Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ötən il 33 rayonda aqrar biznes festivalı keçirilib

Ötən il 33 rayonda aqrar biznes festivalı keçirilib

15.01.2025 [19:54]

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ötən il 33 rayonda aqrar biznes festivalı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 12 iqtisadi rayonda keçirilən festivallara dövlət və özəl sektoru təmsil edən 176 qurum, müəssisə və şirkət, o cümlədən 10-dan artıq xarici şirkət qatılıb.

Qeyd edilib ki, festivalları ümumilikdə 17171 fermer və sahibkar ziyarət edib, ziyarətçilərin 15281 nəfəri kişi, 1890 nəfəri qadın olub. Həmçinin aqrar biznes festivalları çərçivəsində 16 toxum sərgi-satış yarmarkası, 30 kredit yarmarkası təşkil olunub.

Məlumata görə, Masallı rayonunda təşkil olunan toxum sərgi-satış yarmarkası çərçivəsində Respublika Toxumçularının II Forumu keçirilib.

“Kredit yarmarkalarında Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu ilə yanaşı, 12 bank və 2 bank olmayan kredit təşkilatı iştirak edib. Aqrar Biznes Festivalları çərçivəsində 20 rayondan olan 689 fermerə 25 mövzu üzrə 41 təlim keçirilib”, - deyə qeyd olunub.

Paylaş:
Baxılıb: 526 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31