Zəngəzur dəhlizindəki layihələr tamamlanır
16.04.2025 [10:57]
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisinin 93 faizi başa çatıb
Azərbaycan və Türkiyə Prezidentlərinin təməlini qoyduğu, uzunluğu 123,6 km olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisinin 93 faizi tamamlanıb. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin məlumatına görə, Zəngəzur dəhlizi layihəsinin texniki göstəriciləri, yolun yüksək keyfiyyətlə və müasir standartlara uyğun inşa edilməkdədir. Yolun texniki dərəcəsi 1B meyarına əsaslanır ki, bu da yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır. Eni 14-21 m arasında dəyişən yolda hərəkət zolaqlarının sayı 4-6 arasında müəyyən edilib. Layihə çərçivəsində 261 boru, 55 alt keçid və 28 körpü inşa edilir, 19 körpünün tikintisi artıq yekunlaşıb, 8 körpüdə tikinti işləri davam edir. Ayrıca, yol boyunca 3 tunel də tikilir. Tunellər üzrə tikinti işləri artıq böyük ölçüdə tamamlanıb.
Horadiz-Ağbənd dəmir yolu xətti də sürətlə inşa etdirilir
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun inşası, Azərbaycanın infrastruktur sahəsində atdığı mühüm addımlardan biridir. Bu avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistralının bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Zəngəzur dəhlizinin ən mühüm nəqliyyat qovşaqlarından biri olan Horadiz-Ağbənd dəmir yolu xəttində tunel və keçidlərin inşası da qrafikə uyğun sürətlə həyata keçirilməkdədir. Dəmir yolu xəttinin tikintisi işlərinin təxminən 65 faizi başa çatdırılıb, Uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca 60 metr enində ərazilərin minadan təmizlənməsi tam yekunlaşıb, əlavə genişlənmələrin tələb olunduğu hissələrin isə minadan təmizlənməsi işləri tamamlanmaqdadır. Hazırda ox üzrə uzunluğu 110,4 kilometr olan yolun 104 və 106-cı kilometrlərində dəmiryol tunelləri inşa olunur. Yolun ən strateji nöqtələrindən biri olan 106-cı km-də inşa edilən tunelin uzunluğu 1071 metrdir və burada ən qabaqcıl texnoloji avadanlıqlardan istifadə edilməklə bütün zəruri infrastrukturlar yaradılır. Yeni Avstriya üsulu ilə yerinə yetirilən işlər tunelin görkəm və relyef baxımından strateji imkanlarını artırır, tunel boyunca ən müasir texniki təchizatların yaradılması gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsində də mühüm əhəmiyyət kəsb edəcək. Bundan başqa, Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən strateji keçidlərdən biri olan 771 metr uzunluğundakı 23 aşırımlı körpünün tikintisi dünyadakı ən müasir tikinti texnologiyaları ilə davam etdirilir və işlərin böyük bir hissəsi başa çatıb.
2025-ci ildə yekunlaşacağı gözlənilən Horadiz-Ağbənd dəmir yolu artıq tam istifadəyə hazır olacaq və bu, Zəngəzur dəhlizinin də işə düşməsinə əsaslı zəmin yaradacaq.
Mincivan dəmir yolunun tikintisi irəliləyir
Yeri gəlmişkən, Zəngəzur dəhlizinin bir hissəsi kimi xüsusi əhəmiyyət daşıyan Mincivanda da işlək sürətlə davam etdirilir və zəruri infrastrukturlar, logistika təminatlarının gələn ildə tamamlanması nəzərdə tutulur. Araz çayının sahilində - respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşən Mincivan böyük bir dəmir yolu şəbəkəsi ailəsinə qoşulmaqla region ölkələri, Türk dövlətləri üçün xüsusi əhəmiyyət daşıyacaq.
Zəngəzur dəhlizinin tikintisi yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir. İstər Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, istərsə də Horadiz - Ağbənd dəmiryol xətti Avrasiya nəqliyyat bağlantısının mühüm komponenti olacaq Zəngəzur dəhlizinin bir hissəsi kimi həm Naxçıvanla birbaşa əlaqəni təmin edəcək, həm də Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsindəki mövqeyini daha da gücləndirəcək.
Orta Dəhliz-Zəngəzur xətti regionda geniş həmrəylik ideyasına əsaslanır
Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünün ən strateji qovşağı - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) quruculuğu istiqamətində formalaşdırılan reallıqlardan doğan iqtisadi-siyasi zərurətlər də Zəngəzurun istifadəyə verilməsi tezliyini şərtləndirir. Beləliklə, bu nəhəng nəqliyyat infrastrukturları Azərbaycanın təkcə Naxçıvanla yol-nəqliyyat bağlantısını təmin edən kommunikasiya vasitəsi anlayışından daha güclü iqtisadi-siyasi mahiyyət daşıyır və Çindən Avropaya sürətli və qısa makrokommunikativ sistemə çevrilir. Eyni zamanda, bu dəhliz Azərbaycanın yeni nəqliyyat strategiyasının ən mühüm hissəsi olmaqla çoxşaxəli və balanslaşdırılmış tranzit siyasətini ifadə edərək birbaşa sosial rifah və geniş həmrəylik, iqtisadi əməkdaşlıq formatına əsaslanır. Zəngəzur dəhlizi regionda iqtisadiyyatın inkişafını sürətləndirmək və strateji əlaqələri gücləndirmək, bütün tərəflər üçün dayanıqlı rifahın təmin edilməsində mühüm bir vasitə olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34

