Sürətli, etibarlı və daha aşağı komissiya ilə...
21.02.2025 [09:52]
E- pul və ödəniş təşkilatları “SWIFT”ə qoşulur
Mərkəzi Bankda (MB) “SWIFT” təşkilatının nümayəndə heyəti ilə kommersiya banklarının və digər maliyyə qurumlarının nümayəndələrindən ibarət birgə görüşü keçirilib. Görüşdə “SWIFT”in həyata keçirdiyi proqramlar və qarşıda duran strateji hədəflər, o cümlədən “G20” ölkələrinin transsərhəd ödənişləri üzrə qarşıya qoyulmuş məqsədlər barədə müzakirələr aparılıb. MB-nin sədr müavini Vüsal Xəlilov ölkəmizdə dayanıqlı ödəniş sistemləri infrastrukturunun qurulduğunu vurğulayaraq bu istiqamətdə nəzərdə tutulan prioritetlərdən danışıb. Qeyd edib ki, Azərbaycanın maliyyə institutları ilə sıx əməkdaşlığının artırılması əsas strateji məqsədlərdən biridir. Bu prosesdə banklarla yanaşı, elektron pul təşkilatlarının da rolunun artırılması nəzərdə tutulur. “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda əks etdirilmiş əsas hədəflərdən biri elektron pul və ödəniş təşkilatlarının “SWIFT” şəbəkəsinə qoşulmasıdır.
“SWIFT”lə pul köçürmələri və maliyyə mübadiləsi təmin ediləcək
Qeyd edək ki, “SWIFT” sistemi məlumat mübadiləsini təmin edən və ödənişləri həyata keçirən banklararası sistemə nəzarət edən beynəlxalq təşkilatdır. Hazırda dünyada bir neçə beynəlxalq banklararası sistem mövcud olsa da, “SWIFT” onların sırasında ən geniş yayılmış institutdur. Bu sistem vasitəsilə ödənişləri sürətli, etibarlı və nisbətdən aşağı komissiya ilə köçürmək imkanları mövcuddur və daha sərfəlidir. “SWIFTNet” şəbəkəsi pul köçürmələri və ödənişlərlə yanaşı, qiymətli kağızların mübadiləsini təchiz edən ən təhlükəsiz mübadilə kanalıdır. Yeri gəlmişkən, “Visa” və ya “Mastercard” kimi ödəniş sistemlərindən fərqli olaraq, “SWIFT” yalnız banklararası səviyyədə istifadə olunur.
Azərbaycanda fəaliyyət göstərən elektron pul (e-pul) təşkilatlarının “SWIFT”-ə qoşulması beynəlxalq ödəniş təchizat xidmətində yer alması və dünya maliyyə sisteminə çıxışlarının təmin olunması deməkdir. Hazırda sayı təxminən 10-a çatan e-pul təşkilatları rəqəmsal ödəniş bazarlarında daim yeni alətlərin tətbiqinə çalışır, vətəndaşların bank kanalları ilə yanaşı, bu sistem üzərində tez və asan əməliyyatlar aparmasını təmin etməklə, fiziki yüklənmələri aradan qaldırır, alternativ çıxış imkanları yaradır. Bu baxımdan, e-pul təşkilatlarının “SWIFT” şəbəkəsinə qoşulması maliyyə sektorunda müştərilərin xarici ölkələrlə köçürmələr və maliyyə mübadiləsinin aparılmasında işini asanlaşdıracaq.
“Fintex” üçün yeni imkanlar
E-pul təşkilatlarının “SWIFT” şəbəkəsinə qoşulması “fintex” alətlərinin də tətbiqinin genişlənməsində mühüm rol oynayacaq. Bu əməkdaşlıq maliyyə sektorunda “fintex” sahəsinin inkişafının önəmli göstəricilərindən biri olmaqla həmin sahənin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Hazırda ölkəmizdə “fintex” üçün infrastruktur qurulub, maliyyə sistemi “Elekton hökumət” platformasına tam inteqrasiya olunub, “Asan imza” və “Sima imza” ilə bütün rəqəmsal maliyyə əməliyyatlarını internet üzərindən həyata keçirmək imkanları mövcuddur. Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ölkədə rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, “müştəri-bank” münasibətlərinin innovativ texnologiyalar platformasında quraraq daha təhlükəsiz və operativ elektron xidmətlərin son müştəriyə çatdırılması istiqamətində zəruri addımlar atılıb. Ən son rəqəmsal alətlər bank sisteminə inteqrasiya olunub. Son 5 ildə bankları müasir maliyyə texnologiyalarının tətbiqinə 300 milyon manatdan artıq sərmayələri də məhz bu arxitekturanın möhkəmlənməsinə imkan verib. Mərkəzi Bank tərəfindən müasir ödəniş həllərini ehtiva edən Ani Ödənişlər Sistemi və blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi yaradıb, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq şərçivəsində real şəraitdə yeni “fintex” məhsul və xidmətlərini sınaqdan keçirməyə imkan verə biləcək xüsusi tənzimləyici sistem hazır vəziyyətə gətirilib. Pilot olaraq fiziki və hüquqi şəxslər üçün məsafədən bank hesablarının açılması funksionallığı tam olaraq rəqəmsallaşdırılıb.
Beləliklə, “SWIFT” proqramlarında fəal rol almaqla, Azərbaycanın ödəniş təşkilatlarının beynəlxalq maliyyə ekosisteminə inteqrasiyasını daha da möhkəmləndirəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

