Etibarlı tərəfdaş, sadiq təchizatçı...
04.04.2025 [11:17]
Almaniya-Azərbaycan iqtisadi əlaqələri üçün yeni imkanlar yaranır
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir, Aİ regionunda ən yaxın tərəfdaşlarmızdandır. Eləcə də Azərbaycan Almaniya üçün Cənubi Qafqazda ən vacib iqtisadi partnyordur, tərəflər bu bölgədə icra olunan bir çox strateji layihələrdə birgə təmsil olunub.
Azərbaycan Almaniyanın enerji təminatında mühüm rol oynayan ölkələrdən biridir. Ötən 20 ildə bu ölkəyə neft ixracı sayəsində Almaniyanın enerji-yanacaq kompleksi xeyli inkişaf edib. Bu reallıqları nəzərə alan Almaniya ölkəmizin yürütdüyü enerji siyasətini, o cümlədən Avropa İttifaqının neft və qazla təminatında oynadığı mühüm rolu yüksək dəyərləndirərək respublikamızı etibarlı və sadiq təchizatçı adlandırır. Azərbaycanın 2027-ci ilə qədər təbii qazın təchizat həcmini Aİ bölgəsində ən azı iki dəfə artırmaq planlarını, habelə Avropa coğrafiyasında yeni enerji kollektorlarının şaxələnməsində göstərdiyi iradəni alqışlayaraq region üçün nümunəvi siyasət hesab edir.
Ticarət dövriyyəsi 1,6 milyard dolları ötüb
İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazını İtaliyadakı qəbul nöqtəsi vasitəsilə Avropa İttifaqının bazarına çatdırır. “Uniper” şirkəti Avropa bazarında təbii qazın əsas alıcılarından biridir. Bu, şirkətin ən uzunmüddətli qaz alışı layihəsidir (2020-2045). İndiyə qədər “Azərbaycan Qaz Təchizatı” şirkəti tərəfindən “Uniper”ə 4 milyard kubmetrdəm çox qaz təchiz olunub. Bundan əlavə, SOCAR tərəfindən Almaniya istiqamətində xam neft ixracı son 2 ildə daha da artıb. 2016-cı ildə SOCAR və “Uniper” şirkətlərinin yaratdığı Birgə Müəssisə iki ölkənin enerji səmərəliliyi layihələrində fəal iştirak edir.
Digər sahələrdə də fəal iqtisadi təmaslar mövcuddur. Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 250-yə yaxın alman şirkəti var və onlar sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərir və iqtisadiyyata töhfə verir. Bu, eyni zamanda, xarici ticari münasibətlərin dinamikasına da müsbət təsir göstərir. Son beş ildə qarşılıqlı ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə genişlənib, 2024-cü ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 602 milyon dollar təşkil edib. Azərbaycandan Almaniyaya ixrac 776,9 milyon dollar, idxal isə 825,7 milyon dollara bərabər olub. Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 6-cı yerdə qərarlaşır.
“Yaşıl enerji”də birgə hədəflər
Hazırda qarşılıqlı ticarətin həcmlərinin daha artırılması üçün əlavə səylər göstərilir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi təkcə bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb və buna neft ixracı daha çox təsir göstərib. Gələcək illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atılması nəzərdə tutulur.
Azərbaycan hazırda enerji siyasətində yeni gündəlik müəyyən edib, “yaşıl enerji” ehtiyatlarının Xəzər-Qara dəniz-Avropa kabeli ilə Aİ bölgəsinə çatdırılması istiqamətində səylərinin davam etidirir. Bu siyasət Azərbaycan ilə Aİ, o cümlədən Almaniya arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində yeni mərhələ deməkdir. Yeri gəlmişkən, Almaniyanın “Berlin Wind” şirkəti Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında layihəyə cəlb olunub və bu layihədə əldə edilən yüksək təcrübə nəzərə alınmaqla alman şirkətlərinin digər “yaşıl enerji” blokalrında təmsil olunması qərara alınıb.
Alman şirkətləri azad ərazilərə maraq göstərir
Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər.
Almaniya Azərbaycanın müəllifi olduğu mühüm nəqliyyat-logistika layihələrinə də böyük maraq göstərir, Orta Dəhlizdə yer almaq niyyətini gizlətmir. Prezident Frank-Valter Ştaynmayerin bildirdiyi kimi Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrinin önəmli rolu var. Bu trans-nəqliyyat şəbəkələrini birləşdirən Orta Dəhliz isə Almaniya üçün ən etibarlı nəqliyyat arteriyası hesab edilir. Ona görə də, rəsmi Berlinin bu dəhlizə qoşulması rellığa çevrilib və bu amil Azərbaycan-Almaniya iqtisadi-ticari bağlantılarını daha da gücləndirəcək.
Beləliklə, Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Bu səfər bütün sahələr üzrə, ələxsus da iqtisadiyatın bir çox çox bölmələrində əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

