Ortamüddətli dövrdə büdcə siyasətinin yeni hədəfləri müəyyənləşir
16.04.2026 [11:30]
İqtisadi Şura büdcə hazırlıqlarını müzakirə edib
Aprelin 14-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında 2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, prioritet xərc istiqamətləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, büdcə dayanıqlığı, 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, sosial siyasət və əsas göstəriciləri və digər cari iqtisadi məsələlər ətraflı müzakirə olunub. Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayevin, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzələri dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər. İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla gündəlikdə olan məsələlərə dair müvafiq qərarlar qəbul olunub. Maliyyə nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin və OMBÇ sənədinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib.
OMBC-də ölkəmizin iqtisadi artım hədəfləri əks olunub
Hökumətin müzakirə etdiyi büdcə ssenarisi üzrə sənəd - Ortamüddətli Büdcə Çərçivəsi ölkəmizin iqtisadi inkişaf hədəflərini və mühüm prioritetləri əks etdirir. Çərçivə sənədi büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, habelə dövlət büdcəsi xərclərinin funksional təsnifatının büdcə islahatlarına cəlb olunan bölmələrinə daxil olan sektorlarda nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yuxarı hədləri barədə məlumatları ehtiva edir. Eyni zamanda, sənəddə proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb olunan sektorlara növbəti ortamüddətli dövr üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqramlar üzrə bölgüsü barədə məlumatlar əks olunub.
2029-cu ildə ÜDM-in həcmi 161,8 milyard manata çatacaq
2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi cari ilin üçüncü rübündə hazır olacaq və sənəddə ölkəmizin inkişaf ssenariləri, maliyyə baxışı, büdcə siyasətinin əsas istiqamət və hədəfləri, prioritet xərc istiqamətləri barədə məlumatlar öz əksini tapacaq. Ortamüddətli Xərclər Çərçivəsinə əsasən, yaxın 3-4 il ərzində Azərbaycanın iqtisadi inkişaf vizyonu əsas etibarilə qeyri-neft mənbələrinə əsaslanacaq.
Ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Gəlirlər üzrə siyasətin əsas istiqamətləri ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.
Makroiqtisadi proqnozlara görə, 2026-cı ilin sonuna ÜDM-in həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 101,7 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 129,5 milyard manata qədər artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-nin 4,9 faiz olacağı fərz edilir. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 80 faizə çatacaq, neft-qaz sektorunun payı isə 20 faizə bərabər olacaq. 2030-cu ildə isə bu rəqəmin daha da yüksəlməsi gözlənilir.
İnvestisiya qoyuluşlarında artımlar davam edəcək
Baza ssenaridə neftin 1 barelinin orta illik ixrac qiyməti 2026-cı il üçün 65 dollar və 2027-2029-cu illər üçün də eyni qalacağı fərz edilir, 2030-cu ilə dair ssenari ilin sonlarına müəyyənləşəcək. Bununla yanaşı, 2029-cu ildən etibarən Abşeron yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun sektorun ümumi inkişafına müsbət töhfə verməsi gözlənilir.
2026-cı ildə əsas kapitala olan investisiyalarda 6,9 faiz, ortamüddətli dövrdə isə orta illik 3,9 faiz artım olacağı proqnozlaşdırılır. Neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında 2026-2027-ci illərdə artım proqnozlaşdırılır. Əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə proqnozlar, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya çərçivəsində qeyri-neft-qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artması hədəfi, habelə dövlət investisiyalarının iqtisadi səmərəliliyinin yüksəldilməsi, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi və infrastruktur layihələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəzərə alınıb.
Xərclər üzrə siyasətin əsas istiqamətləri
Ümumilikdə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətləri ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən ölkə sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi və “Böyük Qayıdış”ın sürətli icrası prioritetlərini əks etdirir. Təkcə, OMXÇ üzrə 2026-cı il və qarşıdakı 4 ildə azad olunmuş ərazilərin yenidənqurulması və bərpasına 15 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulur.
Bundan başqa, əhalinin sosial təminatının və xidmət şəraitinin, habelə müxtəlif sosial qrupların sosial müdafiəsinin daha da yaxşılaşdırılması, biznesə dəstəyin artırılması və investisiyaların davamlılığının qorunması, iqlim həlləri və “yaşıl iqtisadiyyat” quruculuğuna, bir sıra mühüm proqram və tədbirlərin icrası üçün maliyyə təminatınının gücləndirilməsi nəzərdə tutulur.
Yuxarıda qeyd etdiyimiz kimi 2030-cu ilə dair gəlir və xərc, investisiya, inflyasiya və sair rəqəmlər isə bir neçə ay sonra yekun təhlillər əsasında müəyyənləşəcək.
Ümumilikdə, yaxın 4 illik proqnoz və ssenarilər Azərbaycanda dayanqlı iqtisadi inkişafın təmin ediləcəyinə dərin əminlik yaradır.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

