Çinin telekommunikasiya texnologiyaları şirkətinin nümayəndələri ÇİRES-ə səfər edib
11.11.2024 [16:48]
Çin Xalq Respublikasının “FiberHome International Technologies Co. Ltd.” şirkətinin vitse-prezidenti Jun Zhounun rəhbərlik etdiyi nümayəndə heyəti “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfər edib.
“AzerGold” QSC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti arasında əməkdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq holdinqin idarəetməsinə verilən şirkətlərdə rəqəmsal həllər və müasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, istehsalatda mövcud texniki imkanların qiymətləndirilməsi məqsədilə təşkil edilən səfərdə qonaqlar “Çovdar” qızıl mədəni, ÇİRES-də infrastruktur obyektləri, o cümlədən yeni istifadəyə verilmiş Çəndə Qələviləşdirmə zavodu ilə tanış olub, istehsal prosesinin bütün mərhələlərini izləmək imkanı əldə ediblər.
Qonaqlara “AzerGold” QSC-nin mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında həyata keçirdiyi hasilat və istehsalat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi, işçilərin sağlamlığı və təhlükəsiz əmək şəraitinin təmin olunması sahəsində gördüyü işlər barədə, həmçinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilmiş tədbirlərdən danışılıb. Məlumat verilib ki, ÇİRES-də yeni istifadəyə verilən Çəndə Qələviləşdirmə zavodu ən müasir texnologiyalarla təmin edilib, müəssisədə işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üçün müasir idarəetmə sistemi qurulub.
Mədən və istehsalat sahəsi ilə tanışlıqdan sonra tərəflər arasında təşkil edilən görüşdə istehsalat sahəsində 5G şəbəkənin formalaşdırılması, avadanlıq, qurğu və sistemlərə IoT – “internet of things” (əşyaların interneti) həllərinin quraşdırılması, SƏTƏM üzrə Smart nəzarət və icra sistemlərinin təkmilləşdirilməsi, əməliyyat-nəzarət bloku və qeydiyyat cihazlarının inteqrasiyası imkanları müzakirə olunub, müəssisədə texniki qulluq üçün mövcud planlama, öncədən xəbərdarlıq sistemləri dəyərləndirilib.
Görüşün yekunu olaraq, Çin şirkəti tərəfindən səhmdar cəmiyyətinin texniki tələbləri və texnoloji ehtiyaclarına uyğun təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsinə, daha sonra konkret əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə qərar verilib.
Qeyd olunub ki, 1999-cu ildən fəaliyyət göstərən “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti Çinin nəhəng telekommunikasiya texnologiyaları şirkətlərindən, habelə dünyanın ən böyük fiber-optik kabel istehsalçılarından biridir. Şirkət optik ötürmə sistemləri, IP şəbəkələri, məlumat mərkəzləri və müasir şəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu geniş məhsul portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsul və xidmətlərin satışını həyata keçirir.
Xəbər lenti
Hamısına baxİdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51

