Valyuta Fondu islahatlara dəstək verəcək
13.02.2026 [11:30]
Fondun nümayəndələri azad ərazilərdəki imkanlarla tanış olub
Beynəlxalq Valyuta Fondunda (BVF) Azərbaycanın daxil olduğu İsveçrə Seçki Qrupu üzrə icraçı direktor Patrik Loşevski Ağdam, Xankəndi və Şuşa şəhərlərinə səfər edib. Səfər çərçivəsində icraçı direktora işğal dövründə tamamilə dağıdılmış Ağdamda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhərin Baş Planının icrası, müasir infrastrukturun formalaşdırılması, habelə Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin mərhələli şəkildə köçürülməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. P.Loşevski həmçinin, Xankəndinin mərkəzi hissəsi və əsas infrastruktur obyektlərinin fəaliyyəti, burada aparılan bərpa və yenidənqurma işləri, sosial infrastrukturun təşkili və sakinlərin yaşayış şəraitinin təmin olunması istiqamətində görülən tədbirlərlə tanış olub.
Şuşaya səfər zamanı isə qonağa şəhərin zəngin tarixi-mədəni irsi, mədəniyyət abidələrinin bərpası, həmçinin həyata keçirilən infrastruktur və turizm layihələri barədə geniş məlumat təqdim olunub.
Makroiqtisadi dayanıqlıq möhkəmlənib
Mərkəzi Bankın (MB) rəhbəri Taleh Kazımovla görüşən Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon və Patrik Loşevski makroiqtisadi vəziyyəti müzakirə ediblər. Söhbət zamanı inflyasiyaya təsir edən başlıca amillər, eləcə də pul siyasətinin ötürücülüyünün gücləndirilməsi və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub, əməkdaşlığın mövcud vəziyyəti və onun genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Maliyyə Nazirliyində keçirilən görüşdə isə ölkəmizdə həyata keçirilən institusional və struktur islahatlar nəzərə alınmaqla potensialın artırılması və texniki yardım mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu çərçivədə fiskal və monetar siyasətin əsas istiqamətləri, makroiqtisadi və maliyyə sabitliyinin qorunması, habelə qlobal iqtisadi proseslərin yaratdığı risklərə qarşı dayanıqlığın artırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan ilə BVF arasında uzunmüddətli və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın əhəmiyyəti nəzərə alınaraq IV Maddə üzrə Məsləhətləşmələrin davam etdirilməsi qərarı verilib. Xatırladaq ki, bu maddə üzrə tərəfdaşlıq makroiqtisadi qiymətləndirmə baxımından mühüm platforma hesab edilir.
A.Bordon bildirib ki, həyata keçirilən fiskal və monetar siyasətin makroiqtisadi dayanıqlığın möhkəmləndirilməsi və uzunmüddətli inkişafın təmin olunmasında mühüm rol oynayır. Fond texniki yardım və potensialın artırılması mexanizmlərinin və institusional islahatların davam etdirilməsində dəstək verəcək.
Fond, eyni zamanda, Azərbaycanda fiskal islahatlarla bağlı araşdırma və tədqiqatlar aparır və yekun hesabtlar hazırlayır. Hesabatda ölkədə dövlət maliyyə statistikasının vəziyyəti (GFS) əks etdirilir. Ötən illər ərzində Azərbaycanın GFS-in tərtibi və yayımlanması üçün institusional infrastrukturun qurulması istiqamətində addımlar atması sənəddə əks olunub. Bundan əlavə, büdcə sisteminin təkmilləşdirilməsi üzrə aparılan islahatlar çərçivəsində qurulmuş Orta Müddətli Xərclər Çərçivəsi Mərkəzinin fəaliyyəti də tədqiq olunub. Ümumilikdə, hesabatda Azərbaycanda GFS-in tərtib olunmasının şəffaf olması önə çıxır. Bununla yanaşı, müvafiq istiqamətdə institusional infrastruktur üzrə inkişaf imkanlarının olması barədə təklif və tövsiyələr də yer alıb.
BVF-nin proqnozları ümidvericidir
Yeri gəlmişkən, Azərbaycanın Beynəlxalq Valyuta Fondundakı SDR (Xüsusi Borcalma Hüquqları) ehtiyatlarının bir hissəsi gəlir məqsədilə investisiya etməsi siyasəti də müsbət dəyərləndirilib. Qeyd edək ki, bir neçə ay əvvəl 37,62 milyon SDR və ya 49 milyon ABŞ dolları Mərkəzi Bank tərəfindən valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsində əlavə gəlirlilik məqsədilə digər maliyyə alətlərinə investisiya olunub. Nəticədə, ölkənin IMF-dəki SDR ehtiyatlarının həcmi 451,49 milyon SDR-dən 413,87 milyon SDR-ə enib. Bu yanaşma ehtiyatların daha səmərəli idarə olunmasına və əlavə gəlir imkanlarının reallaşdırılmasına xidmət edir və BVF də bunu təqdir edir. Beynəlxalq bazarlarda əlverişli şərtlər yarandıqca, SDR vəsaitlərinin investisiyası təcrübəsinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
BVF-nin ekspert qrupu Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını da açıqlayıb. Qeyd olunduğuna görə, ümumi iqtisadi artımın 2026-cı ildə təxminən 2,5 faiz olacağı və növbəti illərdə də bu səviyyə ətrafında qalacağı gözlənilir. Cari ildə qeyri-neft iqtisadiyyatında artım tempi 4 faizdən çox gözlənilir. Missiya üzvlərinin qənaətinə görə, Azərbaycan iqtisadiyyatının enerji amili üzərində dayanmadığı özünü son illərin əlavə dəyər artımında göstərməkdədir. Qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığının yüksəlməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müəssisələrin yaradılmasıdır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

