəkləyici mexanizmlərin hazırda daha da genişləndirilməsi istiqamətində addımlar atılır.
Bu dəstəkləyici və stimullaşdırıcı tədbirlər sayəsində son 5 ildə qeyri-neft ixracı ümumilikdə 50 faizi ötərək dəyər baxımından 3 milyard dollardan yüksək olub. Xarici iqtisadi fəaliyyətdə əmtəə nomeklaturası üzrə ixracın çeşidi də hər il artıb və bu, davamlı xarakter daşıyır. Hazırda Azərbaycan 100-ə yaxın ölkəyə 35 adda qeyri-neft malları ixrac edir.
“Azexport” - qeyri-neft ixracının elektron platforması...
Azərbaycanın ixrac siyasətinin müasir platformalarından biri kimi “Azexport” portalı mühüm yer tutur. 8 ilə yaxındır ki, ölkəmizdə istehsal olunan malların vahid elektron məlumat bazası rolunu oynayan portal Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda təşviqinə dəstək verir. “Azexport”, həmçinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma, sahəsində dəstək göstərir. “Azexport” artıq ixrac sektorunda tərəf kimi xarici ölkələrin biznes nümayəndələri ilə elektron ticarətin intensiv aparılmasını təmin edən çevik bir struktura çevrilib.
“Azexport” portalının qlobal rəqəmsal ticarət platformalarına inteqrasiyası ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanlarına da əlverişli mühiti təmin edib. Nəticədə portal “Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsində də böyük rol oynayan resursa çevrilib. “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədi ilə, daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlanılıb. “Azexport” Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyən “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət platformalarına inteqrasiya olunub və Azərbaycan məhsullarına beynəlxalq bazarlarda sərfəli potensial alıcı tapmaqda mühüm vasitəçiyə çevrilib. İndiyə kimi həmin sifarişçilərdən 1 milyard dollardan artıq sorğular daxil olub.
İxracatçıların xaricdəki məkanı- Ticarət evləri
Azərbaycanda qeyri-neft ixracının artmasında Ticarət evlərinin də mühüm əhəmiyyəti var. Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, satışının təşkili və əlaqələndirilməsində Ticarət evlərinin imkanları kifayət qədər böyükdür. “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə xaricdə Ticarət evləri 2017-ci ildən yaradılmaqdadır. Azərbaycan ötən illərdə Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ukrayna, Polşa, Latviya, Çin, Qazaxıstanda Azərbaycanın Ticarət evləri fəaliyyət göstərir.
Ticarət evləri Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında faydalı iqtisadi müzakirələr üçün platforma rolunu oynayır, Azərbaycan ixracatçılarının potensial imkanlarını nümayiş etdirir. Son illərdə Azərbaycanla iqtisadi əlaqələri inkişaf etdirən Çində Azərbaycan Ticarət evlərinin sayının artması da bunu təsdiqləyir. İndiyədək Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın Ticarət evləri açılıb, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 Şərab Evinin fəaliyyəti təmin edilib.
Eləcə də Körfəz ölkələri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlanması bu region ölkələrində də ixrac xəritəsinin coğrafiyasını genişləndirib və yeni Ticarət evlərinin yaradılması işlərini sürətləndirib. Eyni zamanda, potensial ixrac bazarları ölkələrində logistika mərkəzlərinin yaradılması və Ticarət evləri ilə fəaliyyətinin əlaqələndirilməsi istiqamətində görülən işlər də yeni ixrac bazarlarının təşkilində mühüm rol oynamaqdadır.
“Milli ixrac strategiyası” - qeyri-neft ixracının hədəf xəritəsi...
Azərbaycanın qarşısında duran müasir iqtisadi çağırışlardan biri ixracyönümlü iqtisadiyyata keçidin təmin olunması, Avropa, Asiya və digər region ölkələri ilə əlverişli ticarət sazişlərinə əsaslanan aşağı tarifli səmərəli gömrük prosedurlarının tətbiqi nəticəsində mövqeyinin gücləndirilməsidir. Bu məqsədlə ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə ixrac potensialının daha da yüksəldilməsi, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Ortamüddətli dövrə dair strateji yol xəritələrinə əsasən, qeyri-neft sektoru üzrə ixracın hazırda adambaşına düşən həcminin 200 dollardan 450 dollara çatdırılması hədəflənib. Qeyri-neft ixracını illik 13-15 faiz artırmaqla həmin hədəfə çatmaq mümkündür. Həmin hədəflərə çatmaq üçün yeni sənəd- “Milli ixrac strategiyası” hazırlanıb. Sənəd 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir.
Strategiyaya əsasən, Azərbaycanın qeyri-neft ixracını 2025-ci ilədək ötən illə müqayisədə iki dəfə artırmaq və 3,7 milyard dollara çatdırmaq planlaşdırılır. Sonrakı illərdə bu rəqəmin 5 milyarda qədər çatdırılması nəzərdə tutulur. Bu məqsədlərə çatmaq üçün xarici ölkələrə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarların fəaliyyətinin daha da təşviq edilməsi, “Made in Azerbaijan” və “İnvest in Azerbaijan” ixrac portalları üzrə sifarişlərin daha qlobal ticarət şəbəkələrinə inteqrasiyasının təkmilləşdirilməsi planlaşdırılır. Eləcə də iri şirkətlərin və nüfuzlu investorların Azərbaycana gətirilməsi və qeyri-neft istehsalı sahələrinə, ələlxüsus da bərpa olunan enerji sahələrinə cəlbi məqsədilə yeni iqtisadi alətlərin tətbiqi strategiyanın əsas prioritetləri sırasında yer alır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

