Dəmir yoluna “yaşıl maliyyə”
23.04.2025 [09:37]
Asiya Bankı nəqliyyatda karbon emisisyasının azaldılmasına dəstək verəcək
Asiya İnkişaf Bankı (AİB) “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə dekarbonizasiya layihəsinin hazırlanması məqsədilə 1,25 milyon dollar məbləğində texniki dəstək sənədini təsdiqləyib. Bank maliyyə vəsaitinin 250 min dollarını Texniki Yardım Xüsusi Fondu, 1 milyon dollarlıq hissəsini isə “Ağıllı Enerji” İnnovasiya Fondu vasitəsilə ayırıb. AİB Azərbaycanın beynəlxalq nəqliyyat qovşaqlarında artan mövqeyini, o cümlədən “Şərq-Qərb” və “Şimal-Qərb” dəhlizləri vasitəsilə bağlantıları gücləndirərək iqtisadi dayanıqlılığı və regional inteqrasiyanı artırmaq səylərini və Orta Dəhlizdə şaxələndirici təşəbbüskarlığını xüsusi dəyərləndirərək maliyyə dəstəyi göstərib.
Asiya Bankı respublikamızın beynəlxalq logistika mərkəzi kimi özünü tam təsdiq etməklə yanaşı, nəqliyyat daşınmalarında səmərəlilik prinsiplərinə diqqyə ayırmasını, qlobal iqlim hədəflərini dəstəkləmək üçün dekarbonizasiya tədbirləri həyata keçirməsini müsbət məqamlar kimi qiymətləndirir. Azərbaycanın dəmir yolu administrasiyasının (ADY) bərpa olunan elektrik enerjisindən istifadəni artıraraq əməliyyat səmərəliliyinə nail olmaq, xərclərin azaldılmasında mühüm rol oynayan dekarbonizasiya gündəliyini gücləndirmək iradəsini dəstəkləyəcəyini bildirir. Bankın ekspertlərinin fikrincə, “yaşıl idarəetmə”yə keçid, həmçinin hava keyfiyyətinin yaxşılaşdırılması, ictimai səhiyyə xərclərinin azaldılması və “təmiz enerji” sahəsində iş yerlərinin yaradılması kimi əlavə faydalar gətirəcək.
25 ildə 4,2 milyard dollar
Dünyanın ən güclü maliyyə institutlarından biri olan, Asiya və Sakit Okean regionunda inkişaf proqramlarının maliyyələşdirilməsində əsas donor kimi tanınan Asiya İnkişaf Bankı Azərbaycanla 25 ildir ki, infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrdə sıx əməkdaşlıq edir. Ötən 25 il ərzində Bank ölkəmizdə həyata keçirilən layihə və proqramların maliyyələşdirilməsində 3,2 milyard dollar vəsait ayırıb. Dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş kreditlər əsasında həyata keçirilən layihə və proqramlara 928,5 milyon dollar, bilavasitə özəl sektorun maliyyələşdirilməsinə 61,6 milyon dolları və əvəzsiz maliyyə vəsaitləri - qrantlar və texniki yardımlar üzrə isə 36 milyon dollar yönəldib. Ümumilikdə, Asiya Bankının bu müddət ərzində ölkəmizə ayırdığı maliyyə portfelinin həcmi 4,2 milyard dollar təşkil edib.
“Gələcək üçün dayanıqlı nəqliyyat”
Asiya İnkişaf Bankı dəmir yolu infrastrukturunun müasirləşdirilməsində aparıcı donor kimi yer alaraq Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına 150 milyon dollar kredit ayırıb, dəmir yolu sektorunun maliyyə davamlılığının artırılması üzrə həyata keçirilən islahatların dəstəklənməsi məqsədilə 2017-ci ildə bank tərəfindən “Dəmir yolu sektorunun inkişafı proqramı” çərçivəsində 250 milyon dollar məbləğində krediti təmin edib.
Azərbaycanın dəmir yolu sektorunda dekorbanizasiya ilə bağlı təşəbbüslərə qoşulan Asiya Bankı “Gələcək üçün dayanıqlı nəqliyyat” proqramı üzrə ölkəmizlə əməkdaşlığa dair memorandum imzalayıb. Sənəd nəqliyyat sisteminin ekoloji tələbatlara uyğunlaşdırılması, dəmir yolunun enerji səmərəliliyinin artırılması, və “yaşıl nəqliyyat” sahələrində yeni baxışları əks etdirir. Bu anlaşmaya əsasən, AİB “Şimal-Cənub” və Orta Dəhliz çərçivəsində dəmir yolu sektorunda infrastrukturların rəqəmsallaşdırılması və “yaşıl tranzit” prinsiplərinin tətbiqində ölkəmizə zəruri maliyyə dəstəyini göstərəcək.
Beləliklə, AİB-lə yeni əməkdaşlıq strategiyası dəmir yolu nəqliyyatının “yaşıl hədəf”lərə uyğun olaraq infrastrukturların tam rəqəmsallaşmasına və karbon emisisyasının minimallaşdırılmasına səbəb olacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

