Fındıq bağlarının dövlət dəstəyi ilə sığortasına başlanılıb
14.04.2025 [18:24]
Ölkəmizdə aqrar sığorta mexanizminin fermerlər üçün əsas üstünlüklərindən biri də sığorta haqqının 50 faizinin dövlət tərəfindən qarşılanmasıdır. Belə ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə fermerlər hesablanmış sığorta haqqının yalnız 50 faizini ödəyərək, təsərrüfatlarını və əkin sahələrini sığorta etdirirlər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, aqrar sığortanın əhatə etdiyi 41 bitki növündən biri də fındıq bağlarıdır. Ölkənin müxtəlif ərazilərində fındıq əkən fermerlər aqrar sığorta vasitəsilə bağlarını sığorta etdirə bilərlər.
Fındıq Azərbaycanın demək olar ki, bütün ərazilərində əkilən bitkidir. Statistikaya əsasən, hazırda Azərbaycanda 80 min 601 hektar fındıq bağı mövcuddur. Bu sahələrin təxminən 57 min hektarı məhsul verir. Ölkədə bir hektar fındıq bağının məhsuldarlığı orta hesabla 12,7 sentnerdir.
Azərbaycanda fındıq sahələrinin təxminən 96 faizi ölkənin iki regionunda - Şəki-Zaqatala (57 min hektar) və Quba-Xaçmaz (20 min hektar) iqtisadi zonalarında yerləşir. Ən böyük fındıq bağları sahəsi Zaqatala rayonundadır - 20,2 min hektar. Xaçmaz rayonunda 11,7 min hektar, Balakən və Qax rayonlarında isə 10 min hektar fındıq bağı mövcuddur. Fındıq bağlarının aktiv əkildiyi rayonlar arasında Qəbələ (7,1 min hektar), Qusar (6,5 min hektar), Şəki və Oğuz (hər biri 4,4 min hektar) rayonlarını qeyd etmək olar.
Fındıq bağlarının sahəsi sürətlə genişlənməkdədir - təkcə 2024-cü il ərzində 346 hektar yeni bağ salınıb.
Fındıq həm də Azərbaycanın ixrac etdiyi əsas məhsullardan biridir. 2023-cü ildə ölkəmiz xaricə ümumi dəyəri 4 milyon 970 min dollar olan 830 ton fındıq ixrac edib. 2024-cü ildə isə Azərbaycandan xaric bazarlara ümumi dəyəri 8 milyon 33 min dollar olan 1 218 ton fındıq ixrac olunub.
Aqrar sığorta mexanizmi fındıq bağlarını dolu, fırtına, qasırğa, sel-subasma, normadan artıq qar yağması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və s. kimi risklərdən qoruyur.
Sığorta haqqı isə regionlardan asılı olaraq dəyişir və olduqca aşağıdır. Məsələn, fındığın kütləvi şəkildə əkildiyi Xaçmaz rayonunda 1000 manatlıq məhsulu sığortalamaq üçün fermer cəmi 7,25 manat ödəməlidir.
Zaqatala, Balakən və Qax rayonlarında isə 1000 manatlıq fındığın sığortası fermerə cəmi 20 manata başa gəlir.
Artıq 2024-cü ildən etibarən fındıq sahələri üzrə sığorta ödənişlərinə də başlanılıb. Ötən il fındıq bağlarına dəymiş zərərlərə görə fermerlərə və təsərrüfatlara 4 737 manat sığorta ödənişi edilib.
Fındıq bağı sahibləri əlavə olaraq meyvə bağlarındakı ağacları ayrıca sığorta etdirə bilərlər. Bu halda, ağac tələf olarsa, fermerə ağacın 3 illik meyvə dəyəri qədər sığorta ödənişi verilir. Bu sığorta məhsulu üzrə sığorta tarifi cəmi 0,83 faiz təşkil edir. Məsələn, ildə 20 manatlıq məhsul verən naringi (mandarin) ağacının illik sığorta haqqı cəmi 50 qəpikdir. 50 faizlik dövlət dəstəyini nəzərə aldıqda, fermer cəmi 25 qəpik ödəməklə ildə 20 manatlıq məhsul verən ağacı çoxsaylı risklərdən sığortalaya bilər.
Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (www.asf.gov.az) və ya 1651 Çağrı Mərkəzinə müraciət etməklə əldə etmək mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

