TDT-nin vahid maliyyə institutu
09.06.2026 [11:50]
Türk dövlətlərinin Mərkəzi Bankları Şurasının toplantısında yeni strateji prioritetlər müəyyənləşib
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Mərkəzi Bankları Şurasının növbəti toplantısında qlobal çağırışlar müstəvisində makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması, monetar siyasətin ötürücülüyünün təkmilləşdirilməsi, həmçinin rəqəmsal transformasiya dövründə maliyyə texnologiyalarının inkişafı istiqamətində bank sektorunun fəaliyyəti müzakirə olunub. Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkiyə mərkəzi banklarının, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının nümayəndə heyətləri iştirak edib.
TDT Mərkəzi Bankları Şurasının iştirakçılarını qəbul edən Azərbaycanın baş naziri Əli Əsədov bu mötəbər tədbirin türk dövlətlərinə üzv ölkələrin maliyyə sektorları arasında əməkdaşlığın gücləndirilməsinə, bu prosesdə mərkəzi bankların rolunun artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib. TDT-yə üzv dövlətlər arasında qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyi xatırladılıb. Azərbaycanda maliyyə-bank sektorunun modernləşdirilməsi məqsədilə həyata keçirilən ardıcıl islahatlar, maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması və bank sisteminin sabitliyinin gücləndirilməsi sahəsində əldə olunan nəticələrə toxunulub.
Vahid ödəniş sisteminin yaradılmasına doğru
Xatırladaq ki, TDT ölkələri arasında maliyyə əlaqələndiricisi funksiyasını yerinə yetirmək məqsəilə 2024-cü ildə Mərkəzi Banklar Şurası təsis edilib. Şuranın başlıca hədəfi TDT ölkələrinin Mərkəzi Bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsidır. Təşkilatın ilk toplantısı ötən il Qazaxıstanın Astana şəhərində keçirilib. Tərəflər monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlığın gücləndirilməsi, birgə məsləhətləşmələrin təşviqi ilə bağlı anlaşma əldə edib.
Bakı toplantısında isə qarşıya qoyulmuş hədəflərin müasir çağırışlar fonunda daha da inkişaf etdirilməsinə xüsusi diqqət çəkilib. Xüsusilə də TDT üzvləri arasında rəqəmsal ödəniş arxitekturasının qurulması və vahid ödəniş sisteminin fəaliyyətinin təmin olunması barədə təkliflər müsbət qarşılanıb.
Mərkəzi Bankın sədri Taleh Kazımov toplantının Şuranın fəaliyyətində növbəti mühüm səhifə olmaqla regionumuzda daha inteqrasiya olunmuş, innovativ və dayanıqlı maliyyə ekosisteminin formalaşmasına mühüm töhfə verəcəyinə dair inamını ifadə edib. Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində iqtisadi, ticarət, investisiya, nəqliyyat, enerji, maliyyə, humanitar və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.
Türk İnvestisiya Fondu regional maliyyə instituna çevrilir
Çıxış edən natiqlər TDT çərçivəsində maliyyə-bank sahəsində əməkdaşlığın inkişaf perspektivləri barədə yeni təşəbbüslər irəli sürüb. Əsas prioritetlərdən biri kimi ölkələr arasında maliyyə bağlantılarını təşviq edən sərmayə layihələrinə diqqətin artırılması, bu istiqamətdə dövlətlə yanaşı, özəl qurumların da rolunun
Artırılmasının vacibliyinə toxunulub. Eyni zamanda, türk dövlətlərinin ortaq maliyyə strukturu olan Türk İnvestisiya Fondunun özəl bank sistemlərinə inteqrasiyası da vacib məsələ kimi xatırladılıb. Xatırladaq ki, Fond hazırda türk ölkələrinin iqtisadiyyatında aktiv səhmdar kimi çıxış edir. Azərbaycan, Qazaxıstan, Qırğızstan, Türkiyə və Özbəkistan tərəfindən təsis edilmiş fond türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Üzv ölkələrin üzvılük haqqı, investisya ayırmaları, əsas kapital və əlavə maliyyə alətlərindən formalaşacan Fondun nizamnamə kapitalı ilkin mərhələdə 500 milyon dollar müəyyən edilib, kapital fondu hər biri nominal dəyəri 50 min dollara bərabər 10 min paya bölünüb ki, burada hər üzv ölkənin limitə uyğun payı vardır. Bundan başqa, Fondun nizamnamə kapitalı ödənilmiş paylara və yenidən çağrıla bilən, yəni cəlb edilən paylara bölünüb ki, ümumi nominal dəyər 350 milyon dollar təşkil edir. Əlavə maliyyələşmədə ölkələr üzrə ümumi nominal dəyər isə 150 milyon dollardır. Gələcəkdə, Fondun maliyyə portfelinin daha da artırlaraq 1 milyard dolları ötəcəyi istisna olunmur.
Azərbaycan və Macarıstan arasında anlaşma
Ümumiyyətlə, toplantıda səslənən fikirlərdən də aydın olur ki, TDT ölkələrinin Mərkəzi Banklar Şurasının fəaliyyət istiqamətləri olduqca genişdir və sərmayələrin təşviqi üçün bütün maliyyə, investisiya, kapital fondları ilə birgə əlaqələndirici missiyanı yerinə yetirmək niyyətindədir. Belə ki, türk dövlətləri ərazisində investisiya qoyulan layihələrdə aparıcı sənaye tərəfdaşlığının qurulması, bank kapitallarında payların və səhm paketlərinin, həmçinin həmin subyektlərin istiqrazlarını və digər qiymətli kağızların əldə edilməsi, kreditlərin ayrılması və qiymətli kağızların buraxılışı kimi alətlərə çıxış imkanları yaradılmış olur ki, bu da vahid maliyyə institutu funksiyasının formalaşdırılması deməkdir.
Toplantı çərçivəsində Azərbaycanın Mərkəzi Bankı ilə Macarıstan Mərkəzi Bankı (MMB) arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində qarşılıqlı məlumat mübadilələri aparılacaq. Görüşlər, seminarlar, təcrübə mübadilələri, təlim proqramları və işgüzar səfərlər vasitəsilə texniki əməkdaşlıq məsələlərini nəzərdə tutur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

