Azərbaycan və Belarus iqtisadi əlaqələri genişləndirir
22.10.2025 [10:32]
Tərəflər arasında imzalanan yeni memorandum iqtisadi-ticarət əlaqələrini təşviq edəcək
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Belarus Universal Əmtəə Birjası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəd Azərbaycan və Belarus arasında iqtisadi-ticarət əlaqələrinin inkişafını, birgə layihələrin icrasını və yeni tərəfdaşlıq platformalarının yaradılmasını hədəfləyir. Memorandum Azərbaycan və Belarus arasında ticarət və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini, biznes icmaları arasında birbaşa əlaqələrin möhkəmləndirilməsini, Azərbaycan məhsullarının Belarus birjası vasitəsilə ticarətinin təşkili, birgə tədbir və layihələrin həyata keçirilməsini, həmçinin yeni tərəfdaşlıq platformalarının yaradılmasını nəzərdə tutur.
Ticari mübadiləni artırmaq üçün yeni imkanlar
Azərbaycan və Belarus arasında iqtisadi-ticarət əlaqələr yüksələn xətlə inkişaf edir, tərəflərin birgə işgüzar dialoqunun və təşəbbüskarlığının genişlənməsi sayəsində əmtəə dövriyyələri artır. Qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 500 milyon dollara yaxınlaşıb, cari ilin ilk rübündə isə dövriyyə 101 milyon dolları ötüb. Azərbaycanın Belarusa ixracı 82 faiz artaraq 17 milyon dollara çatıb. Post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyoru olan Belarus ümumi ticarət tərəfdaşlarımızın sırasında son 2 ildə 11-ci pillədən 7-yə yüksəlib.
Respublikamızın Belarus bazarlarında qeyri-neft ixracatçısı kimi mövqeyi möhkəmlənir. Mal mübadiləsinin böyüməsində Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evi də əhəmiyyətli rol oynayır. Ticarət Evi Azərbaycan istehsalı olan spirtli içkilərin, o cümlədən şərabların təşviqində fəal iştirak edir, eyni zamanda, digər yeyinti mallarının ixracının stimullaşmasına çalışır.
Bütün bunlara baxmayaraq, tərəflər əmtəə dövriyyəsinin artırılması üçün potensialın daha böyük olduğu qənaətindədir. Ölkəmizə əsasən dəmiryol vaqonları, kənd təsərrüfatı texnikası, traktorlar və yük maşınları, ağac emalı məhsulları, süd və ət məhsulları, dərmanlar və neft məhsulları tədarük edən Belarus bu bazarın mal çeşidlərini artırmaq üçün partnyor şirkətlərlə intensiv müzakirələr davam etdiriləcək. Eyni zamanda, Belarusa neft-kimya məhsulları, spirtli içkilər, fındıq, elektrik transformatorları, şirələr, meyvə və parçaları ixrac edən Azərbaycan dövriyyənin artırılması istiqamətində ticari təşviqləri gücləndirmək niyyətindədir.
Birgə biznes layihələri icra olunacaq
İki ölkənin biznes icması arasında da birgə layihələr icra etmək üçün yaxşı imkanlar mövcuddur. Belarus Ticarət və Sənaye Palatasının Minsk bölməsinin baş direktorunun xarici iqtisadi əlaqələr üzrə müavini İrina İvanova bildirib ki, sahibkarlar arasında birbaşa əlaqələri genişləndirmək üçün dəstəkləyici addımlar atılması nəzərdə tutulur. Hazırda Belarusda Azərbaycan kapitalı ilə 156 şirkət fəaliyyət göstərir ki, onlar da ölkənin müxtəlif regionlarında istehsal sahələri yaradıblar. Həmin şirkətlərin ticarət zəncirinin çoxalmasında fəallığının artırılması əsas prioritetlərdən biridir. Həmçinin, belaruslu iş adamları da Azərbaycanda istehsal və emal müəssisələri qurmaq niyyətindədirlər. “Beltamojservis” şirkətinin logistika ofisinin direktoru Marina Belousova bildirib ki, ölkəsi əsasən aqrar məhsullar istehsal edir və bu baxımdan kənd təsərrüfatı sahəsində daha sıx əməkdaşlıq əlaqələri qurmaq və qarşılıqlı sərmayənin həcmini artırmaq mümkündür. Azərbaycanda xarici sərmayə üçün münbit imkanların mövcudluğunu qeyd edən Belarusun Universal Əmtəə Birjasının sədri Aleksandr Osmolovski isə ikitərəfli biznes dialoqlarının şaxələnməsi üçün ölkəsinin müxtəlif stimullaşdırıcı alətlərdən istifadə edəcəyini vurğulayıb.
Qeyd edək ki, biznes-forum çərçivəsində iki ölkənin şirkətləri arasında kimya sənayesi, qida, tekstil, mebel və təhsil kimi sahələri əhatə edən 6 sənəd imzalanıb. Həmin sənədlər qarşılıqlı ticarətin genişlənməsi, texnologiya mübadiləsi və istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Forumda Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında imzalanan qarşılıqlı anlaşma memorandumuna əsasən, Belarusun Universal Əmtəə Birjasında Azərbaycan şirkətlərinin təmsilçiliyi ilə bağlı brokeri sertifikatları veriləcək
Yeni iqtisadi ünvan azad edilmiş ərazilərdir
Azərbaycanla Belarus əməkdaşlığı sənaye sahəsində məhsuldar perspektivlər vəd edir. Hər iki ölkənin sənaye potensialı böyükdür və daha sıx əməkdaşlıq üçün niyyətlər elan edilib. Belə ki, tərəflər arasında iqtisadi əməkdaşlığın yeni gündəliyində əsas ana xətt azad olunmuş ərazilərdə quruculuq və iqtisadi inkişaf proqramlarında yer almaqdır. Belarusun sənaye şirkətləri Qarabağ və Şərqi Zəngəzurda təmsil olunmaq maraqlarını gizlətmir, eləcə də zəngin mineral ehtiyatlara və torpaq resurslarına malik bu bölgədə aqrar layihələrin icrasında iştirak etmək istəyir. MDB regionunda kənd təsərrüfatı texnikasının istehsalı, maşın və avadanlıqların tədarükü sahəsində liderlərindən biri olan Belarus azad ərazilərdə ağır sənaye texnikalarının istehsalı şəbəkəsi qurmaq üçün hökumətə müraciət edib. Eləcə də heyvandarlığın inkişafı ilə bağlı belaruslu iş adamlarının təklifləri dəyərləndirilir. Cins mal-qara üzrə MDB-nin lideri olan Belarusun heyvandarlıq müəssisələri yaratması bu bölgə üçün xüsusi önəm daşıya bilər. Bu, həmin bölgədə və Azərbaycanda süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün də xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmlənməsində dərin töhfə verə bilər. Eləcə də Belarus təcrübəsi üzrə Qarabağda aqroşəhərciklərin salınması böyük bir iş yerləri və məşğulluq proqramlarının gerçəkləşməsi deməkdir.
Ümumiyyətlə, Belarus Respublikasının Azərbaycanla iqtisadi bağlantılarında yeni səhifə açmaq üçün təklif və planları olduqca geniş və çoxşaxəlidir. Biznes-forumda aparılan müzakirələr zamanı gələcək əlaqələrin yeni xəritəsinin cızılması, habelə razılaşdırılmış yeni sazişlər nəzərdə tutulan hədəflərə çatmağa imkan verəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15

