Azərbaycan-Pakistan: İqtisadi əlaqələrdə yeni mərhələ
10.04.2025 [10:09]
Ölkəmiz potensial investor kimi Pakistanın enerji-yanacaq sənayesini qurur
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Pakistana səfəri olduqca əlamətdar və mühüm iqtisadi hadisələrlə yadda qalıb. İqtisadiyyat nazirinin Pakistan hökumətinin üzvləri ilə apardığı səmərəli müzakirələr iki ölkə arasında müəyyənləşdirilmiş strateji istiqamətlərin, o cümlədən iqtisadi əlaqələrin gücləndirilməsində yeni addımlar hesab edilə bilər. M.Cabbarovun səfər çərçivəsində bu ölkənin baş naziri Şahbaz Şəriflə görüşü isə Azərbaycan-Pakistan tərəfdaşlığının ən yüksək səviyyədə olmasını nümayiş etdirməklə, tərəflərin dost və qardaşlıq niyyətlərini bir daha təsdiqləyib.
2 milyard dollar - sərmayələr üçün başlanğıc
Azərbaycanın iqtisadiyyat nazirinin pakistanlı hökumət üzvləri ilə görüşdə investisiya layihələri üzrə sazişlər imzalaması iqtisadi əməkdaşlığın yeni səhifəsini açmış olur. Sazişin ən mühüm bəndlərindən biri Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollar civarında investisiya yatırmasına dair anlaşmanın icrasına başlanmasıdır. Prezident İlham Əliyevin ötən il Pakistana səfəri və dost ölkənin Baş nazirinin Azərbaycana səfərləri çərçivəsində tərəflər arasında 2 milyard dollarlıq böyük investisiya layihələrinin həyata keçiriləcəyi ilə bağlı anons verilmişdi və artıq bu proses gerçəkləşir. Əsas etibarilə neft və qaz kəşfiyyatı, bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyinin artırılması və digər sahələri nəzərdə tutan investisiya sazişi ölkələr arasında ticarət və investisiya münasibətlərimizdə keyfiyyətli sıçrayışı təmin etməklə, iqtisadi dinamizmin əhəmiyyətli dərəcədə yüksəlişinə səbəb olacaq.
Qeyd edək ki, Pakistan neft ölkəsi olmasa da, son dövrlərdə nüfuzlu enerji institutlarının apardıqları tədqiqlərə görə, Pakistanda ümidverici neft blokları müəyyən edilib və bu istiqamətdə geoloji kəşfiyyat işləri davam etdirilir. Bu prosesdə artıq dünyada peşəkar və təcrübəli enerji ölkəsi kimi tanınan Azərbaycanın mütəxəssislərinin, o cümlədən SOCAR-ın da iştirakının təmin olunması istisna deyil. Bu baxımdan, Pakistanın iqtisadi həyatında yeni başlayan neft tədarükü və neft emalı sektorunda Azərbaycanın potensial investor kimi təmsil edilməsi həm bu ölkənin enerji-yanacaq sənayesində yeni mərhələnin əsasını qoyacaq, həm də ölkəmizin bu bölgədə şaxələnmiş enerji dəhlizlərinin inkişafında liderliyini təmin edəcək. Bundan əlavə, Pakistanda neft emalı zavodlarının inşası yaxın region ölkələrinin - Özbəkistan və Qazaxıstanın da neftinin bu emal zəncirinə qoşulmasına, böyükşəbəkəli neft məhsuları satışı kompleksinin formaşlamasına da səbəb olacaq. Yəni Azərbaycan bu ölkəyə yatırdığı investisiyalarla neft məhsullarının region ölkələrinə satışlarından yaxın illərdə böyük dividentlər əldə edəcək.
Mədənçıxarma və sənayedə Azərbaycan təcrübəsi
Bundan başqa, ölkələr arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında cari ilin fevralında imzalanmış anlaşma memorandumu mədənçıxarma sənayesində birgə səylərin əlaqələndirilməsini, qiymətli metalların istismarında yaxın iştirakını nəzərdə tutur. Azərbaycanın sənayedə, ələlxüsus da qeyri-neft sənayesində yaxşı təcrübəsi var və bu təcrübənin Pakistanla bölüşülməsi mədən sənayesinin inkişafında mühüm faydalar gətirə bilər.
