SOCAR və “Samsung” anlaşdı
27.02.2026 [10:59]
İmzalanmış memoranduma əsasən, neft sənayesində müasir rəqəmsal texnologiyalar tətbiq olunacaq
İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə görüşündə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti barədə fikir mübadiləsi aparılıb. Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına və qlobal dəyər zəncirlərinə inteqrasiyası baxımından görülən işlər diqqətə çatdırılıb, əməkdaşlıq imkanları qeyd olunub. Görüş çərçivəsində neft sənayesində tətbiq olunan müasir texnologiyalar və rəqəmsallaşma imkanlarına da toxunulub. SOCAR və “Samsung E&A Co., Ltd.” bu istiqamətdə əməkdaşlıq məqsədilə anlaşma memorandumu imzalayıb. Sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye və təchizat mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur, yerli şirkətlərin qlobal dəyər zəncirinə inteqrasiyası baxımından da əhəmiyyət daşıyır.
Korporativ strategiyadan irəli gələn hədəflər
Memorandum SOCAR-ın rəqəmsal infrastrukturların gücləndirilməsi, innovativ və texnoloji tətbiqlər və müasir idarəetmə hədəflərinə xidmət edən strateji konsepsiyanın mühüm hissəsi hesab edilə bilər. SOCAR-ın 2035-ci ilə kimi təsdiqlənmiş korporativ strategiyasına uyğun olaraq insan kapitalının inkişafı və rəqəmsallaşma istiqamətində növbəti mühüm addım hesab olunur. Azərbaycanın milli neft korporasiyası bu strateji ssenariyə əsaslanaraq son illərdə istehsalın və emalın müasir idarəetmə texnologiyalarına əsaslanan mühüm layihələr icra edir, bu istiqamətdə qlobal investorlarla əməkdaşlığı artırır. Son illərdə beynəlxalq investorlarla və qlobal texnologiya şirkətləri ilə bu istiqamətdə bir neçə saziş və memorandum imzalanıb ki, bu sənədlərin hər biri rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edir.
Dünyanın nüfuzlu şirkətlərindən biri olan “Baker Hughes” ilə imzalanmış əməkdaşlığa dair sazişə əsasən, neft sənayesində yeni texnologiyaların, elektrik dalma nasoslarının tətbiqi və quyular üzrə rəqəmsallaşmanın aparılması üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.
Azərbaycan Dövlət Neft Şirkəti və Özbəkistanın “Uzbekneftegaz” şirkəti arasında imzalanmış sazişə əsasən, tərəflər rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa başlayıb. SOCAR ilə qlobal texnologiya şirkəti olan “Honeywell” arasında əməkdaşlıq çərçivəsində Əməliyyat Texnologiyaları Akademiyası yaradılıb ki, yeni təsisat istehsalat sahələrində rəqəmsal imkanların səfərbər olunması, idarəetmə sistemləri üzrə bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsini nəzərdə tutur.
SOCAR və ABŞ-ın “SLB” şirkəti arasında əldə edilmiş razılığa əsasən, Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-Dəniz” yataqlarının yenidən işlənməsinə start verilib. Bu tərəfdaşlıq perspektivli hasilat zonalarının müəyyən edilməsini, hərtərəfli rezervuar modelləşdirməsinin hazırlanmasını və bu yataqlarda erkən hasilat sxemini (EPS) dəstəkləmək üçün quyu və qazma qurğuları proqramlarının layihələndirilməsini nəzərdə tutur.
Eləcə də SOCAR və “ExxonMobil” korporasiyası arasında imzalanmış “Əməkdaşlıq haqqında Memorandun”-a əsasən, “Exxon” şirkəti Xəzərdə yeni karbohidrogen tədarüklərinin başlanması və nəql infrastrukturunun şaxələndirilməsi üçün rəqəmsal həllərdən geniş istifadə edəcək.
“Digital Solutions Lab” sisteminin yaradılması
Azərbaycan Dövlət Neft Şirkətinin digər texnoloji inkişaf layihələrindən biri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Esyasoft Holding” LTD şirkəti ilə “ağıllı qaz” şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında imzalanmış müqavilə üzrə fəaliyyət planıdır. Layihənin əsas məqsədi qabaqcıl “ağıllı qaz” idarəetmə sistemi texnologiyalarının Azərbaycanda tətbiqini nəzərdə tutur. BƏƏ şirkəti Azərbaycan ərazisində qazın paylanması sahəsində əməliyyat səmərəliliyini artırmaq, xərcləri optimallaşdırmaq, mövcud qaz itkilərini azaltmaq üçün SOCAR-a dəstək verəcək. Layihə üzrə 480 milyon dollar sərmayənin yatırılması nəzərdə tutulur. Bu sərmayə yaxın gələcəkdə şəbəkənin rəqəmsallaşdırılmasına, “Rəqəmsal həllər laboratoriyası”nın (“Digital Solutions Lab”) yaradılması ilə qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsini və beynəlxalq təcrübə mübadiləsini təmin edəcək.
Həmçinin SOCAR-ın BƏƏ şirkəti - “Emirates National Oil Company Group” (“ENOC Group”) arasında əməkdaşlıq razılaşmasına əsasən, müddət əvvəl tərəflər kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq istiqamətlərində birgə addımlar atılacaq. SOCAR-la BƏƏ-nin “Dragon Oil” şirkəti arasında imzalanmış anlaşma memorandumu isə mədən sənayesi hasilatında “ağıllı texnologiyalar”ın tətbiqini nəzərdə tutur.
Rəqəmsal arxitektura quruculuğuna töhfə
Göründüyü kimi, SOCAR rəqəmsal inkişaf və süni intellektin tətbiqi, müasir texnologiyalarla təchiz edilmiş idarəetmə mərkəzinin qurulması ilə neft sənayesində yeni mərhələ açmaqdadır. Bu baxımdan dünyanın ən böyük transmilli konqlomeratlarından olan “Samsung Group”un törəmə şirkəti “Samsung E&A Co., Ltd.” ilə əməkdaşlıq SOCAR üçün mühüm əhəmiyyət kəsb edir. Adıçəkilən şirkət qlobal mühəndislik, satınalma və tikinti podratçısı kimi texniki-iqtisadi əsaslandırma, detallı mühəndislik, satınalma, tikinti, istismaravermə və layihə idarəetməsi daxil olmaqla, inteqrə olunmuş xidmətlərin təqdimatında son illər böyük yeniliklər tətbiq etməkdədir. “Samsung E&A Co., Ltd.” həmçinin hidrokarbonlar və enerji infrastrukturu üzrə neft və qaz emalı zavodları, neftayırma və neft-kimya kompleksləri, qaz emalı və yardımçı infrastruktur obyektlərini layihələndirir və həyata keçirir. Şirkət Yaxın Şərq, Asiya və digər strateji enerji bazarlarında iri miqyaslı layihələrdə təcrübəyə malikdir.
Bütün bu təşəbbüslər SOCAR-ın istehsalat proseslərinin rəqəmsallaşdırılması ilə yanaşı, əməkdaşlarının da rəqəmsal bacarıqlarının inkişafına verdiyi prioritetin, eləcə də gələcəyə və innovasiyaya fokuslanan yanaşmasının daha bir real göstəricisidir. Ona görə də, SOCAR-la “Samsung” korporasiyası arasında imzalanan memorandum Azərbaycanın neft sənayesində rəqəmsal arxitektura quruculuğuna töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

