Müasir dövrün iqtisadi münasibətləri
12.02.2026 [11:42]
ABŞ-Azərbaycan əməkdaşlığında yeni səhifə açılır
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açan hadisə kimi xarakterizə oluna bilər. Cənab Vensin mətbuata bəyanatında səsləndirdiyi mühüm fikirlər dövlətlərimiz arasında iqtisadi münasibətlərin keyfiyyətini bir daha əks etdirməklə yanaşı, qarşıdakı mərhələdə geniş iqtisadi-investisiya layihələrinin icrasına başlanılacağına dair nikbin əminliyi ifadə edir. Bu, həm də ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi üçün çox vacib və fundamental proqramların anonsu kimi də dəyərləndirilə bilər. Bakı və Vaşinqton arasında qarşılıqlı, möhkəm etimada əsaslanan yeni anlaşmaların əldə olunması isə enerji, ticarət, investisiya, logistika, tranzit, “rəqəmsal iqtisadiyyat” quruculuğunun möhkəm arxitekturasının formalaşdığını əks etdirir.
Sadiq və etibarlı enerji müttəfiqi
İlk növbədə, iki dövlət arasında iqtisadi baxışların qətiyyətli dövrünün xarakterizə edən enerji əməkdaşlığı da yeni dövrə qədəm qoyur. ABŞ-ın Azərbaycanın etibarlı enerji müttəfiqidir. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ndə ABŞ-ın “Chevron”, “ExxonMobil” neft şirkətləri təmsil olunub, SOCAR-la bir neçə neft yataqlarının istismarı ilə bağlı müqavilələr imzalanıb. Tərəflər arasında səmərəli iqtisadi kommunikasiya, eyni zamanda böyük bir regional-coğrafi arxitekturada dərin əməkdaşlıq alyanslarını formalaşdırıb.
Azərbaycan-ABŞ enerji tərəfdaşlığı həm də region və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan töhfəverici amildir. Ötən 30 ildə neft-qaz sahəsində beynəlxalq əhəmiyyətli layihələrin icra olunması, təşəbbüslərin dəstəklənməsi əməkdaşlıq imkanlarının hədsiz güclü potensialından xəbər verir. Vaşinqtonun güclü dəstəyi sayəsində Xəzər regioniun ətraf coğrafiyalarla tranzitləri möhkəmlənib, irimiqyaslı enerji layihələrinin həyata keçirilməsi, Şərq-Qərb enerji dəhlizlərinin formalaşması və BTC, TANAP, TAP kimi qlobal layihələrin ərsəyə gəlməsi mümkün olub. Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Donald Trampın birinci prezidentlik dövründə verdiyi davamlı dəstək müstəsna rol oynayıb.
Hazırda SOCAR və “ExxonMobil” korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum”a əsasən, yeni əməkdaşlıq 30 illik enerji salnaməsinin uğurlu davamı sayıla bilər. Bu, Vaşinqtonun ən nəhəng neft korporasiyasının Azərbaycanda yeni fəaliyyət planlarına start verməsi, Azərbaycanın Xəzərdə formalaşdırdığı müasir enerji həmrəyliyi halqasının daha da genişlənməsinə töhfəsi və regionda trans-kontinental enerji habının yaranmasına sarsılmaz dəstəyi kimi xarakterizə edilə bilər.
Ümumiyyətlə, Azərbaycan regionda və qlobal miqyasda etibarlı enerji dövləti kimi yeni tərəfdaşlarlə birgə enerji ailəsinin cərgəsini genişləndirir. Cənab İlham Əliyevin vurğuladığı kimi hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Qazın nəql edildiyi 12 Avropa dövləti, 11-i NATO üzvü, ABŞ-ın müttəfiqidir.
Orta Dəhlizdə Azərbaycan və ABŞ-ın ortaq maraqları
Azərbaycan qlobal nəqliyyat-komminikasiya-logistika landşaftının ən nəhəng coğrafi tranziti olan Orta Dəhlizin ən etibarlı mərkəzlərindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Bu gün beynəlxalq ticarət icması, ələxsus da ABŞ Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - TRIPP layihəsinin reallaşmasına xüsusi dəstək verir, daha güclü mövqelərə malik tranzit ölkəyə çevrilməyə çalışır. Eyni zamanda, TRIPP layihəsi Azərbaycanın iki hissəsini birləşdirərək, Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanın da kommunikasiya bağlantısına çevriləcək.
Süni intellekt, “rəqəmsal iqtisadiyyat” quruculuğunda yeni dövr
Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq formatı qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi və digər sahələri də əhatə edir. Ələxsus da, dördüncü sənaye inqilabının və süni zəka dövrünün tələbatlarına uyğun olaraq, startaplar, rəqəmsal texnologiyalar, innovasiyayönümlü sənaye layihələri, süni intellekt və “yaşıl iqtisadiyyat” transformasiya üzrə yaxından işləmək planları ön sırada dayanır. Vitse-prezident Cey Di Vensin vurğuladığı kimi ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir.
Süni intellekt mərkəzlərinin yaradılması ikitərəfli gündəliyin bir hissəsi olmaqla, Amerikanın aparıcı şirkətləri ilə işbirliyini təmin edəcək. Birgə layihələrə ABŞ-ın ölkəmizdə qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə də imkan yaradacaq. Bu, Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdə ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir.
Beləliklə, 35 illik tarixi olan ABŞ-Azərbaycan münasibətləri öz strateji zirvəsinə çatmaqdadır. Prezident İlham Əliyev və Donald Trampın ortaya qoyduğu sarsımaz iradə və imzalanan sənədlər yaxın dost ölkələrin iqtisadi-ticari müttəfiqliyini möhkəmləndirməklə, çoxşaxəli əməkdaşlıqlara dərin zəmi yaradır.
ELBRUS CƏFƏRLI
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50

