Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dünya Bankı: Coğrafi məkan göstəriciləri Mərkəzi Asiya şəhərlərinin dayanıqlı inkişafına kömək edəcək

Dünya Bankı: Coğrafi məkan göstəriciləri Mərkəzi Asiya şəhərlərinin dayanıqlı inkişafına kömək edəcək

20.05.2026 [14:27]

Dünya Bankının Mərkəzi Asiya üzrə nümayəndəsi Mohamed Nada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) çıxış edərək bildirib ki, coğrafi məkan analitikası və sosial-iqtisadi məlumatlardan istifadə regionda dayanıqlı urbanizasiya üçün əsas vasitəyə çevrilir. O bildirib ki, müasir analitik metodlar mənzil fondunun dinamikasını qiymətləndirməyə, məkan bərabərsizliyini müəyyən etməyə və şəhər infrastrukturuna investisiyaları daha dəqiq planlaşdırmağa imkan verir.

AZƏRTAC xəbər verir ki, natiqin sözlərinə görə, mənzil enerji səmərəliliyinin, xidmət əlçatanlığının və həssas icmaların xəritələşdirilməsinə xüsusi diqqət yetirilir ki, bu da ədalətli iqlim siyasəti və abadlıq strategiyalarının formalaşdırılmasına kömək edir.

Dünya Bankının nümayəndəsi vurğulayıb ki, şəhər məlumatları ilə işləmək bacarıqlarının inkişaf etdirilməsi bələdiyyələrə və tədqiqatçılara sübutlara əsaslanan analitikaya uyğun qərarlar qəbul etməyə və urbanizasiya risklərinin daha effektiv idarə olunmasına imkan verəcək. Bu baxımdan, Azərbaycanın azad edilmiş ərazilərində şəhərsalma təcrübəsi böyük maraq və dəyər kəsb edir.

Paylaş:
Baxılıb: 559 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30