Azərbaycan və MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlili aparılıb
07.11.2024 [23:25]
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları tərəfindən Azərbaycan və digər MDB ölkələrinin internet göstәricilәrinin müqayisəli təhlili aparılıb.
AZƏRTAC İKTA-nın yaydığı məlumata istinadən xəbər verir ki, təhlildə 2023-cü ilin iyunundan 2024-cü ilin avqustuna qәdәr olan dövrdә MDB-yə daxil olan Azәrbaycan, Ermәnistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan vә Özbәkistanda internet performans göstәricilәri әtraflı araşdırılıb.
Eyni zamanda “Ookla”nın hər ay açıqladığı “Speedtest Global Index” mәlumatlarından istifadә edilәrәk median vә orta (mean) göstәricilәr әsasında sabit genişzolaqlı vә mobil internet sürәtlәri, hәmçinin gecikmә (latency) tәhlil edilib.
Sözügedən dövr ərzində sabit genişzolaqlı internetin orta “download” sürətinin ən yüksək artımı (76,25 faiz) vә orta “upload” sürətinin ən yüksək artımı (68,38 faiz) Azərbaycanda müşahidə olunub. Qeyd edək ki, təhlil dövründə Azərbaycanda internet abunəçilərinin sayı 2,1 milyondan çox olub. İllik müqayisədə mobil internetin sürətində də artım mövcuddur. Belə ki, 2023-cü ilin sentyabrında ölkəmizdə mobil internetin median sürəti (download) 44,88 Mb/s olduğu halda bu ilin analoji dövründə həmin göstərici 23,93 faiz artaraq 55,62 Mb/s-yə çatıb.
Qeyd edilən dövr üzrə mobil internetin median sürəti (upload) 2,09 Mb/s, yaxud 15,94 faiz yüksələrək 13,11 Mb/s-dən 15,20 Mb/s-yə çatıb. Bu göstəricilər isə faktiki olaraq ölkəmizin 8 pillə irəliləyərək 56-cı yerdən 48-ci pilləyə qalxması deməkdir.
Cari təhlildə Azәrbaycanın internetin orta sürәti ilә bağlı qoyduğu hәdәflәrә bu ilin yanvar ayından nail olduğu hüquqi cәhәtdәn vә mәlumat bazası әsasında sübuta yetirilib. Xüsusәn “Ookla”nın internetin orta sürəti ilә bağlı indikatorlarda dәyişiklik etmәsinin orta sürәt anlayışı ilә bağlı necә anlaşılmazlıq yaratdığı göstәrilib.
Qeyd edək ki, 2023-cü ilin aprel ayından etibarәn “Ookla” orta sürәt mәlumatları əvəzinə, median sürәtlәrin tәqdim edilmәsinә başlayıb. Buna baxmayaraq xüsusi proqram vasitәsilә orta sürәt mәlumatları әldә edilib vә әldә olunan mәlumatların müqayisәli statistik tәhlili aparılıb. Tәhlillәr göstәrir ki, Azәrbaycan internet göstәricilәrindә әhәmiyyәtli irәlilәyişlәr nümayiş etdirib. Belə ki, Azәrbaycan son bir ildә bütün göstәricilәr üzrә yalnız irәlilәyiş әldә edib vә heç biri üzrә gerilәmәmiş üç MDB ölkәsindәn biridir.
Qeyd edək ki, bu hesabat tәdqiqatçılar üçün MDB regionunda internet bağlantısının cari vәziyyәtini vә perspektivlәrini anlamağa yardım edәcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08