Yeri gəlmişkən, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin 2025-ci il fevralın 24-25-də ölkəmizə səfəri zamanı iqtisadi qurumlar arasında əldə edilmiş razılaşmalardan biri Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi arasında imzalanan anlaşma Memorandumu biznesin müxtəlif sahələrində əlaqələri inkişaf etdirmək üçün yeni açılan qapı hesab edilə bilər.
İqtisadi-ticari əlaqələri gücləndirmək üçün güzəştlər
İnvestisiya portfelinin açılışı iki ölkə arasında ticari bağlantıları da irəliyə aparacaq. Hazırda Pakistan-Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi o qədər də yüksək deyil, 2024-cü ildə mal mübadiləsi təxminən 40 milyon dollar olub. Bu isə hər iki ölkənin potensialının çox kiçik bir hissəsidir, mövcud gücü isə ən azı 5-10 dəfə artırmaq mümkündür. Bu məqsədlə tərəflər azad gömrük rejiminin yaradılması, idxal və ixracda qarşılıqlı güzəşt tariflərinin tətbiqi, ticarətin asanlaşdırılması üçün elektron resursların imkanlarından faydalanmağı məqsəduyğun hesab edir. Azərbaycan bu istiqamətdə ilk addımı atıb və Pakistandan ixrac olunan düyü məhsuluna görə, gömrük rüsumunu aradan götütürüb. Qeyd edək ki, Azərbaycana 25 ölkədən düyü idxal edir ki, məhsulun təxminən 5 faizi Pakistanın payına düşür. Gömrük tətilindən sonra 2024-cü ildə Pakistandan düyü idxalı 3 dəfə artıb.
Cari ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”in imzalanması isə ticari dinamikanın yeni mərhələyə qalxması üçün mühüm zəmin deməkdir. Həmin saziş qarşılıqlı ticarətdə güzəşt siyasətinin genişləndirilməsini də nəzərdə tutur ki, bu, tərəflər arasında preferensial ticarət formatı üzrə əməkdaşlığın qurulmasına imkan verəcək. Həmin hüquqi razılaşmaya əsasən, Pakistanın Ticarət Nazirliyi ilə Azərbaycanın müvafiq iqtisadi qurumları tranzit və güzəştli ticarət sazişi üzrə danışıqları davam etdirir. Yeni ticari təşəbbüslərə əsasən, hər iki ölkə arasında idxal strukturunun hərtərəfli təhlil edilməsi və müvafiq qərarlar verilməsi, dərman vasitələrinin və ağıllı mobil telefonların ixracının artırılması, digər ticari ideyalar üzərində nəticəəsaslı addımların atılması nəzərdə tutulur.
Mərkəzi Asiya - Cənubi Qafqazı birləşdirən körpü
Bakı-İslamabad əməkdaşlığı həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə də güclü zəmin yaradır. Hər iki ölkə Orta Dəhlizin əsas coğrafi hüdudlarında yer alır və Şərq-Qərb arasında körpü rolunu oynayır. Bu baxımdan müasir nəqliyyat-kommunikasiya coğrafiyalarında strateji mövqe tutan iki qardaş ölkə bölgənin tranzitlər landşaftının da zənginləşməsinə töhfə verəcək. Pakistanın Türkdilli dövlətlərlə sıx bağlantısının olması və son illərdə Türkiyə-Azərbaycan-Pakistan arasında hərbi, iqtisadi-ticarət və siyasi sahələrdə əməkdaşlıq zəncirinin möhkəmlənməsi İslamabadın Mərkəzi Asiyanın türk dövlətləri də daxil olmaqla böyük bir geoiqtisadi paltformada birləşməsinə səbəb olacaq.
Azərbaycan və Pakistan turizm sahəsində əməkdaşlığı artırmaq niyyətindədir. Xüsusilə də Pakistanın Azərbaycandakı ekoturizmə və digər turizm sənayelərinə böyük marağı xüsusi nəzərə çarpır, son illərdə ölkəmizə səyahət edən turistlərin sayında pakistanlıların dinamikasında da artım qeydə alınmaqdadır. Hazırda Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşların təmin edilməsi, eləcə də hökumətlər arasında hava əlaqəsi haqqında anlaşmanın əldə olunması turizm axınlarına stimul verəcək.
Beləliklə, Azərbaycanın iqtisadiyat nazirinin Pakistana səfəri və imzalanmış sazişlər iki ölkə arasında iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında yeni fürsət olmaqla, iqtisadi müttəfiqliyin möhkəmlənməsini təmin edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

