Nazir: Ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 4 faiz artıb
18.10.2024 [11:01]
Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 8 415,6 meqavata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 324,8 meqavat və ya 4 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycan energetikasında yaşıl era” məqaləsində qeyd olunub.
Nazir qeyd edib ki, elektroenergetika sistemində ümumi gücü 6 623 meqavat olan 22 istilik elektrik stansiyası, 1 406,6 meqavatlıq 58 su elektrik stansiyası, 278,1 meqavat gücündə 9 günəş elektrik stansiyası, 63,7 meqavat gücündə 5 külək elektrik stansiyası, 37 meqavat gücündə bərk məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 meqavat olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir.
“Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 792,6 meqavatdır ki, bu da ümumi istehsal gücünün, təxminən, 21,3 faizini təşkil edir. Bu dövrdə generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 29 491 MVA olan 110-500 kV-luq 254 yarımstansiya istismardadır.
Ötən il 29,3 milyard kilovat-saat istehsal, 3,2 milyard kilovat-saat ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib. 2023-cü ildə 23,2 milyard kilovat-saat elektrik enerjisi istehlak edilib. Elektrik enerjisi itkiləri 2,9 faiz azaldılıb. Bu ilin 9 ayı ərzində 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 247,7 milyon kilovat-saat artımla 21,8 milyard kilovat-saat olub ki, burada 9 dəfədən çox günəş elektrik enerjisi istehsalı bərpa olunan mənbələrin payını 14,1 faizə yüksəldib. İxrac isə Gürcüstana 898,7 milyon kilovat-saat, Türkiyəyə 176,4 milyon kilovat-saat, Rusiyaya 137,4 milyon kilovat-saat və İrana 27,9 milyon kilovat-saat olmaqla ümumilikdə 1,2 milyard kilovat-saat təşkil edib. Elektrik enerjisinin idxalı bu dövrdə azalaraq 139,4 milyon kilovat-saat olub”, - deyə nazir məqalədə bildirib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34

