“Azərsu” ASC ucqar kəndlərin su təchizatının yaxşılaşdırılması üçün tədbirlər görür
27.08.2013 [09:45]
Gədəbəy rayonunun ucqar dağ kəndi olan Pərizamanlının su təchizatının yaxşılaşdırılması layihəsi uğurla başa çatdırılıb
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı şəhərinin, eləcə də respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrinin də içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq bölgələrdə içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə davamlı olaraq layihələr həyata keçirilir. Proqram çərçivəsində Gədəbəy rayonunun bu günə qədər içməli su problemindən əziyyət çəkən ucqar dağ kəndi olan Pərizamanlı kəndinin su təchizatının yaxşılaşdırılması layihəsi uğurla başa çatdırılıb, yeni infrastruktur istismara verilib.
Bu məqsədlə avqustun 23-də Pərizamanlı kəndinə suyun verilməsi ilə əlaqədar tədbir keçirilib. Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov layihənin başa çatması və ucqar dağ kəndinə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik edib. Çətin relyefə malik kəndin su probleminin birdəfəlik həll edilməsini böyük hadisə adlandıran İcra Hakimiyyətinin başçısı göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından ölkə başçısına minnətdarlığını bildirib və son illər Gədəbəydə infrastruktur layihələrinin icrasının sürətləndirildiyini diqqətə çatdırıb.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov vurğulayıb ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: “Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Hazırda “Azərsu” ASC-nin sifarişi əsasında ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin, 350-dən artıq kənd və qəsəbəsində su layihələri uğurla icra olunur. “Azərsu” ASC ucqar kəndlərin su təchizatının yaxşılaşdırılması üçün tədbirlər görür. Bu tədbirlərin tərkib hissəsi olaraq qısa müddətdə Gədəbəy rayonunun Pərizamanlı kəndinin su təchizatı sistemi yaradıldı. Çətin relyefə malik olmasına baxmayaraq, burada sutoplayıcı sistem, 3 ədəd anbar və nasosxana tikildi, müxtəlif diametrli borularla 12 km uzunluğunda su xətti çəkildi və hər bir evə su verilişi təmin olundu. Bununla da kəndin 720 sakini təmiz bulaq suyu ilə təmin olundu. Gələcəkdə rayonun digər kəndlərində və Gədəbəy şəhərində də su layihələrinin icrasını planlaşdırırıq”.
İndiyə qədər suyu uzaq məsafədən müxtəlif vasitələrlə daşıdıqlarını bildirən kənd sakini Yaqub Qasımov regionlarda, xüsusən də belə ucqar kənddə infrastruktur layihələrinin icrasına görə Prezident İlham Əliyevə, “Azərsu” ASC-nin kollektivinə minnətdarlığını şatdırıb.
Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən “Gədəbəy rayonunun Pərizamanlı kəndinin su təchizatı sistemlərinin yaradılması” layihəsi kəndin 720 sakininin içməli su probleminin həllinə hesablanıb. Layihəyə əsasən istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi kimi kəndin yaxınlığındakı Kərəm, Sarı və Qarabulaq bulaqları seçilib. Bulaq sularının toplanaraq anbara çatdırılması məqsədi ilə polietilen borulardan 670 metr uzunluğunda suyığıcı xətlər quraşdırılıb, həcmi 100 kubmetr olan anbar və nasos stansiyası tikilib. Kənd əhalisinin fasiləsiz və özüaxımlı rejimdə içməli su ilə təmin etmək məqsədi ilə relyef baxımından yüksək ərazidə hər birinin tutumu 100 kubmetr olan 2 ədəd əlavə su anbarı inşa edilib və nasoslarla su mənbədəki anbardan bura qaldırılır. Yüksəklikdəki anbarlardan suyun kəndə nəqli məqsədi ilə polad borularla 1122 metr uzunluğunda magistral su xətti çəkilmiş, 12,4 km uzunluğunda daxili şəbəkə yaradılıb.
Qeyd edək ki, qonşuluqda yerləşən 20 təsərrüfatdan ibarət Totuxlu kəndinə də bu mənbədən suyun verilməsi nəzərdə tutulur.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

