Dövlət Neft Fondunun nümayəndə heyəti Səudiyyə Ərəbistanına işgüzar səfər edib
01.11.2024 [16:24]
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq maliyyə bazarında strateji tərəfdaşlıq əlaqələrini genişləndirmək və investisiya portfelini şaxələndirmək istiqamətində görülən işlər çərçivəsində Səudiyyə Ərəbistanına işgüzar səfər edib.
ARDNF-dən AZƏRTAC-a bildirilib ki, səfər müddətində nümayəndə heyəti Səudiyyə Ərəbistanının maliyyə naziri Mohammed Al-Jadaan və investisiya naziri Khalid A. Al-Falih kimi dövlət rəsmiləri, eləcə də BSF, “Vision Invest”, “Gulf Islamic Investments”, “Investcorp”, “Sanabil”, “Dubai Holding” və “Gulf Capital” kimi bir sıra aparıcı şirkətlərin rəhbərləri ilə mühüm görüşlər keçirib.
Görüşlər zamanı iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və əməkdaşlığın inkişaf perspektivləri, potensial investisiya imkanları, eləcə də strateji layihələr müzakirə edilib. Tərəflər innovasiya, dayanıqlı inkişaf və iqtisadi diversifikasiya kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanlarını dəyərləndiriblər.
Nümayəndə heyəti eyni zamanda səfər çərçivəsində, oktyabrın 29-31-də Səudiyyə Ərəbistanının Riyad şəhərində keçirilən VIII Gələcək İnvestisiya Təşəbbüsü Forumunda (FII8) da iştirak edib. FII8 dünyanın ən nüfuzlu liderlərini və ekspertlərini bir araya gətirərək, qlobal çağırışlara cavab verən transformativ investisiya imkanlarını müzakirə etmək məqsədi daşıyıb. Forum çərçivəsində ARDNF-nin nümayəndə heyəti “Franklin Templeton”, “Starwood” və “Brookfield” kimi dünyanın aparıcı maliyyə şirkətlərinin rəhbərləri ilə məhsuldar görüşlər keçirib. FII8 forumu çərçivəsində aparılan müzakirələr, beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının təməlini qoymaqla yanaşı, Dövlət Neft Fondunun qlobal investisiya təcrübəsini zənginləşdirməsi baxımından da mühüm platforma rolunu oynayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

