Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dünya Bankının optimist ssenariləri...

Dünya Bankının optimist ssenariləri...

19.10.2024 [10:53]

Bank Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Dünya Bankı (DB) qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnozlarını açıqlayıb. Cari ilin sonunda Amerika və Avropanın əksər ölkələrində ÜDM-in əvvəlki illə nisbətdə azalacağı ehtimal olunur. Avropa və Mərkəzi Asiya regionunda ÜDM-nin artım tempinin təxminən 3,4 faiz civarında olacağı proqnozlaşdırılır ki, bu da 2023-cü ildəki 3,7 faizlik orta göstəricidən 1 faiz azdır. Qeyd edilən coğrafiyada ancaq Asiyanın inkişaf etmiş güclərində iqtisadi artım sabit qalacaq, Avropa bölgəsində inkişaf meyillərinin daha çox zəifləməsi müşahidə olunacaq. Avrasiya regionunda Rusiya, Polşa və digər ölkələrdə artımın cüzi də olsa yüksələcəyi fərz edilir ki, bunun da başlıca səbəbləri yüksək istehlak və dəstəkləyici fiskal siyasətidir. Belə ki, həmin ölkələrin əhalinin istehlak tələbinin gücləndməsi və real əmək haqqının artması fonunda davamlı sosial ödənişlər, habelə müdafiə və kreditləşmə üzrə xərcləri artırdığından pul dövriyyəsinin böyüməsi iqtisadi dəyərin də yüksəlməsinə səbəb olmaqdadır.

Avropa İttifaqında iqtisadi artım zəifləyir, borclar artır...

DB hesab edir ki, Avropa İttifaqının ən güclü iqtisadiyyatlarında zəif iqtisadi meyillər səbəbindən artım üçün xarici şərtlər əlverişsiz olaraq qalır. Xüsusilə Avropa istehsal zəncirlərindən asılı olan Mərkəzi Avropa və Qərbi Balkanlar kimi ölkələrdə ixracın bərpası yavaşlayıb. Bu səbəbdən Mərkəzi-Qərbi Avropa regionunda iqtisadi artımın 2023-cü ildəki 3,5 faizdən 3,3 faizə, 2025-ci ildə 2,6 faizə enəcəyi, 2026-cı ildə isə 2,7 faiz səviyyəsində qərarlaşacağı ehtimal edilir. Ümumilikdə, Avropa regionunda iqtisadi geriləmənin tədricən bir qədər də sürətlənməsinə maliyyə bazarlarında müşahidə olunan proseslər ciddi təsir göstərir. Enerji daşıyıcılarının ucuzlaşmasına baxmayaraq, fond bazarlarında indekslər yüksək deyil və son bir ayda ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmasından sonra yaranmış ajiotaj da bu natarazlıqlara süni impuls verib. Dünya Bankının analitik qrupu hesab edir ki, iqtisadi artımın zəifləməsi, borclanmanın artması, rəqabəti dəstəkləmək məqsədi daşıyan izafi xərclər maliyyə risklərini yüksəldə bilər. Hazırda birjalarda mövcud mənfəət və likvidliyin azalması isə korporativ sektorda investorların maliyyə alətlərinə marağın aşağı düşməsi və ümumi investisiya zəncirinin pozulması üçün siqnaldır. Bütün bunlar pandemiya dövründə yaşanan borc bazarını də tətikləyə və qlobal xarici borcun həcmini daha da artıra bilər.

Qeyd edək ki, 2024-cü ilin birinci yarısında qlobal borc 1,3 trilyon dollar artaraq rekord 320 trilyon dollara çatıb. Bu, 2020-ci ildən bəri borcun 22 faiz və ya 55 trilyon dollar artması deməkdir. Hazırda qlobal borcun ən böyük payı qeyri-maliyyə korporasiyalarının (94,5 trilyon dollar) payına düşür, dövlət borclanması isə (92 trilyon dollar) ikinci yerdədir. Maliyyə sektorunun borcu 74 trilyon dollar, ev təsərrüfatlarının borcu isə 60 trilyon dollara yaxındır. Bu isə qlobal iqtisadiyyat, xüsusilə də inkişaf etməkdə olan bazarlar üçün ciddi risklər yaradır. Belə bir ssenaridə, ilin sonunda energetika və sənaye sektorlarında yeni borclanmanın baş verməsi Avropa ölkələrini əlavə maliyyə çətinlikləri ilə üzləşdirəcək.

