“OPEC+” neftin bahalaşmasından narahatdır
04.04.2026 [09:58]
Alyans üzvləri qiymət sabitliyi üçün bazara daha çox neft çıxarmaqda qərarlıdır
“OPEC+” ölkələrinin aprelin 5-də keçiriləcək iclasında yeni hasilat kvotası və hasilatın artırılması nəzərdə tutulur. İclasda bölgədəki vəziyyətin yaratdığı risklər fonunda neft tədarükü ilə bağlı fraqmentasiyaların müzakirəsi və yuxarı enerji qiymətlərinin qarşısını almaq üçün istehsal kvotalarının yenidən müəyyən edilməsi müzakirə olunacaq. Təşkilata üzv ölkələrin enerji nazirləri və milli neft korporasiyalarının rəhbərləri Hörmüz boğazının qapadılması nəticəsində baş verən çətinliklərin həlli yollarını da nəzərdən keçirmək fikrindədir. “OPEC+” ölkələri tankerlərlə daşınmaların bərpa ediləcəyi təqdirdə tədarükü yenə də artırmaqda qərarlı olduqlarını bildirir.
Qeyd edək ki, təşkilat üzvləri ötən il neft hasilatı və tədarükünü azaltmaq və ya sabit saxlamaq yönündə qərarlar qəbul edib. Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman rəsmiləri 2025-ci il noyabrın 30-da keçirilən videokonfrans formatında görüşdə neft hasilatına könüllü düzəlişlər edilməsi (azaldılması) ilə bağlı razılığa gəliblər. 2026-cı il yanvarın 4-də keçirilən görüşdə isə noyabrda qəbul edilmiş qərara sadiq qalınması və neft hasilatının sabit saxlanılması barədə razılıq əldə olunub. Ümumiyyətlə, son 3 ildə “OPEC+” ölkələrinin nüamayəndələri sabit qlobal iqtisadi perspektivlər və mövcud sağlam bazar fundamentallarını nəzərə amaqla, istehsalın gündəlik həcminin 1,65 milyon barel azaldıb. Bu, neftin qiymətinin ucuzlaşmasının qarşısıbı alıb və yaxud sabit indeksin (70-90 dollar) qorunub saxlanmasını təmin edib. Regionda baş verən son hadisələrdən sonra kəskin neft qiymətləri fonunda hasilatçı ölkələr kvota ilə bağlı könüllü düzəlişlər edərək aprel ayından sutkalıq neft hasilatını 206 min barel artırıblar. Bu qərar qiymətlərin artmasının qarşısını almaq niyyəti güdür.
Səkkizlik ölkələrinin “B” planı
Ümumiyyətlə, “OPEC+” alyansına daxil olan 8 ölkə - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qazaxıstan, Əlcəzair və Oman davamlı olaraq qlobal bazarın konyukturasına və tələbata uyğun olaraq hasilat həcmləri barədə düzəlişlər edir. Neft ucuzlaşanda hasilat azaldılır, bahalaşanda isə artırılır. Aprelin 5-də keçiriləcək görüşün də məqsədi neft qiymətlərinin yüksək indeksləri fonunda hasilatın artırılmasıdır. Hörmüz boğazının qapalı olması dünya bazarına lazımi həcmdə neft çıxarılmasına mane olduğundan alyans üzvləri alternativ logistika xətti olan Səudiyyə Ərəbistanının ərazisindən keçən marşrutla əlavə neft tədarük etməyi planlaşdırır.
Xatırladaq ki, gündəlik qlobal neft tədarükünün (104 milyon barel) təxminən 40 faizi “OPEC+” ölkələrinin payına düşür ki, xam neftin böyük hissəsi alyansın həmin 8 ölkəsinə məxsusdur. Alyans üzvləri hasilatı ən azı 200 min barel yenidən artırmağı düşünür. Səkkizlik ölkələri tərəfindən müxtəlif vaxtlarda qiymət riskləri yarandığı zaman tələbatın azaldılması və ya çoxaldılması qısa zamanda qiymətlərə də təsir edir. Ehtimallara görə, alyansın “B” planı üzrə qərarından sonra dünya birjalarında neftin qismən ucuzlaşması baş verəcək. Gözləntilərə əsasən, “Brent” markalı neftin 1 barelinin qiyməti ən azı 4-5 dollar aşağı düşəcək.
