Münasibətlərin inkişafı üçün yeni imkanlar...
12.12.2025 [10:58]
ABŞ və Azərbaycan Zəngəzur dəhlizinin rifah və əməkdaşlıq körpüsünə çevriləcəyinə inanır
ABŞ-a səfəri çərçivəsində bu ölkənin Ticarət Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler ilə görüşən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkələr arasında əməkdaşlıq perspektivlərini müzakirə edib, investisiya mühiti və iqtisadi imkanlar barədə məsləhətləşmələr aparıb. Bildirilib ki, Azərbaycan iqtisadiyyatının, qeyri-neft sektoruna, o cümlədən yeni sənaye və innovasiyalar, texnologiyalar bölmələrinə xarici mənbələr hesabına sərmayə qoyuluşları artıb. Bunun əsas səbəbi isə investisiya iqliminin və etibarlılığın yüksəlməsidir.
V.Kimmitt Azərbaycanda əlverişli sərmayə mühitinin mövcudluğuna toxunaraq bu amilin ABŞ investorları üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırılıb. Azərbaycan və ABŞ arasında münasibətlərin yeni yol xəritəsi hesab edilən Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılmasını xatırladan amerikalı dövlət rəsmisi müəyyənləşən yeni hədəflərin icrası sayəsində tərəfdaşlığını daha da güclənəcəyinə inamını ifadə edib.
Orta Dəhliz regional kommunikasiyaları birləşdirir
Hazırda Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasında xüsusi təşəbbüskarlıq göstərir, dəstək verir. Bundan başqa, Azərbaycan sərhəd-keçid sistemində ən müasir texnologiyalar tətbiq edərək gömrük rejimini asanlaşdırır, qlobal ticarət tərəfdaşları ilə gömrük dərəcələrinin aşağı salınması istiqamətində addımlar atır. Bu qətiyyətli siyasi kurs Vaşinqton tərəfindən yüksək dəyərləndirilir. Rəşad Nəbiyevlə görüşündə ABŞ Ticarət Departamentinin nümayəndələri arasında bu məsələ də əsas mövzulardan biri olub. Tərəflər Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı ilə bağlı görülən işlərə diqqət çəkərək “TRIPP” layihəsinin qısa zamanda istifadəyə verilməsi sayəsində bölgədə yeni geniş əməkdaşlıq formatının yaranacağına inandıqlarını vurğulayıblar.
Qeyd edilib ki, Orta Dəhlizin növbəti qovşağına çevrilməkdə olan Zəngəzur xətti beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Prezidentin bəyan etdiyi kimi yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.
Süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlıq
ABŞ Ticarət Departamenti katibinin müavinləri ilə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarına da toxunulub. Qarşı tərəf ABŞ istehsalı olan rəqəmsal məhsulların Azərbaycana ixracında mövcud çətinliklərin aradan qaldırılmasına dəstək göstərməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan və ABŞ arasında əldə olunmuş anlaşmaya əsasən, Amerikanın nəhəng maliyyə instututu olan “EXIM Bank” translogistika və innovasiya layihələrinə ölkəmizə maliyyə dəstəyi göstərmək, innovativ alətlərin tətbiqində birgə iştirakçı olacaq.
“Intel” şirkətinin vitse-prezidenti Sara Kemp ilə görüşdə süni intellekt və yüksək performanslı hesablama infrastrukturu, “ağıllı” mobillik və bu sahələrdə milli kadr hazırlığı üzrə əməkdaşlıq imkanlarını müzakirə edən R. Nəbiyev vurğulayıb ki, Azərbaycan dördüncü sənaye inqilabının və süni zəka dövrünün tələbatlarına uyğun olaraq, startaplar, rəqəmsal texnologiyalar, innovasiyayönümlü sənaye layihələri, süni intellekt və “yaşıl iqtisadiyyat” transformasiyasında fəal rol oynayır. Bu prosesdə Amerikanın nəhəng “SpaceX” şirkəti dəstəkləyici və investiyayönümlü fəaliyyəti diqqəti cəlb edir. Hər iki qurum yeni texnoilogiyalar və sənaye quruculuğunda Azərbaycana hərtərəfli dəstək vermək niyyətini bəyan edib və bu, ümidverici perspektivlər süni zəka sektoruna sərmayələrin axınını təmin edəcək. Habelə, Amerikanın güclü iqtisadi dəstəyi və sərmayə təşviqləri sayəsində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və yeni bilik və bacarıqları ehtiva edən sahələrin inkişafına möhkəm baza yaranacaq. Ümumilikdə, ABŞ şirkətlərinin Azərbaycanın müasir innovasiyalar sektoruna da böyük marağı böyükdür və bu istiqamətdə fəal məsləhətləşmələr aparılır.
Amerikanın inovasiya şirkətlərinin Azərbaycanda regional ekosistem qurucluğunda iştirakı gözlənilir. Həmçinin ABŞ-la əməkdaşlıq çərçivəsində yaxın aylarda “Microsoft Business Platform” istifadəyə veriləcək.Bu platforma dövlət xidmətlərinin vahid pəncərə prinsipi ilə əlçatanlığını təmin edəcək.
Beləliklə, çoxistiqamətli əməkdaşlıq platformaları Azərbaycan iqtisadiyyatına ABŞ şirkətlərinin yeni axınlarına və ticarət-iqtisadi əlaqələrin yüksək səviyyəyə yüksəlməsini təmin edəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17