ÜDM-in artımı əvvəlki ilə nisbətən ən azı 1,1 faiz böyüyəcək

Dünya Bankının hesablamalarına görə, Cənubi Qafqaz iqtisadiyyatı cari ildə 4,6 faiz artım nümayiş etdirəcək ki, bu da əvvəlki proqnozlarla müqayisədə 1,1 faiz çox olmaqla Avropa və Mərkəzi Asiya subregionları arasında ən sürətli artım tempidir. Bu regionda ümumilikdə 2025-ci ildə artım 3,7 faiz, 2026-cı ildə 3,4 faiz səviyyəsində fərz edilir. DB-nin Azərbaycanla bağlı qeydlərində vurğulanır ki, böyük həcmdə dövlət investisiyaları sayəsində hazırda əlavə dəyərin həcmi davamlı şəkildə böyüyür. Bu dinamikanın sonuncu rübdə bir qədər də artması sayəsində 2024-cü ildə ÜDM 2023-cü illə müqayisədə ən azı 1,1 faiz yüksək olacaq və 3,9 faizi ötəcək.

DB-nin optimist ssenarilərinə rəğmən, Azərbaycanın müvafiq iqtisadi qurumlarının ekonometrik hesablamaları iqtisadi artımın 4-5 faiz civarında qalacağını şərtləndirir. Belə ki, ilin əvvəllərindən başlayaraq ölkəmizdə ÜDM-in rüblük artımı təxminən 0,5-1 faiz təşkil edir və 2024-cü ilin ötən 3 rübü ərzində ÜDM-in artım  tempi 4,7 faizə çatıb. Halbuki cari ilin ilk rübündə bu rəqəm 4 faiz təşkil edirdi. İkinci rübdə ÜDM 4,3 faizə yüksəlib və 3-cü rübdə daha 0,3 faiz artıb. ÜDM-in strukturunda qeyri-neft sektoru üzrə əlavə dəyər isə 7 faizdən çox olub. İlin sonunda ümumi daxili məhsulun 4-5 faiz intervalında olacağı ehtimal edilir ki, bu da iqtisadi artımın bir qədər də sürətlənəcəyinə dəlalət edir. Yəni, mövcud ssenari ölkəmizdə 2024-cü ilin yekununda ÜDM-in 5 faiz təşkil edəcəyini əsaslandırır.

Hökumətin optimist proqnozlarına əsasən 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat,  o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi, 2028-ci ildə isə ÜDM-in 150,8 milyard manata qədər, o cümlədən qeyri-neft ÜDM-in həcmi 117,2 milyard manata qədər artacağı gözlənilir.

Ölkəmizdə ÜDM-in artım tempi dünya üzrə orta göstəricidən yüksəkdir

Hazırda Azərbaycanda ÜDM-in 4,7 faizlik artım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3,2-3,5 faiz) yüksəkdir. Bu faktor da ölkəmizdə iqtisadi inkişafı təmin edən mənbələrin dayanıqlılığı və növbəti dövrlər üçün əlavə potensialların səfərbər olunmasına imkan verdiyini sübut edir. Bu tempin ilin sonuna qədər davam edəcəyi və ələlxüsus da qeyri-neft ÜDM-nin orta artımının 7-8 faiz təşkil edəcəyi fonunda sabit artım dinamikasının 4-5 faiz nisbətində olacağı gözlənilir. Bunu dünyanın ən aparıcı maliyyə qurumlarının, o cümlədən Dünya Bankı (DB), Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı (AİB),  eləcə də reytinq agentliklərindən “Fitch Group”, “Moody’s Ratings” Azərbaycanın yaxın 2-3 illik inkişaf proqnozlarını 3-4 faiz civarında ehtimal edən hesabatlar dərc edib.

Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,35 faiz, qeyri-neft ÜDM-in 5 faiz olacağı proqnozlaşdırılır. 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının artaraq 77,7 faizə çatacağı, neft-qaz sektorunun payının isə 22,3 faizə bərabər olacağı proqnozlaşdırılır.

DB-nin açıqlamasında ölkəmizdə maliyyə dayanıqlılığının da güclü olmasına diqqət çəkilir. Qeyd edilir ki, güclü dövlət investisiyaları və əhalinin real gəlirlərinin artması 2024-cü ilin ötən dövründə maliyyə axınları artıb, kreditləşmənin artımı daha da sürətlənərək 20 faizi ötüb, həm korporativ, həm də pərakəndə kreditləşmə yaxşı nəticələr göstərib. Sərmayələrin davamlı artımı və maliyyə axınları hesabında iqtisadiyatda əlavə dəyərin həcminin böyüməsi istisna olunmur. Qeyd edilir ki, dünya bazarlarında yanacaq və enerji xammallarının ucuzlaşması karbohidrogen ixracatçısı olan Azərbaycanın suveren gəlirlərinə hissolunacaq təsirlər etmir və ölkənin tədiyyə balansı göstəriciləri dayanıqlı və qənaətbəxşdir, ölkənin profisitli maliyyə göstəriciləri maliyyə sabitliyinin möhkəmliyini təsdiq edir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 409 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31