Kredit tərəfdaşı və aparıcı səhmdar...
18.03.2026 [11:56]
Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının etibarlı üzvlərindən birinə çevrilib
Maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev QDTİB-nin prezidenti Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib. S. Babayev Bankın Azərbaycanın iqtisadi inkişafına və Qara dəniz regionunda iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib. Azərbaycanın QDTİB-nin təsisçi üzvlərindən biri kimi Bankın gələcək inkişafını dəstəklədiyini bildirən nazir qeyd edib ki, Bank fəaliyyətə başladığı vaxtdan etibarən Azərbaycanda maliyyələşdirdiyi layihələrlə ölkədə özəl sektorun inkişafına və maliyyə sektorunun gücləndirilməsinə töhfə verib. Bildirilib ki, QDTİB Azərbaycanda yerli valyutada istiqraz buraxan ilk beynəlxalq maliyyə institutu olub və Bank özəl sektorun maliyyələşdirilməsini dəstəkləmək məqsədilə 2019-cu ildə Bakı Fond Birjasında korporativ istiqrazlar yerləşdirib.
Görüşdə Azərbaycanın QDTİB Rəhbərlər Şurasına hazırkı sədrliyi də diqqət mərkəzində olub, Bankın 2026-cı ilin iyul ayında Bakıda keçiriləcək növbəti illik toplantısının regional maliyyə əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından mühüm platforma olacağı vurğulanıb.
Serhat Köksal Azərbaycan ilə əməkdaşlığın Bank üçün mühüm əhəmiyyət daşıdığını bildirərək ölkəmizdə həyata keçirilən iqtisadi islahatların və formalaşdırılmış əlverişli investisiya mühitinin beynəlxalq maliyyə institutları üçün yeni imkanlar yaradacağını qeyd edib. Hazırda tərəflər gələcək əməkdaşlıq planı çərçivəsində özəl sektorun inkişafının maliyyələşdirilməsi, kiçik və orta biznesin və maliyyə institutlarının dəstəklənməsi, regional ticarətin və nəqliyyat-logistika bağlantısının təşviqi, həmçinin dayanıqlı inkişaf və iqtisadi şaxələndirmə ilə bağlı layihələrin dəstəklənməsini nəzərdə tutur.
Qara dəniz Bankının kapitalının artırılması prosesində Azərbaycanın iştirakı da mühüm yer tutur. QDTİB beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb.
QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.
500 milyon avrodan çox maliyyə donorluğu
Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələrin 27 illik tarixi ərzində mühüm layihələrin icrası həyata keçirilib. 1999-cu ildə Azərbaycanın iştirakı ilə təsis edilmiş bu beynəlxalq maliyyə institutu ölkəmizin iqtisadiyyatına investisiyaların qoyulmasında, xüsusilə özəl sektorun maliyyələşməsində fəal rol oynayıb. Bankın Azərbaycandakı əsas portfeli kiçik və orta sahibkarlığa dəstək (47,5 faiz), enerji (35 faiz), daşınmaz əmlak (8,4 faiz), istehlak malları (4,8 faiz) və sənaye (4,4 faiz) ) təşkil edir.
Fəaliyyətə başladığı vaxtdan QDTİB Azərbaycan hökumətinin investisiya prioritetlərinə uyğun olaraq ümumi dəyəri 500 milyon avrodan çox olan 40 layihəni maliyyələşdirib. Bank “Şahdəniz” kimi strateji əhəmiyyətli enerji layihələrində iştirak edib, eyni zamanda, kiçik və orta biznesə davamlı dəstəyini artırıb. Ümumilikdə, Qara Dəniz Bankının Azərbaycana yönəltdiyi investiyaların həcmi ümumi kredit portfelinin təxminən 10 faizlik resursu həcmindədir.
Azərbaycan bu bankın üzvü olmaqla yanaşı, həm də səhmdarlarından biridir. QDTİB-in səhm kapitalında ölkəmiz 5 faiz paya malikdir ki, bu, 7-ci ən böyük səhmdarlıq statusu deməkdir. QDTİB-nin Rəhbərlər Şurasının 2021-ci ilin oktyabrında keçirilən Xüsusi Toplantısında bankın abunə kapitalının artırılmasında Azərbaycan da mühüm rol oynayıb, ümumi dəyəri 41 milyon avro təşkil edən 36,6 min səhmin 12,3 milyon avro məbləğində olan hissəsi ölkəmiz tərəfindən əldə edilib.
Əməkdaşlığın yeni gündəliyi - “yaşıl enerji” və “yaşıl maliyyə”...
Qara Dəniz Bankı ilə Azərbaycan arasında əməkdaşlığın müasir gündəliyində KOB-ların inkişafı və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, “yaşıl iqtisadiyyat”ın təşviqi məqsədilə korporativ və fərdi müştərilərin ehtiyaclarının kreditləşdirilməsi və digər prioritetlər daxildir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə biznesə dəstək və müasir sənaye-emal zəncirinin qurulmasından bankın donorluğu istisna olunmur. SOCAR-la “yaşıl enerji” üzrə layihələrin həyata keçirilməsi də danışıqlar mövzusundadır. Bir neçə ay əvvəl Bakıda olan bankın vitse-prezidenti Draqoş-Paul Ungureanu işğaldan azad edilmiş ərazilərin bərpası və bərk məişət tullantılarının idarə olunması layihələrinin maliyyələşdirilməsində iştirakın mümkünlüyünü vurğulayıb.
QDTİB ölkəmizlə yeni əməkdaşlıq mərhələsində “yaşıl maliyyələşmə” və investisiyaların artırılmasını da istiqamətlərdən biri hesab edir. Bu məqsədlə Azərbaycanın maliyyə institutları, o cümlədən ban?larla “yaşıl layihələr” üzrə müqavilə imzalanması nəzərdə tutulur. Bankın rəhbərliyi COP29 çərçivəsində qlobal alyansın razılaşdırdığı iqlim maliyyəsi strategiyasına da müsbət yanaşaraq iqlim donorluğunda imkanlarının səfərbər ediləcəyini də bildirib. Bu çərçivəyə əsasən, Azərbaycanın “yaşıl maliyyə” üzrə investisiya prioritetlərinə QDTİB-in maliyyə dəstəyi verəcəyi ehtimal olunur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20

