Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
11.06.2026 [12:46]
Hörmüz boğazı avqust ayına qədər faktiki olaraq bağlı qalacağı təqdirdə neft qiymətləri 150 dollara yüksələcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə enerji bazarı üzrə məsləhətçi “FGE NexantECA” şirkətinin fəxri sədri Fereidun Fesharaki deyib.
“Əgər Hörmüz boğazı açılmasa, neft qiymətləri ilin sonuna qədər 150-200 dollara, bəlkə də 200 dollara yaxınlaşacaq. Ancaq ilin sonuna qədər gözləməyə ehtiyac yoxdur. Neft qiymətləri iyul və ya avqust aylarında bir barrel üçün 150 dollara çata bilər. Ehtiyatlar iyulun ortalarına və ya ən geci iyulun sonuna qədər əməliyyat minimumlarına çatdıqda, çox güman ki, təzyiq bazara artacaq. Məhz həmin vaxt qiymətlərdə böyük artımlar olacaq”, - deyə o bildririb.
Yaxın Şərqdəki münaqişənin başlamasından ötən 100 gündən çox müddətdə birjalarda neft qiyməti 75 ilə 126 dollar arasında kəskin dalğalanmalar nümayiş etdirib. “Brent”in fyuçers qiymətləri münaqişədən əvvəlki son ticarət günündə - fevralın 27-da 72,48 dollar idi. Geosiyasi narahatlıqlar səbəbindən martın 2-də “Brent”in qiyməti 82,37 dollara, martın 6-da isə 90 dollara yüksəlib və həftəni 92,69 dollarda tamamlayıb. Bu, 2020-ci ilin aprel ayından bəri neft qiymətlərində təxminən 27,9 faizlə ən sürətli həftəlik artım olub.
Qiymətdəki dalğalanmalar martın ikinci həftəsində güclənib və martın 9-da “Brent” 119,5 dollara satılıb. Aprelin 8-də qiymət kəskin şəkildə aşağı düşüb və təxminən 17,3 faiz azalaraq 90,40 dollar təşkil edib. “Brent” qiymət aprelin 30-da 126,41 dollara yüksəlib və münaqişənin başlanğıcından bəri ən yüksək səviyyə çatıb. Bu qiymət təxminən son 4 ildə ən yüksək səviyyə kimi qeydə alınıb.
“Brent”in qiyməti aprel ayı ərzində 86-126 dollar arasında kəskin dalğalanmalar yaşayıb. May ayı ərzində qiymətlər 91-115 dollar arasında dəyişib. Hazırda “Brent” markalı xam neftin qiyməti müharibədən əvvəlki səviyyələrlə müqayisədə təxminən 30 faizlik artımını qoruyub saxlayır və 92 dollar civarındadır.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