Optimal qiymət 80 dollar hesab edilir
“OPEC+” alyansının qərarlarını Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiqləri də hər zaman anlayışla qarşılayır. Çünki həmin ölkələr də son bir ayda daim dəyişən qiymət əmsallarından narahatdır. Nəzərə alsaq ki, Azərbaycan da daxil olmaqla, əksər neft ixracatçıları investisiya siyasətinə uyğun olaraq, aktivlərinin əhəmiyyətli hissəsini qlobal bazarlarda, ələlxüsus da ABŞ və Böyük Britaniyanın müxtəlif maliyyə alətlərinə, o cümlədən, səhm, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələrə yönəldib. Baha neft onların gəlirlərini artırsa da, suveren fondlarda toplanmış vəsaitlərin qlobal bazarlarda idarə edilən investisiya gəlirliliyinə mənfi təsir edir. Eləcə də, sənaye və xammal bahalaşır, neft ixracatçılarının böyük bir qismi dünyanın innovasiya və texnologiyalar üzrə sənaye sektorundan asılıdır. Həmçinin dolların bahalaşması və qlobal maliyyə bazarlarında istiqraz və digər qiymətli kağızların indekslərindəki dəyişikliklər bir çox ölkənin tədiyyə balansına təzyiqlər yaradır, milli valyuta risk altına düşür, rezervlər məzənnə sabitliyini saxlamaq üçün xərclənir.
Müxtəlif ölkələrdə iqtisadi fəallığın azalması, habelə ABŞ və Avropa İttifaqında sənaye və enerji sektorunda işgüzarlığın zəifləməsi, qlobal bazarın ən nəhəng aqrar-sənaye istehsalçılarının xərclərinin artması və s. amillər dünya iqtisadiyyatını çətin sınaq qarşısında, daha doğrusu, ağır böhran təhlükəsi ilə üz-üzə qoya bilər. Beynəlxalq Valyuta Fondunun və qlobal enerji agentliklərinin proqnozlarına görə, dünya iqtisadiyyatında yavaşlama tələbin azalmasını təşviq edəcək.
Bütün bu amilləri nəzərə aldıqda “OPEC+” ölkələri kimi kartel dövlətləri də narahatdır. Bu baxımdan, alyansın qərarlarının “OPEC” ölkələrinin maraqlarına uyğun olmasını söyləmək olar.
Azərbaycan alyansın qərarını dəstəkləyir
“OPEC+” alyansının mövcud siyasi xətti Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır. Bu neft ailəsinin üzvü olan ölkəmiz indiyə qədər hasilat və nəql kvotası ilə bağlı qərarları həmişə dəstəkləyib. 2024-cü və 2025-ci illərdə keçirilən iclasda ölkəmiz “OPEC+” qrupunun razılaşdırılmış “Əməkdaşlıq Bəyannaməsi”nə qoşulub. Alyansın hazırkı qərarına əsasən, Azərbaycanın gündəlik kvotası 550 min barrel həcmində müəyyən edilib. Bu, ölkəmiz üçün orta qiymət şkalasının tənzimlənməsində qənaətbəxş hesab edilə bilər. Ümumiyyətlə, respublikamız istər “OPEC”in, istərsə də “OPEC+”un qəbul etdiyi qərarlara hörmətlə yanaşaraq məsuliyyətli təchizatçı kimi kvotanın azaldılması barədə öhdəliklərini tam yerinə yetirib.
“OPEC+” ölkələri növbəti toplantıda istehsal gücünün artırılması barədə qərar qəbul edəsə, çox güman ki, əlavə hasilatda Azərbaycanın da kvotası artırıla bilər. Çünki mart ayının əvvəlindən bəri Yaxın Şərq münaqişəsi səbəbindən Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Küveytdə neft hasilatı azalıb, onların bu boşluğunu digər ölkələrlə yanaşı, Azərbaycan da doldurmaq imkanındadır.
Yeri gəlmişkən, Azərbaycan, həmçinin “OPEC” alyansında da etibarlı tərəfdaş və nümunəvi tədarükçü kimi qəbul edilir. Ölkəmiz bu kartel blokunda təkcə neft ehtiyatlarının nəqlini deyil, həm də müasir qlobal bazarın əsas tələbatlarından birinə çevrilən alternativ yanacaq mənbələrinin səfərbər olunması və koalisiyalarla birlikdə nəqlində də təşəbbüskarlıq edir. “OPEC”in baş katibi Haysam əl-Qays bildirib ki, Azərbaycan-OPEC əməkdaşlığı etibarlı bir körpü rolunu oynayır, ötən dövrdə kartelin həyata keçirdiyi enerji siyasətinə öz dərin töhfəsini verən Azərbaycan qlobal enerji bazarında öz məsuliyyətini dərk edərək bütün öhdəliklərini layiqincə yerinə yetirib. Azərbaycan hər zaman enerji amilinə yalnız iqtisadi konteksdən yanaşaraq rifah və həmrəylik ruhunda addımlar atıb, ən çətin zamanlarda qlobal enerji təchizatlarının şaxələndirilməsində səylərini əsirgəməyib.
Beləliklə, “OPEC+” və “OPEC”in neft bazarı ilə bağlı qəbul edəcəyi qərarlar hər iki təşkilatda yaxın tərəfdaş kimi yer alan Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyacaq. Bu, həm hasilatla bağlı kvota öhdəliklərinin icrası, həm də sabit neft bazarı fonunda ölkəmizin dayanıqlı investisiya portfelinin idarə olunması baxımından faydalı hesab edilə bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

