“Lizinq haqqında” qanun nəyi və necə dəyişəcək?
06.02.2026 [09:12]
Mərkəzi Bank (MB) ölkədə lizinq bazarının inkişafı üçün yeni qanun layihəsi hazırlayıb. Layihə lizinq bazarının inkişafı və maliyyələşmə imkanlarının artırılması istiqamətində institusional tədbirlərin bir hissəsini təşkil edir. Belə ki, bank sektorunda əlverişli və məsuliyyətli maliyyə xidmətlərinin genişləndirilməsi yolu ilə lizinq sahəsinin də dayanıqlı inkişafının təmin edilməsi əsas hədəf kimi müəyyən olunub. Bu istiqamətdə bank sektorunun bazar imkanlarının artırılması, bank olmayan kredit təşkilatlarının inkişaf etdirilməsi və onların lizinqin maliyyələşdirilməsində rolunun yüksəldilməsi nəzərdə tutulur. Bu məqsədlə lizinq fəaliyyətinin hüquqi və tənzimləyici çərçivəsinin formalaşdırılması üçün “Lizinq (maliyyə icarəsi) haqqında” qanun layihəsi hazırlanıb və sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.
Vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi
Məlumdur ki, lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən təsisat, maliyyə bazarının bir elementi, sahibkarlıq fəaliyyəti formasıdır. Lizinq şirkətləri lizinq verənlə lizinq alan arasında maliyyə vasitəçiliyi yerinə yetirir. Şirkətlər sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsində kapital və əsas maliyyə mənbəyi kimi çıxış edir. Lizinq mülkiyyət hüququnu tamamilə əldə etmədən aktivlərdən istifadə etməyə imkan verir. Eyni zamanda, lizinq vasitəsilə müxtəlif adavadanlıqları aylıq kredit ödənişləri həyata keçirərək satın almaq mümkündür.
Lizinq fəaliyyətinin genişləndirilməsi üçün hökumət son illərdə bir sıra institusional və iqtisadi təşviq alətlərindən istifadə etməkdədir. Lizinq şirkətlərinə iqtisadi-maliyyə stimullarından biri kimi 2024-cü ildə Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Dəyişikliklər sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində atılan addımlar çərçivəsində tətbiq olunmaqla, maliyyə lizinqi ilə bağlı qanunvericilikdə olan müddəaların təkmilləşdirilməsinə imkan yaradıb. Belə ki, dəyişikliklərə qədər lizinq şirkətləri lizinqə verdikləri aktivləri əldə edərkən ödədikləri ƏDV məbləğlərini əvəzləşdirə bilmədiklərindən vergi məbləği aktivin dəyərinə daxil olurdu. Bu isə aktivi maliyyə lizinqi çərçivəsində əldə edən biznes subyektlərinin ƏDV-ni əvəzləşdirmək imkanını məhdudlaşdırır və kapital qoyuluşu üzrə vergi yükü yaradırdı. Lakin aktivlər bank kreditləri hesabına əldə edildiyi halda, biznes subyektləri həmin aktivlərə görə ödənilən ƏDV məbləğlərini əvəzləşdirə bilirdi və nəticədə maliyyə sektorunda maliyyələşmə alətləri üzrə vergi yükü fərqləri yaranmış olurdu ki, bu da lizinq bazarının rəqabətliliyinə mənfi təsir göstərirdi.
Vergi Məcəlləsində edilən dəyişikliklərdən sonra isə həm lizinq şirkətlərinə, həm də lizinq alan sahibkarlara aktivləri əldə edərkən ödənilmiş ƏDV məbləğlərini əvəzləşdirmə imkanları yaradılıb. Bundan başqa, lizinq alanın maliyyə lizinqi müqaviləsi üzrə hüquq və öhdəliklərini digər şəxsə ötürdüyü halda lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlərin maliyyə lizinqi hesab olunması, əvvəlki müqavilənin davamı sayılması da hüquqi baxımdan təmin olunub. Nəticədə lizinq alətinin təşviqi və bu prosesdə iştirak edəcək subyektlərin bu alətdən daha çox istifadə etməsinə şərait yaradılıb.
Beləliklə, qeyd olunan dəyişikliklər sayəsində lizinq şirkətləri üçün maliyyələşmə alətləri üzrə bərabər vergi rejimi yaradılıb, ƏDV-nin dəyər zənciri üzrə son istehlakçıya ötürülməsi yolu ilə vergi yükü azaldılıb, biznes subyektlərinə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi mümkün olub. Bu isə lizinq fəaliyyəti sahəsində bütün tərəflər üçün vergi yükünün optimallaşdırılmasını təmin edib.
Maliyyə resurslarına çıxış üçün yeni imkanlar
Ancaq bütün bunalara baxmayaraq, lizinq bazarın inkişafı və portfeli böyük həcmdə deyil, ÜDM-də lizinqin çəkisi 1 faizdən də aşağıdır. Dövlətin aqrar sahədə dəstəyi sayəsində inkişaf edən lizinq seqmentindən başqa, digərlərinin aktiv lizinq əməliyyatları yetərli hesab oluna bilməz. Maliyyə resurslarının azlığı və maliyyə resurslarına çıxışın zəifliyi lizinq sektorunda müxtəlif kapital alətlərinə əlçatanlığını məhdudlaşdırır. Bir çox ölkələrdə lizin şirkətləri fəal investor kimi səhm buraxır, fond bazarında təmsil olunur. Ölkəmizdə bir neçə şirkət istisna olmaqla, səhm biznesində iştirak edən lizinq icması yoxdur. Lizinq şirkətləri bankların törəmə şirkətləri kimi onlardan pulu alıb lizinq yolu ilə satır və lizinq şərtləri faktiki olaraq kredit şərtlərinə oxşardır, bu isə sahibkarları və lizinq verənin vəziyyətini çətinləşdirir. Bank olmayan kredit təşkilatları bir çox hallarda əmlak və nəqliyyat lizinqinə maliyyə yatırmağa risk edir. Bundan başqa, lizinq fəaliyyəti üçün lisenziya sistemi və minimum kapital tələbi də yüngülləşdirilməlidir. Lizinq fəaliyyəti göstərən sahibkarlıq subyektinin nizamnamə kapitalı, maliyyə mənbələri nəzərə alınmalıdır.
Ümumilikdə, lizinq və digər maliyyə alətlərinin sayının artırılması xüsusilə də istehsal və biznes sahələrinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Hazırda lizinq bazarının portfeli çox azdır, ümumi kapital qoyuluşu zəifdir. Ona görə də bu məsələyə daha əhatəli və hərtərəfli yanaşma ilə dəstək verilməsi məqsəduyğundur. Həmçinin bazarın inkişafı üçün beynəlxalq lizinq şirkətlərinin Azərbaycana cəlb olunmasına da ehtiyac var. Hesab etmək olar ki, “Lizinq haqqında” qanun layihəsinə yeni dəyişikliklər bank sektorunun maliyyələşdirmədə və bazar imkanlarının genişlənməsində rolunu artıracaq, nəticədə maliyyə əlçatanlığı yüksələcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Formula 1
27 Sentyabr 08:15
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36

