Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Büdcə gəlirləri xərcləri üstələyib

Büdcə gəlirləri xərcləri üstələyib

09.05.2026 [10:54]

4 ayda dövlət büdcəsində 2,6 milyard manatdan çox profisit yaranıb

2026-cı ilin yanvar-aprel aylarında dövlət büdcəsinin icrasında müsbət meyillər davam edib. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 376,6 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Büdcənin gəlirləri 13 milyard 564 milyon manat təşkil edib ki, bu da proqnozu 99 milyon manat və ya 0.7 faiz üstələyib.

Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat məbləğində təsdiq edilib. İcmal büdcənin gəlirləri isə 44 milyard 969,4 milyon manat, xərcləri 48 milyard 839,3 milyon manat müəyyən olunub. Büdcə zərfində müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə xərclər üçün 8,7 milyard manat həcmində nəzərdə tutulub.

Qarabağ və Şərqi Zəngəzurun bərpasına 3,5 milyard manat vəsaitin ayrılması planlaşdırılıb. Əhalinin sosial rifahı üçün büdcədən 2026-cı ildə 17,1 milyard xərclənməsi təsdiqlənib.

İcmal büdcənin gəlirləri 16 milyard 2 milyon manatı ötüb

Dövlət büdcəsinin gəlirlərində əsas fiskal mənbə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olub. Bu qurumun xətti ilə daxilolmalar 6 milyard 862,5 milyon manat təşkil edərək proqnozdan 129 milyon manat və ya 1,9 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 032,7 milyon manat təşkil edərək proqnozdan 6,7 milyon manat və ya 0,3 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18,5  milyon manat təşkil edərək proqnozdan 2,4 milyon manat və ya 14,8 faiz, sair daxilolmalar 141,2 milyon manat təşkil edərək proqnozdan 38,3 milyon manat və ya 37,3 faiz çox, Dövlət Neft Fondundan transfer isə 4 milyard 280 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 229,1 milyon manat təşkil edərək proqnoza qarşı 74,7 faiz icra olunub.

Yanvar-aprel ayları ərzində dövlət büdcəsinin xərcləri 10 milyard 933,4 milyon manat proqnoza qarşı 10 531,1 milyon manat məbləğində icra edilib ki, bu da 96,3 faiz təşkil edir. Beləliklə, dövlət büdcəsində 2,6 milyard manatdan çox profisit (büdcə artıqlığı) yaranıb.

Bu müddət ərzində icmal büdcənin gəlirləri 16 milyard 2 milyon manat, xərcləri  isə 12 milyard 43,4 milyon manat məbləğində icra edilib. Nəticədə icmal büdcədə 4 milyard manat profisit yaranıb.

Fiziki və hüquqi şəxslərə 96 milyon manat vəsait geri qaytarılıb

2026-cı ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 96 milyon 494,7 min manat məbləğində vəsait geri qaytarılıb. Həmin vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

Qeyri-neft sektorundan vergi daxilolmaları artıb

2026-cı ilin yanvar-aprel ayları ərzində Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə daxil olan vəsaiti həcmi fiskal yığımlarda ilk yerdə dayanır. Vergi orqanları büdcəyə proqnozdan 129 milyon manat çox vəsait köçürüb. Yığımlarda qeyri-neft-qaz sektorundan daxilolmaların həcmi daha çox artıb. Belə ki, qeyri-neft yığımları 5 milyard 360,3 milyon manatdan çox təşkil edib və büdcəyə proqnozdan əlavə 108,3 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan daxilolmalar 412,3 milyon manat və ya 8,3 faiz artıb.

Ötən dörd ay ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 210,6 milyon manatdan çox olub, proqnozdan əlavə 117,9 mln. manatdan çox vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 1 milyard 485,5 milyon manata yaxın təşkil edib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 78,5 milyon manata yaxın olub, proqnozdan əlavə 3,3 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 61,3 milyon manatı ötüb.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 339,8 milyon manatdan çox olub, proqnozdan əlavə 9,9 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 229,1 milyon manatdan çox olub.

Vergi daxilolmalarının artımında biznesin və sahibkarlıq subyektlərinin sayının artımı da mühüm rol oynayıb. Mayın 1-ə olan dövrə qədər ölkə üzrə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 faiz artaraq 877. 368, aktiv ƏDV ödəyicilərinin sayı isə 3,5 faiz artaraq 60.431 təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin sayı 3,3 faiz artıb və  240.528 olub.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 124 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31